Sənaye. sənaye sahələri arasında hasilat sənayesinin xüsusi mövqeyi var. Ölkədə daş kömür, volfram, qızıl, mis, dəmir və manqan filizləri, fosforlar, müxtəlif inşaat materialları, neft, təbii qaz çıxarılır. Neft yataqları Süveyş kanalının hər iki sahili boyunda yerləşir. Afrikada sənaye üsulu ilə neft çıxarılmasına və emalına ilk dəfə Misirdə başlanılmışdır. Ölkədə neft ehtiyatı o qədər çox deyil (500 mln ton). İllik hasilat 45 milyon tondan çoxdur. Misir-Amerika qarışıq şirkəti (Qalf oil Petroleum Company) Süveyş körfəzindəki Morqan yatağından, Petrobel şirkəti Belayim yatağından neft çıxarır. Təbii qaz ehtiyatı 55 mln. m3 həddindədir. Ona görə ölkəyə xammal və yanacaq idxalı tədricən artır.