İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa 1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu. Bu ittifaq 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Adolf Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikdən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada "Üçüncü Respublika" quruldu. liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür.