Sanitar drujinaları dəstəsi 4 – 5 sanitar drujinasından ibarətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200 – 2700 şəxsə ilk tibbi yardım göstərə bilər. Dəstə zədələnmə ocağında MM-nin xilasedici bölmələri ilə birgə işləyir.
Sanitar drujinaları5 manqadan ibarətdir. Kənd təsərrüfatı və orta təhsil müəssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları vasitəsilə və obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zəhərlənmə başladığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki müdafiə qərargahına məlumat vermək üçündür.