Südlük istiqamətli qurşaq. Bu qurşaq ölkənin şimal-şərqində və şimalında, Böyük göllər ətrafındakı əraziləri tutur. Bu qurşaqda vegetasiya dövrü və torpağın məhsuldarlığı zəifdir. Bu bölgədə otlaq sahələri üstünlük təşkil edir. Süd, pendir və yağ istehsalına görə Viskonsin ştatı xüsusilə seçilir.
Paxlalı bitkilər (soya) əkinləri qurşağı.Bu qurşaq Böyük göllərin cənub ərazilərini (əsasən Ayova, İndiana, İllinoys ştatları), Mərkəzi düzənliyin cənub hissəsini tutur. Bu qurşaqda əsasən qarğıdalı, soya yetişdirilməklə yanaşı ətlik istiqamətli heyvandarlıq da inkişaf etdirilir. Qurşağın aqroiqlim şəraiti çox əlverişlidir. Son illər bu qurşaq əkinçilik-heyvandarlıq istiqamətində inkişaf edir. Bu bölgədə Ayova və İllinoys ştatları ixtisaslaşmalarına görə seçilirlər.