2.2. Qeyri-neft sahələrinin struktur təhlili və onların inkişafının xarakterik
cəhətləri.
Tədqiqatımızın əvvəlki bölməsində hal-hazırkı şəraitdə qeyri-neft sahələrinin
inkişafının əsas makroiqtisadi xarakteristikalarından söhbət açmışdıq. Bu bölmədə isə
qeyri-neft sektorunun struktur təhlili, yəni ayrı-ayrı bölmələrinin inkişafının
xarakterik cəhətləri barədə araşdırma aparacayıq. Əvvəlcə 2012-ci ildən sonra qeyri-
neft sahələrinin ÜDM-də yaratdığı əlavə dəyərin strukturunu(faizlə) təhlil edək.
Aşağıdakı cədvəldə qeyd edilən məsələ haqqında məlumat əks etdirilmişdir.
Cədvəl 2.3.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sahələrinin ÜDM-də yaratdığı əlavə
dəyərin strukturu(%-lə).
2012
2013
2014
2015
2016
2017
Kənd, meşə və
42
balıqçılıq
təsərrüfatları
9,8
9,4
9,2
9,0
9,0
9,4
Qeyri-neft
sənayesi
8,8
8,2
8,4
8,1
7,7
6,9
Tikinti
17,5
20,9
20,7
17,6
14,8
13,9
Turistlərin
yerləşdirilməsi
və ictimai iaşə
3,2
3,4
3,6
3,9
4,2
4,1
Ticarət:
nəqliyyat
və
anbar
təsərrüfatı
23,1
20,9
25,9
22,2
27,3
27,7
İnformasiya
və rabitə
3,3
3,1
3,0
2,9
2,7
2,8
Sosial və digər
xidmətlər
26,2
25,0
20,9
27,9
25,4
26,0
Məhsula
və
idxala
xalis
vergilər(qeyri-
neft
sektoru
üzrə)
8,1
9,1
8,3
8,4
8,9
9,2
Mənbə:
Azərbaycan
Respublikasının
İqtisadiyyat
Nazirliyi
(
www.economy.gov.az
)
Cədvəldəki məlumatlardan aydın olur ki, qeyri-neft sektorunun tikinti, nəqliyyat,
ticarət və qismən aqrar sahələri ÜDM-in tərkibində daha çox əlavə dəyər yaratmışdır.
İqtisadi diversifikasiya siyasətinin prioritet sahələri kənd təsərrüfatı, turizm, İKT
hesab edilir. 2012-ci ilin statistik göstəricilərinə əsasən ölkə iqtisadiyyatında 4,8
milyard manat dəyərində məhsul istehsal olunmuşdur və bu hesabat iliylə
müqayisədə 6 faiz daha çox idi. İqtisadiyyatda baş verən keyfiyyət və struktur
dəyişiklikləri aqrar sferaya da təsirsiz ötüşmədi. Belə ki, modernləşmə və
43
sənayeləşmə siyasətinin nəticəsində adı çəkilən sektorda ekstensiv istehsal üsulundan
intensiv istehsal üsuluna keçidin əsası qoyulmuşdur.
Bildiyimiz kimi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra aqrar sahənin və
sahibkarlığın inkişafına mane olan əsas problemlər ölkə iqtisadiyyatında inhisarların
mövcud olması və xarici məhsulların milli bazarda hökmran mövqeyə malik
olmasıyla əlaqədar idi. Lakin daha sonralar bu problemlərin həlli istiqamətində atılan
addımlar, qəbul edilən qanunlar, proqramlar və onların icrası son 6-7 il ərzində aqrar
bölmənin inkişafında yeni xarakterik cəhətlər ortaya çıxarmışdır. Müasir dövrdə
ölkəmizdə aqrar məhsulların ən mühüm spesifik xüsusiyyəti dünya bazarında
rəqabətə dözə bilməsi, Rusiya, Türkiyə, eləcə də İran kimi dövlətlərdən ekoloji
cəhətdən daha təmiz məhsulların istehsalı və neftdən sonrakı inkişaf mərhələsində
daxili tələbatın yerli istehsal hesabına ödənilməsidir. Bundan əlavə keçid dövrünün
başa çatdığı andan etibarən ölkəmiz tərəfindən xarici və yerli investorlar üçün
əlverişli şəraitin daha da yaxşılaşdırılması və regionlarda aqrar bölmənin inkişafına
cəlb edilməsi 2012-ci ildə əsas kapitala yönəldilən vəsaitlərin 4%-nin( təxminən 0,5
milyard manat) kənd təsərrüfatının inkişafı üçün sərf edilməsinə gətirib çıxarmışdır.
2013-cü ildən etibarən Azərbaycanda yeni kənd təsərrüfatı müəssisələri yaradılmağa
başlandı. Belə müəssisələrin özəlliyi ondan ibarət idi ki, xarici sahibkarlarla yerli
sahibkarlar və biznes adamları birgə müəssisələr yaradırdılar. Misal üçün çayçılığın
inkişafı üçün Türkiyənin "Beta", "Sara" və BƏƏ-nin “İntersun” şirkətləri ilə Bakı,
Lənkəran, və Masallı çay fabriklərinin əsasında müştərək müəssisələr yaradılmışdır.
Xaçmaz, Masallı və Quba konserv zavodlarının yenidən qurulması üçün İsveçin
"'Tetra-Pak" şirkətindən avadanlıqlar alınmışdır. ABŞ-ın "Reynalds" və Türkiyənin
"Star" şirkətləri ilə Bakı Tütün Kombinatı arasında bağlanmış müqaviləyə əsasən
birgə müəssisə təşkil edilmişdir.
2014 və 2015-ci illərdə aqrar bölmədə istehsal edilən məhsulun dəyəri müvafiq
olaraq 5,2 və 5,7 milyard manat olması ilə yanaşı bu sahəyə yönəldilən investisiyalar
əsas kapitala yönəldilən vəsaitlərin 1,8 və 2,5 faizini təşkil etmişdir. 2015-ci ildə
44
Azərbaycanda “Kənd təsərrüfatı” ili elan edilməsi nəticəsində aqrar sektorun
inkişafına yeni təkan verilmiş, onun modernləşməsi siyasəti daha da sürətləndirilmiş,
yeni və modern mülkiyyət münasibətləri yaradılmış və elektron kənd təsərrüfatı
sistemi formalaşdırılmağa başlanılmışdır. Sahibkarlara edilən güzəştlərinin sayı
artırılaraq kənd təsərrüfatı məhsulu istehsal edən hüquqi şəxslər bütün vergilərdən
azad edilmişdir, istisna olaraq yalnız torpaq vergisi ödəmək onlar üçün məcburi
olaraq müəyyənləşdirilmişdir. Neftdən sonrakı mərhələdə ixrac potensialının
artırılması, həmçinin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi məqsədi ilə
regionlarda modern fermer müəssisələri və aqroparklar yaradılmaqdadır. 2016-cı ildə
ölkə iqtisadiyyatının aqrar sektorunda 5.635,4 milyon manat dəyərində məhsul
istehsal olunmuşdur və bu məhsulların təqribən 54 faizini heyvandarlıq, 46 faizini isə
bitkiçilik məhsulları təşkil edib. 2015-ci ilə nəzərən 2016-cı ildə kənd təsərrüfatında
2,75 faiz daha çox məhsul istehsal edilmişdir, eləcə də ümumilikdə iqtisadiyyata
yönəldilən investisiyaların 253,1 milyon manatı adı çəkilən sahənin inkişaf
etdirilməsi üçün istifadə edilmişdir. 2017-ci ilin yekunlarına əsasən demək olar ki,
artıq Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə keçmişdir və kənd
təsərrüfatının inkişafının xarakterik cəhəti bu sahədə istehsal edilən məhsulların
dünya, habelə Avropa bazarlarına çıxış əldə edərək ölkə iqtisadiyyatına qənaətbəxş
hesab ediləcək dərəcədə gəlir gətirməsidir.
2017-ci ildə Azərbaycanın meşəçilik müəssisələrində istehsal olunan əmtəə və
xidmətlərin dəyəri 15,8 milyon manat olmuşdur, balıqçılıq müəssisələri və digər
şəxslərin ovladığı balığın miqdarı 78,4 min ton, dəyəri isə 206,3 milyon manat təşkil
etmişdir.
Bir sıra regional nəqliyyat dəhlizlərinin və magistralların Azərbaycan ərazisindən
keçməsi, ölkəmizin yerləşdiyi əlverişli geosiyasi və geoiqtisadi mövqe və bunu kimi
bir neçə səbəb son illər respublikamızda nəqliyyatın sürətli tərəqqisinə gətirib
çıxarmışdır. Mərkəzi Asiya ölkələrinin öz neft-qaz məhsullarını Avropa bazarına
çıxarmaq üçün Azərbaycan ərazisində olan boru kəmərlərindən istifadəsi, Ələtdə
45
Azad Ticarət Zonasının yaradılması bu sahəyə gələn gəlirlərin miqdarını artırmışdır.
2013-cü ildə bu gəlir 1,9 milyon manat olmuşdursa, 2017-ci ildə artaraq 3,26 milyon
manata çatmışdır. Nəqliyyat sektorunda yük və sərnişin daşımaların miqdarı 2016-cı
il ilə müqayisədə 2017-ci ildə 0,8% çoxalmışdır. 2018-ci ilin yanvar ayında nəqliyyat
sahəsində 17 milyon ton yük, 144 milyon nəfər sərnişin daşınması həyata
keçirilmişdir.
Tədqiqatımızın əvvəlində qeyd etdiyimiz ki müasir şəraitdə iqtisadiyyatın
diversifikasiyası və qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən biri də
turizmdir. Hal-hazırkı şəraitdə turizm Azərbaycanda yüksələn templə inkişaf
etməkdədir. Ölkəmizdə rəqabətqabiliyyətli turizm bazarı formalaşdırılmış, turizm
infrastrukturun maddi-texniki və regional bazası daha da yaxşılaşdırılmış və ölkə
regionlarında turizmin inkişafı üçün yerli büdcələrə verilən vəsaitin miqdarı
artırılmışdır. 21-ci əsrin ikinci onilliyindən başlayaraq Azərbaycanda qeyri-neft
sektorunun turizm bölməsi keyfiyyət və kəmiyyət baxımından özünün yeni inkişaf
mərhələsinə qədəm qoymuşdur. Aşağıdakı şəkildə 2012-2017-ci illər üzrə Aqrar,
Turizm və İKT sektorlarının ümumi inkişaf tendensiyası əks etdirilmişdir.
Şəkil 2.2. Azərbaycanda aqrar, turizm və İKT sektorlarının ümumi inkişaf
tendensiyası.
2012
2013
2014
2015
2016
2017
Aqrar sektor
Turizm sektoru
İKT sektoru
46
Qeyd: Şəkil 2.2. ARİN və ARDSK-nın statistik məlumatları əsasında magistrın
özü tərəfindən hazırlanmışdır.
Son illər Azərbaycanın yüksək sosial-iqtisadi inkişafı, ölkəmizin bir neçə böyük
idman yarışına ev sahibliyi etməsi və başqa səbəblər nəticəsində xarici turistlərin
respublikamıza olan marağı ildən ilə artmaqdadır. 2011-ci ildə Azərbaycanda
“Turizm ili” elan edilməsi nəticəsində mövcud hüquqi normativ baza daha da
təkmilləşdirilmiş, regionlarda elm və təhsil tədbirləri həyata keçirilmiş və potensial
turizm zonalarının inkişafı istiqamətində mühüm addımlar atılmağa başlanmışdır.
Aşağıdakı cədvəldə 2012-2017-ci illər ərzində ölkə iqtisadiyyatında turizmin
inkişafının bəzi göstəriciləri öz əksini tapmışdır.
Cədvəl 2.4.
Azərbaycanda turizmin inkişaf göstəriciləri.
2012
2013
2014
2015
2016
2017
Ölkəyə gələn
və
ölkədən
gedən
turistlərin
sayı(nəfər)
102438
92879
91207
62873
52876
51395
Turizmin
ÜDM-dəki
payı (%)
1,7
1,8
2,0
2,1
2,3
2,4
Turizm
müəssisələrinin
sayı(ədəd)
134
138
146
156
162
170
Turizmdən
gələn
gəlirin
miqdarı(min
manat)
27.315,6
29.532,4
31.308,2
36.476,9
36.759,3
37.963,7
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi(
www.stat.gov.az
)
47
Cədvəldəki məlumatlara əsasən deyə bilərik ki, turizmdən ölkə iqtisadiyyatına
gələn gəlir ilbəil artmaqdadır. Həqiqətən də qloballaşma şəraitində ilin istənilən
fəslində xarici turistlərin sayı azalmır və bu turizm sektorunun əsas özəlliklərindən
biridir. Statistik göstəricilərə əsasən Azərbaycanda turizm göstəriciləri 2003-2010-cu
illər ərzində 2-3 dəfə, 2011-2017-ci illər ərzində isə təqrinən 3,5 dəfə artmışdır. 2012-
ci ildə Azərbaycanın paytaxtında keçirilən “ Eurovision” musiqi yarışması ölkəyə
külli miqdarda turist axınının gəlməsi prosesinin başlanğıcı hesab edilməlidir. Daha
sonralar ölkəmizin “Birinci Avropa Olimpiya Oyunları”na və “Dördüncü İslam
Həmrəyliyi Oyunları”na ev sahibliyi etməsi, eləcə də “Formula 1” yarışlarının ardıcıl
beş il Azərbaycanda keçirilməsinin nəzərdə tutulması bu prosesi daha da
sürətləndirdi. Statistikaya əsasən 2016 və 2017-ci illərdə ölkə ərazisinə rekord sayda
turist gəlmişdir. Belə ki, bu rəqəm müvafiq olaraq 2 milyon 175 min 627 və 2 milyon
198 min 237 nəfər olmuşdur. Qlobal turizm reytinqində Azərbaycan 2011-2012-ci
illərdə 53-cü, 2013-2014-cü illərdə 38-ci, 2015-2016-cı illərdə 34-cü və ən nəhayət
2017-ci ilin sonlarında 32-ci pilləyə qədər yüksəlmişdir.
İnformasiya Cəmiyyətində iqtisadi inkişafa töhfə verə biləcək sahələrdən biri də
İKT sektorudur. Son illər Azərbaycanda İKT-nin inkişaf etdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata
görə İKT sektorunda 2012-2013-cü illərdə 18-19%, 2014-2015-ci illərdə 24%, 2016-
cı ildə 26,4%, 2017-ci ildə isə 28%-ə yaxin artım və inkişaf qeydə alınmışdır.
Statistik rəqəmlərə əsasən, 2017-ci ildə informasiya və rabitə təşkilatları əhaliyə və
müxtəlif müəssisələrə 1,8 milyard manatlıq xidmət göstərmişlər və qazanılan gəlirin
özəl sektora düşən payı 84% təşkil etmişdir. Ölkəmizin İKT sahəsində əldə etdiyi ən
böyük uğur 2012-ci ildə hazırlanması prosesi başa çatdırılan ilk telekommunikasiya
peykinin “Azerspace-1”in 8 fevral 2013-cü il tarixində orbitə buraxılmasıdır. İkinci
peykimiz olacaq “Azerspace-2”nin 2018-ci ilin aprel ayının sonlarında kosmosa
çıxarılması nəzərdə tutulur. “Qlobal İnformation Technologies 2016-2017”
hesabatına əsasən, Azərbaycan “Şəbəkə Hazırlığı İndeksi”ndə reytinq sıralamasında
142 ölkə arasında 58-ci yerdə mövqe tutmuşdur. “Measuring the İnformation Society
48
- 2017”nin statistik göstəricilərinə görə ölkəmiz “İKT İnkişaf indeksi”nə əsasən 163
ölkə arasında 56-cı pillədə qərarlaşmışdır. İKT bölməsi ilə qarşılıqlı surətdə əlaqədar
olan insan kapitalının inkişafında da bir çox irəliləyişlərə nail olunmuşdur. Belə ki,
bu istiqamətdə bir çox qanunlar və strategiyalar qüvvəyə minmiş, əhalinin intellektual
potensialından səmərəli istifadə olunmuş, insan kapitalına külli miqdarda
investisiyalar yatırılmışdır bütün bunlar artıq öz nəticəsini vermişdir. Təsadüfi deyil
ki, Azərbaycan “İnsan İnkişafı İndeksi”nə görə 2010 ildə 67-ci pillədə, 2017-ci ildə
isə 54-cü yerdə qərarlaşmışdır. Azərbaycanda qədim tarixi ənənələrə malik olan
rabitənin inkişafında da müsbət artım və irəliləyişlərə nail olunmuşdur. 2012-ci illə
müqayisədə 2017-ci ildə rabitə sektoruna yönəldilən investisiyaların miqdarı 3
dəfəyədək artaraq 247 milyon manat təşkil etmişdir. Ölkəmizdə mobil rabitə
bazarında 3 mobil operator “Azərcell”, “Bakcell” və “Nar mobile” fəaliyyət göstərir
ki, Azərbaycan dövləti xalqa keyfiyyətli xidmət göstərilməsi məqsədilə onların
fəaliyyətini tənzimləyir. Qeyd edək ki, rabitə sahəsində hazırkı şəraitdə olan
problemlərdən birincisi müvafiq sahədə olan infrastruktur obyektlərinin 60-65 faizin
paytaxt ərazisində yerləşməsidir.
Son illər Azərbaycanda sürətli artım tendensiyası ilə davamlı inkişaf edən qeyri-
neft sektorunun bölmələrindən biri də tikinti sahəsidir. Əgər 2012-ci ildə bu sektorda
görülən işlərin ümumi həcmi 8.176,1 milyon manat olmuşdursa ardıcıl olaraq 2013-
cü ildə 8.254,8, 2014-cü ildə 8.398,6, 2015-ci ildə 8.579,4, 2016-cı ildə 9.367,5,
2017-ci ildə isə 9.748,1 milyon manat dəyərində olmuşdur. 2012-2017-ci illər ərzində
tikinti sahəsinə yönəldilən investisiyaların həcmi 96 milyard manat dəyərində
qiymətləndirilir. 2013-2014-cü illərdə bu sahəyə investorların marağının qismən
azalmasının əsas səbəbi ölkəmizdə maliyyənin-qeyri-stabil durumu, inflyasiya və faiz
dərəcəsinin yüksək olması göstərilir. Hazırkı şəraitdə dövlətin gənc ailələrə sosial
mənzillər verməsi istiqamətində görülən tədbirlər, eləcə də qonşu dövlətlərin
əhalisinin yaşayış binalarına maraq göstərməsi bu sektorda canlanmaya və
investorların tikinti sahəsinə marağının artmasına gətirib çıxarmışdır.
49
2012-2017-ci illər üzrə qeyri-neft sənayesinin əsas sahələrində, eləcə də ticarət
və xidmət sferasında istehsal olunan məhsul və xidmətlərin dəyəri aşağıdakı cədvəldə
göstərilmişdir.
Cədvəl 2.5.
İqtisadiyyatda qeyri-neft sənaye sahələri, eləcə də ticarət və xidmət sahələrində
istehsal olunan məhsul və xidmətlərin dəyəri(mln manatla).
2012
2013
2014
2015
2016
2017
Maşınqayırma
349,6
365,4
402,7
457,8
496,1
518,3
Metallurgiya
341,8
376,4
414,0
432,1
457,0
488,7
Kimya
304,9
316,4
327,5
350,2
368,6
391,7
Elektron
avadanlıqlar
201,3
213,8
217,0
231,7
249,5
264,6
Elektrik
enerjisi
1.796,7
1.807,8
1.820,0
1.837,5
1.849,2
1.857,4
Su təchizatı
və emalı
209,8
221,6
232,3
256,7
279,4
298,9
Ticarət
və
xidmət
4.107,8
4.564,1
4.987,2
5.483,9
5.962,3
6.570,5
Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi(
www.economy.gov.az
)
Maşınqayırma sənayesində 2017-ci ildə təxminən 518 milyon manat dəyərində
məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə
4,6% daha çox idi və onların emal sənayesindəki xüsusi çəkisi 6,2% təşkil etmişdir.
Müasir dövrdə bu sənaye sahəsinin əsas inkişaf xüsusiyyətləri ETT-nin qismən
tətbiqi, regionlarda maşınqayırma müəssisələrinin yaradılması, ekoloji normalara
riayət olunması və hesab edilir. Metallurgiya sahəsində göstərilən xidmətlərin və
istehsal olunan məhsulların ümumi dəyəri 2017-ci ildə 489 milyon manata yaxın
olmuşdur. Məhz ixracyönümlü metallurgiya məhsullarının həvəsləndirilməsi, təhlillər
nəticəsində yeni yataqların müəyyənləşdirilməsi, qiymətli metalların keyfiyyətinin
yüksəldilməsi və müasir texnologiyalardan istifadə hesabına 2012-2017-ci illərdə
45% artım qeydə alınmışdır. Kimya sektorunda 2016-cı ildə istehsal olunan
50
məhsulların 4,7%-i, 2017-ci ildəkilərin isə 5,1%-i emal sənayesinin payına düşüb və
sonuncu ildə 392 milyon dəyərində əmtəə istehsalı reallaşdırılmışdir. Hesabat ilinə
nəzərən olan artımın 7,5% həcmində olmasının əsas səbəbləri ölkədə kimya sənaye
parklarının formalaşdırılması, müvafiq sahənin idxaldan asılılıq dərəcəsinin
azaldılması, əmtəələrin istehsal çeşidinin təkmilləşdirilməsi, texnoloji yeniliklərdən
istifadə məsələləri sayılır. 2017-ci ildə Azərbaycanda təqribən 265 milyon manat
dəyərində kompüter, elektron və elektrik avadanlıqları hazırlanmışdır ki, bu da həmin
ildə emal sənayesinin 3,4%-i demək idi. İKT-nin inkişafı birbaşa olaraq bu sahədə
istehsal olunan məhsulların dəyərinin və miqdarının artmasına səbəb olan əsas
faktordur. Ölkəmizdə qeyri-neft sənayesində xüsusi çəkiyə malik olan bölmələrdən
biri də elektrik enerjisi sənayesidir. 2016-cı ildə bu sahədə istehsal olunan
məhsulların və əhaliyə göstərilən xidmətlərin miqdarı 1,85 milyard manat olduğu
halda 2017-ci ildə bu rəqəm 1,86 milyarda çatmışdır. Bərpa olunan və alternativ
enerji növlərindən istifadə, istehsal obyektlərinin restrukturizasiya edilməsi,
sahibkarlığın energetika sahəsinə inteqrasiyası və enerjinin ötürülməsində itkilərin
azaldılması hal-hazırkı şəraitdə adı çəkilən bölmənin inkişafının əsas xarakterik
cəhətləridir. Su təchizatı və emalı sahəsində olan təsərrüfat obyektləri tərəfindən
hazırlanan əmtəələrin və göstərilən xidmətlərin 2017-ci ildəki dəyəri əvvəlki ilə
nisbətən təxminən 7,6% çoxalmışdır ki, bütün bunların 74,2%-ni dövlət, qalanını isə
özəl bölmə reallaşdırmışdır.
Ticarət və xidmət sferası ÜDM-də 2012-ci ildə 6,8, 2013 və 2014-cü illərdə uyğun
olaraq 7,2 və 8%, 2015-ci ildə 10,2, 2016-da 11,4 və nəhayət 2017-ci ildə 11,7 faiz
çəkiyə malik əlavə dəyər yaratmışdır. 2017-ci ilin yekunlarına əsasən adı çəkilən
sektorda 2,57 milyard manatlıq məhsul istehsal edilmişdir və bu 2016-cı il ilə
müqayisədə 10,2 faiz daha artıq olub. Əsas kapitala yönəldilən vəsaitin 0,31%-i, yəni
29,9 milyon manatı ticarət xidmət sektoruna sərf edilib(2017-ci il üzrə).
2016-ci ilin statistik və iqtisadi yekunlarına əsasən ölkə iqtisadiyyatının yüngül və
yeyinti sənaye sahələrində ardıcıl olaraq 337,5 və 3.464,6 milyon manat dəyərində,
51
2017-ci ilin son göstəricilərinə görə isə 342,7 və 3.578,9 milyon manatlıq əmtəə və
xidmətlər reallaşdırılmışdır. Bu sahələrin müasir inkişaf xüsusiyyətlərinə nümunə
olaraq yeyinti sənayesində ixracın və istehsalın çoxaldılmasının həvəsləndirilməsini,
toxuculuq və xalçaçılıq məhsullarının xarici bazarda tez satılması xüsusiyyətini
nəzərə alan dövlətin bu bölmələrin inkişafının diqqət mərkəzində saxlamasını, daxili
bazarın qorunması üçün antidempinq siyasətinin həyata keçirilməsini, aqrar bölməyə
birbaşa təsir edən yüngül sənaye növlərinin tərəqqisinin stimullaşdırılmasını və bu
kimi başqa amilləri aid etmək olar.
Dostları ilə paylaş: |