|
|
səhifə | 204/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Faydalı qazıntılar. Çoxillik inkişaf nəticəsində yeraltı sərvətləri tükənmiş şimal hissəsində sərvətlərə toxunulmamışdır. Müasir dövrdə dünyanın ən iri dağ-mədən sənayesinə malik olan Kanada inkişaf etmiş ölkələr içərisində qabaqcıl yerdədir. ölkə ərazisində 26 növ metal, 24 növ qeyri-metal xammalı ilə təmin olunan bütün yanacaq növləri çıxarılır.-neft, təbii qaz, kömür, dəmir filizi, mis, boksit, molibden, qızıl çıxarılır.Təbii sərvətlərin əksəriyyətinin dünya əhəmiyyətli ehtiyatları Kanadanı sənaye cəhətdən inkişaf etmiş dövlətlərin başlıca mineral-xammal bazalarından birinə çevirmişdir. Faydalı qazıntı ehtiyatlarının böyük hissəsi ölkə ərazisinin 70 %-ni tutan zəif mənimsənilmiş şimal bölgəsində cəmləşmişdir. Burada əhali az məskunlaşdığından şimalın təbii resursları növbə metodunun köməkliyi ilə mənimsənilir. Yəni fəhlələr baza şəhərindən bir neçə həftəliyə mədənlərin yaxınlığında yerləşən və yaşayış üçün zəruri olan bütün əşyalara malik olan kiçik məntəqələrə təyyarə ilə gəlir, işlərindən sonra başqa qrup ilə əvəz olunurlar.
Dostları ilə paylaş: |
|
|