Kimya sənayesi. Neft emalı və kimya sənayesi müəssisələrinin əksəriyyəti Sakit okean sahili mərkəzlərdə cəmlənmişdir. Bu cür zavodların çoxu Tokio aqlomerasiyasındadır. Bir çox iri neft-kimya kombinatları mühüm sənaye mərkəzlərinin ətrafında yerləşməklə, metallurgiya zavodları və elektrik stansiyaları ilə birlikdə metallurgiya komplekslərini yaradırlar. Tokiodan şimal-şərqdə «Kasima», Osaka rayonunda «Ximedzi» və s. komplekslər formalaşmışdır.
Kimya sənayesinin digər iri mərkəzləri Cənubi və Mərkəzi Yaponiyada-Yokkaiti (Naqoya ray), Honsünün cənubunda Ube və Tokuyama. kimya sənayesi neft-kimya məhsulları üzrə ixtisaslaşmışdır.sintetik materiallar, süni lif, plastik kütlə hazırlanması daha çox inkişaf etmişdir. Biokimyanın (müalicə preparatları, vitaminlər və s.) inkişafına xüsusi fikir verilir.
Yaponiya sənayesinin nüvəsini maşınqayırma. Beynəlxalq miqyasda ixtisaslaşmaya malik sahələri – dəzgahqayırma və cihazqayırma, elektron və elektrotexnika maşınqayırması, dəqiq və optik cihazlar istehsalı, avtomobilqayırma və gəmiqayırma. maşınqayırma elmtutumlu, ixtisaslı kadrlara və ETT-yə əsaslanır-sənaye robotları istehsalı səciyyəvidir, bir işçiyə düşən robot istehsalının sayına görə ölkə dünyada birinci yerdədir. «Toyota», «Nissan» avtomobilləri dünyanın hər yerində məşhurdur. Minik avtomobili istehsalına görə dünyada ikinci yerdədir. Avtomobil istehsalı müəssisələrinin ABŞ, Böyük Britaniya, Almaniya filialları vardır. Avtomobilqayırmanın mühüm mərkəzi Toyota (Naqoya rayonu), Xirosima və Keyxin aqlo-merasiyasının bir sıra şəhərləridir.
Dostları ilə paylaş: |