STATİSTİK MÜŞAHİDƏNİN XƏTASI
Qeyd xətası
Reprenzetativ xəta
Təsadüfi xəta
Müntəzəm xəta
Qəsdən edilən xəta
Statistik müşahidənin proqram-metodoloji və təşkilati məsələlərinin düzgün həyata keçiril-məsi nəticəsində tam, dolğun məlumat əldə etmək mümkündür. Bununla bərabər toplanılan məlumatın dəqiqliyini təmin etmək üçün müşahidə prosesində və sonra bir sıra tədbirlər həyata keçirmək lazımdır (kadrların düzgün seçilməsi və onların lazımi səviyyədə təlimatlandırılması, müşahidənin aparılmasına nəza-rətin gücləndirilməsi, toplanılmış məlumatın dəqiqliyinin yoxlanılmasını və s.).
Dəqiq, düzgün məlumat əldə etmək hər bir statistik müşahidənin qanunudur. Səhvə yol verməmək və onun qarşısını qabaqcadan almaq müşahidənin əsas prinsipidir. Səhvə yol verməmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bu tədbirlərə kadrların düzgün seçilməsi, onların mükəmməl surətdə təlimatlandırılması, əhali arasında geniş izahat işi aparılması və s. daxildir.
Dostları ilə paylaş: |