|
|
səhifə | 172/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Səth quruluşu. Çinin ərazisi qərbdən-şərqə doğru meylli olub Tibetdən Sakit okeana qədər nəhəng pillələrlə enir. Ölkənin ən hündür nöqtəsi Everest ən alçaq nöqtəsi Turfan- Pendi çökəkliyi (154 m). Ölkənin relyefi müxtəlifliyi ilə seçilir. Şimaldan-cənuba, şərqdən-qərbə struktur istiqamət kəsilir, 3 böyük təbii zona (Cənub-qərb, Şimal-qərb və Şərq) ayırır. Birinci zona Tibet yaylasını əhatə edir. hündürlük 4000 metrdən yüksəkdir. dağlarda yüksəklik 5000-6000 metrə çatır. Tibet yaylası şimaldan yüksək dağ sistemləri Kunlun, Nanşan, cənubda və qərbdə Himalay və Qarakorum ilə əhatələnir. Yaylanın şərq hissəsində Sıçuan çökəkliyi yerləşir. İkinci zonaya Kaşkar və Cunqar düzənlikləri - Tyan-Şan silsiləsi, Qobi, Alaşan, Ordos yaylaları ayırır. Ordosdan cənubda qalın narın torpaqla örtülü Lyos yaylası yerləşir. Yayla dərələr və yarğanlarla parçalanmışdır. Üçüncü Şərq zona böyük düzənliklər, dağ qurşaqları və onların qollarını əhatə edir. Şimal-şərqdə sıx məskunlaşmış Dunbey düzənliyi-Böyük və Kiçin Xinqan və Çanbayşan dağ sistemləri ilə əhatə olunmuşdur. Sarı dəniz sahili boyu geniş Böyük Çin düzənliyi -Dunbey düzənliyi ilə Şanxayquan dəhlizi ilə birləşir. Bu dəhliz Sarı dənizin Lyaodun korfəzi boyunca uzanır. Çinin cənub-şərq rayonu çökəkliklər və çay dərələri ilə növbələşən dağ silsilələri və təpələrlə örtülüdür.
Dəniz sahilləri şimalda düzənlikdir və zəif parçalanmışdır. Şandun və Lyaodun yarımadasında sahillər yüksək və qayalıdır. Yantszı çayının mənsəbindən cənubda sahil xətti kəskin parçalanmışdır. ölkənin 3/4 hissəsi dağlar, yaylalar, çökəkliklərdən ibarətdir. Kənd təsərrüfatı və məskunlaşma üçün əlverişli olan düzənliklər 12 % təşkil edir-ölkənin şərqindədir.
Dostları ilə paylaş: |
|
|