Socar təhlükəsizlik İdarəsində xidmət aparan mühafizəçilərin ƏM və tt üzrə biliklərinin yoxlanılması üçün suallar və cavablar


BİLET № 7 Sual; Hündürlükdə yerləşən avadanlığa baxış və xidmət zamanı nədən istifadə etmək lazımdır?



Yüklə 40,13 Kb.
səhifə6/17
tarix11.05.2023
ölçüsü40,13 Kb.
#111750
1   2   3   4   5   6   7   8   9   ...   17
14-2-11 3-5-75 2023 Q002 2

BİLET № 7



  1. Sual; Hündürlükdə yerləşən avadanlığa baxış və xidmət zamanı nədən istifadə etmək lazımdır?

Cavab; Yalnız kip (möhkəm) quraşdırılmış nərdivanlardan. Sement və yaxud metal polad rezin dayaqaltılardan, taxta döşəmədə isə metal ucluqları olan nərdivanlardan istifadə olunur.

  1. Sual; 1000 V-a qədər gərginlik altında olan zərərçəkəni cərəyandaşıyıcı hissələrdən və ya naqildən ayırmaq üçün nə edilməlidir?

Cavab; İlk əvvəl cərəyanı ayırmalı, əgər bu mümkün deyilsə, quru paltardan, kəndirdən, taxtadan və ya elektrik cərəyanı keçirməyən hər hansı bir quru dielektrik əşyadan istifadə etmək lazımdır. Metal və ya yaş əşyadan istifadə etmək olmaz.

  1. Sual; Kimlər buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini təqdim etməklə obyektə daxil olmaq hüququna malikdirlər və həmin şəxslərin obyektə buraxılması qaydaları?

Cavab; Aşağıdakı şəxslər buraxılış vərəqələri olmadan xidməti vəsiqələrini təqdim etməklə obyektə keçmək hüququna malikdirlər:
a. Azərbaycan Respublikası Prezident aparatının və Nazirlər Kabinetinin məsul işçiləri ;
b. Azərbaycan Respublikası Milli Məclisinin üzvləri və məsul işçiləri;
c. Nazirlər, Dövlət Komitələrinin sədrləri və onların müavinləri;
d. Baş Prokuror və onun müavinləri;
e. Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri;
f. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi və onun müavinləri;
g. ARDNŞ-nin Prezidenti və vitse-prezidentləri, Şirkətin idarə aparatının işçiləri;
h. obyektin tabe olduğu Baş İdarənin rəhbər heyəti, şöbə və xidmət rəisləri ;
i. obyektin dislokasiya olunduğu rayonun (şəhərin) İcra Hakimiyyəti başçıları, prokurorları, polis idarələrinin rəisləri, ərazi FH və MM regional şöbələrinin rəisləri, məhkəmənin hakimləri ;
j. məhkəmənin qanuni qüvvəyə minmiş hökm, qərar və qətnamələrinin icrası ilə bağlı gəlmiş məhkəmə icraçıları. (Kütləvi informasiya vasitələrinin əməkdaşları obyektin tabe olduğu Baş İdarənin mətbuat xidmətində akkreditasiya olunduqdan sonra əraziyə buraxılırlar) ;
k. Xüsusi rabitə idarəsinin feldyegerləri.
NBM növbətçisi yuxarıda göstərilən şəxslərin vəsiqələrinə baxdıqdan sonra dərhal obyekt rəhbərinə məlumat verməlidir. Həmin şəxslər obyektin spesifikasına uyğun olaraq təhlükəsizlik texnikası üzrə təlimatlandırıldıqdan sonra və müşayiət olunaraq obyekt ərazisinə daxil olurlar. Təlimat və müşayiət obyekt rəhbəri tərəfindən təyin olunmuş nümayəndə (nümayəndələr) tərəfindən həyata keçirilir. Bu prosedur xüsusi rabitə idarəsinin feldyegerlərinə şamil edilmir.



Yüklə 40,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin