§1. MÜHARĠBƏNĠN ĠLK DÖYÜġLƏRĠNDƏ. STALĠNQRAD VƏ
QAFQAZ CƏBHƏLƏRĠNDƏ
Faşist işğalçılarının ilk ağır zərbələri ilə üzləşən sovet sərhədçiləri
qəhrəmancasına müdafiə olunurdular. Əfsanəvi Brest qalası döyüşlərində
Azərbaycandan onlarca döyüşçü – hərbi həkim M.Qədirov, siyasi işçi
A.Kastryulin, əsgərlər İ.Səfərov, İ.Dadaşov, A.İmanov, M.Məmmədov,
A.Qafarov, A.Mənsurov, V.Xanikin, X.Məmmədov, Ə.Əliyev, D.Abdullayev
fövqəladə mərdlik göstərmişlər. Həkim M.Qədirov arasıkəsilməyən atəş altında
cərrahiyyə əməliyyatları aparmaqla yanaşı, şəhərin müdafiəsinin son gününədək,
sağ qalmış kiçik bir qrup döyüşçü ilə düşmənin hücumlarının qarşısını alaraq,
əlbəyaxa döyüşdə bir neçə faşisti məhv etmişdi. 1941-ci il iyunun 30-da düşmən
mühasirəsindən çıxmaq uğrunda baş vermiş əlbəyaxa döyüşdə A.İmanov və
İ.Səfərov xüsusilə fərqlənmiş, faşistləri geri oturtmuşdular.
1
Leytenant
D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi yeddi gün düşmən hücumlarına
sinə gəlib, onlarca faşisti məhv etmişdi.
2
Prut çayı yaxınlığında gedən döyüşdə
siyasi işçi Kamal Qasımov altı döyüşçü ilə birlikdə üç gecə dalbadal,
arasıkəsilməyən amansız atəş altında üç körpünü partladaraq düşmənin çaydan
keçməsinin qarşısını almış, dördüncü gün əlbəyaxa döyüşdə igidliklə şəhid
olmuşdu.
3
Leninqrad müdafiəçisi, snayper M.İsmayılov iyulun 22-də sərhədi keçmək
istəyən on bir düşməni sərrast atəşlə sıradan çıxarmış və igidliyinə görə Lenin
ordeninə layiq görülmüşdü. O vaxt "Bolşevik" jurnalı yazırdı ki, "ilk döyüşdə
nəzarətçi-snayper M.İsmayılov düşmənin bütöv bir dəstəsini məhv etdi".
4
Leninqrad səmasının müdafiəçilərindən biri - leytenant Hüseynbala Əliyev
böyük igidlik göstərdi. Şəhər üzərində ilk hava döyüşlərində o, dörd düşmən
təyyarəsini vurdu. 1941-ci il iyulun 17-də döyüş tapşırığını uğurla yerinə yetirib
geriyə qayıdarkən o, buludlar arasından şığıyan üç düşmən təyyarəsini gördü. İgid
təyyarəçi düşmən üzərinə sürətlə hücum etdi və dəqiq atəşlə "YU-88" faşist
təyyarəsini vurdu. Qeyri-bərabər döyüşdə düşmənin ikinci təyyarəsini də vurdu,
üçüncü təyyarə üzərinə tarana gedəndə Hüseynbalanın kabinəsində top gülləsi
partladı. 80, o cümlədən üç ölümcül yara alan təyyarəçi təyyarəsini yerə endirə
bildi, özü isə həlak oldu. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin
ordeni ilə təltif edilmişdi.
5
33
Müharibənin dördüncü günü, iyunun 25-də Qara dəniz Donanmasının 63-cü
aviasiya briqadasının təyyarəçisi Məzahir Abasov hitlerçilərin bazası Konstansanı
bombalamaq tapşırığını yerinə yetirərkən iki "ME-109" təyyarəsinin hücumuna
məruz qalmışdı. M.Abasov təyyarə motorunun zədə almasına baxmayaraq, düşmən
təyyarələri ilə qeyri-bərabər döyüşə girmiş, onlardan birini vurmuş, digər təyyarəni
isə qaçmağa məcbur etmişdi. Təyyarəsinin ikinci motoru da sıradan çıxdıqda, igid
şahin onu ustalıqla dənizin səthinə oturtmuş və bir neçə gün su üzərində qalmışdı.
M.Abasov igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.
1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfiyevin
tankçılar bölməsi düşmənin iki ağır tankını, 16 topunu və 50-dən artıq əsgərini
məhv etmişdi.
1941-ci ilin payızında alman-faşist ordusu Baltikyanı ölkələri, Ukrayna və
Belorusiyanı zəbt edib, Leninqradı mühasirəyə aldı, böyük qüvvələrlə Moskvaya
doğru hücuma keçdi. Faşist komandanlığı Moskvanı hələ 1941-ci ilin yayında ələ
keçirməyi planlaşdırsa da, sovet ordusunun müqaviməti buna imkan vermədi.
Alman-faşist komandanlığı 1941-ci ilin sentyabrında Moskvanı almaq üçün yeni
qoşun - canlı qüvvə və texnika gətirdi. Canlı qüvvəyə görə faşistlər Moskva
müdafiəçilərindən 1,8 dəfə, tankların sayına görə 1,5, topların, minomyotların
sayına görə 1,25 dəfə və təyyarəçilərin sayına görə 3,2 dəfə, çox idi.
6
1941-ci il sentyabrın 30-da alman-faşist qoşunları Moskva istiqamətində
hücuma keçdilər. Ölkənin paytaxtı təhlükə altında idi.
Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri də
fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi
sərkərdə bacarığı göstərərək, əsgərlərini və döyüş sursatı yüklənmiş beş avtomobili
mühasirədən çıxarmış, daha sonra yaralanmış tankçını əvəz edərək, tankı faşistlərin
səngərinə yönəltmiş və düşməni məhv etmişdi. H.Aslanov qəhrəmanlığına görə
Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
7
1941-ci ilin noyabrında Müseyib Allahverdiyevin komandanlığı altında
sovet əsgərləri tərəfindən Moskva ətrafında taktiki cəhətdən çox vacib təpədə bir
gün ərzində sayca çox düşmənin üç hücumu dəf olunmuş, yüzdən artıq düşmən, 2
tank və 2 özühərəkətedən top məhv edilmişdi. Bu şücaətə görə M.Allahverdiyev
Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri
Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuş, xüsusi fərqlənmiş komandir
Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
8
Pulemyotçu İdris Vəliyev məşhur Borodino çölündə gedən döyüşlərdə ağır
yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. 1941-1942-ci illərin
qış hücumu zamanı qvardiyaçı pulemyotçunun hesabında 160-dan artıq məhv
edilmiş faşist vardı. İ.Vəliyev "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.
9
34
Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova,
S.Quliyeva, N.Korneyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşdular.
Cərrah Aliyə Rüstəmbəyova onlarca yaralının həyatını xilas etmişdi.
10
1941-ci il dekabrın 5-6-da sovet ordusunun əks-hücumunda -Moskva, Tula,
Kalinin, Orlov və Smolensk vilayətlərinin azad edilməsi uğrunda döyüşlərdə
Azərbaycan oğul və qızları qəhrəmanlıqla vuruşmuşdular. Qvardiya kapitanı
Muxtar Süleymanov hücumların birində, əlbəyaxa döyüşdə altı faşist əsgərini və
bir zabiti qılıncla məhv etmişdi. Volokolamsk şəhəri uğrunda döyüşlərdə
komandanlıqla hissələr arasında əlaqə kəsildiyi zaman M.Süleymanov həlak olmuş
rabitəçini şəxsən əvəz edərək, arasıkəsilməyən atəş altında əlaqəni bərpa etmiş,
xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu.
1941-ci il dekabr ayının əvvəllərində Moskva uğrunda qızğın döyüşlər
zamanı baş serjant İsrafil Məhərrəm oğlu Məmmədovun əfsanəvi igidliyi bütün
ölkəyə yayıldı. İ.Məmmədovun xidmət etdiyi hissə Novqorod vilayətinin Pustınka
kəndi yaxınlığında mövqe tutub, rabitə xəttini və komanda məntəqəsini müdafiə
edirdi.
Güclü top atəşindən sonra sovet döyüşçülərinin tutduğu mövqeyə hücuma
keçən minə qədər düşmən 30-40 metrə qədər yaxın buraxılaraq dəqiq atəşlə məhv
edildi. Hitlerçilər yenidən hücuma keçdilər, doqquz saat davam edən şiddətli
döyüşdən sonra İ.Məmmədovun başçılığı altında olan kiçik dəstə düşməni 100
metrə qədər geri atdı, lakin düşmən bütün qüvvələrini toplayaraq yenidən həmlə
etdi. Vəziyyət ağırlaşmışdı. Sovet döyüşçülərinin yarıdan çoxu sıradan çıxmışdı.
Qumbara və patronların çatışmadığını, döyüşçülərin yorulduğunu görən
İ.Məmmədov düşməni 10-15 metr məsafəyə buraxmaq əmri verdi. Düşmən yaxın
məsafədən atəşə tutuldu. İ.Məmmədov "Yoldaşlar, faşistləri nizə ilə məhv edək!" -
deyə hayqıraraq 5 sağ qalmış döyüşçü ilə düşmən üzərinə şığıdı və əlbəyaxa
döyüşdə onlarca faşist öldürüldü. Qalanlar geri çəkilməyə məcbur oldular.
Beləliklə, İ.Məmmədov 10 saat ərzində hitlerçilərin bütöv bir batalyonunun
hücumunun qarşısını almış, nəticədə yüzlərlə düşmən əsgəri və zabiti məhv
edilmişdi. Döyüşlərdə xüsusi iradə, döyüş məharəti, şəxsi şücaət, qəhrəmanlıq
göstərmiş İ.Məmmədov özü təkbaşına 700 faşist öldürmüşdü. 1941-ci il dekabrın
11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İ.Məmmədova Sovet İttifaqı
Qəhrəmanı adı verildi. İsrafil Məmmədov xalqını, millətini ucaldan ilk
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı idi."
Moskva uğrunda döyüş Sovet Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı.
Sovet ordusunun 1942-ci il qış hücumunda iştirak edən azərbaycanlılar da
igidliklə vuruşmuş, döyüş rəşadəti nümunələri göstərmişlər. Qərb cəbhəsində gənc
zabit N.Bağırovun komandası altında tankçılar rotası bir neçə gün davam etmiş
hücum əməliyyatlarında düşmənin 18 tankvuran topunu, 34 pulemyot yuvasını və
35
yüzdən çox piyadasını məhv edərək, onu 6 yaşayış məntəqəsindən qovub
çıxarmışdı. Döyüş xidmətlərinə və komandirlik bacarığına görə N.Bağırov
"Qırmızı Ulduz" və I dərəcəli Vətən müharibəsi ordenləri ilə təltif olunmuşdu.
12
Kapitan A.Abbasovun komandiri olduğu batalyon sovet qoşunlarının
Belqorod yaxınlığındakı əks-hücumlarında iştirak edərək, 17 yaşayış məntəqəsini
faşistlərdən təmizləmişdi. Döyüşlərdə fərqlənmiş A.Abbasov "Qırmızı Bayraq"
ordeninə layiq görüldü. Tanınmış atıcı S.Quliyev Qərb cəbhəsində faşistlərin güclü
tank hücumunu dəf etdi, bir tankını vurdu. O, göstərdiyi bu igidliyə görə, "Qırmızı
Bayraq" ordeni ilə təltif olundu.
13
Moskvanın müdafiəsi dövründə alman-faşist ordusu Krım üzərinə geniş
hücuma keçdi. Oktyabrın 20-də Sevastopolun 250 gün davam edən müdafiəsi
başlandı. Sevastopolun qəhrəman müdafiəçiləri sırasında yüzlərlə azərbaycanlı
vuruşurdu. Qvardiyaçı yefreytor H.Həsənov yeddi döyüşçü ilə birlikdə sayca
üstünlük təşkil edən faşistlərin ardıcıl hücumlarını dəf edərək, onları geri
oturtmuşdu.
Bölmə başçısı B.Nağıyev düşmən səngərinə atılaraq süngüsü ilə üç faşisti
öldürmüşdü. 19 yaşlı Mirzəcəlal Yusifov sayıqlıq göstərərək öz döyüş dəstəsi ilə
birgə faşist sualtı qayığının yerini aşkarlayıb onu məhv etmişdi. Qəhrəman
Sevastopolun müdafiəsində Azərbaycanın şöhrətli qızları A.Həsənova,
Ş.Məmmədova, E.Rzayeva, L.Nazarenko mətanət və igidlik nümayiş etdirmişlər.
14
1941 -1942-ci illərin qışında sovet ordusunun Kerç yarımadasındakı desant
əməliyyatında 77-ci Azərbaycan atıcı diviziyası da iştirak edirdi. 1941-ci il
dekabrın 23-dən 1942-ci il yanvarın 8-nə qədər diviziya Taman yarımadasından
Ağ-Manay rayonuna çatdı, onun 105-ci atıcı alayı hitlerçiləri mühüm taktiki
əhəmiyyəti olan Vladislavnovkadan çıxardı. 1942-ci ilin fevralında diviziya
düşmənin 18-ci piyada diviziyasını sıxışdıraraq Jantar, Tulumçaq və Klet
kəndlərini azad etdi. Azərbaycan tank diviziyası döyüşçüləri taktiki döyüş aparmaq
ustalığı nümayiş etdirərək faşist diviziyasının 27 tankını sıradan çıxarmışdılar.
15
77-ci diviziya 1942-ci ilin martında geri çəkilməyə məcbur olan sovet
qoşunlarının Taman yarımadasına itkisiz keçməsinə şərait yaratdı. Diviziyanın
105-ci atıcı alayı Otuztəpə rayonunda 12 tankı və 200 düşmən əsgərini məhv etdi.
Krım uğrunda döyüşlərdə diviziya alayları düşmənin 34 tankını, 10 minomyot və
top batareyasını, 1500 əsgər və zabitini sıradan çıxarmışdı. 77-ci diviziya Kerçdən
Taman yarımadasına keçən son sovet hərbi hissələrindən biri oldu. Komissar
Novruz Aslanovun batalyonu Azov dənizi sahilinə desant çıxarmaq istəyən 7 faşist
qayığını batırmışdı.
77-ci diviziya Novorossiysk şəhəri uğrunda ağır döyüşlərdə də fərqlənmiş,
düşmənin 19 tankını, 15 silahla dolu maşınını, 22 minomyot batareyasını və 40-
dan çox topunu sıradan çıxarmış, 172 hitlerçini əsir götürmüşdü.
16
36
1942-ci ilin yay və payızında Böyük Vətən müharibəsinin gedişində
həlledici rol oynamış Stalinqrad döyüşlərində hər iki tərəfdən 2 milyon hərbçi
iştirak edirdi. Döyüşlərə 2 min tank, 1 min təyyarə, 26 min top və minomyot cəlb
olunmuşdu.
17
1942-ci il iyulun 14-də Stalinqrad vilayətində hərbi vəziyyət elan olundu.
Şəhər ətrafında müdafiə xətlərinin tikintisinə başlandı. Stalinqradı müdafiə edən
ordunun tərkibinə əlavə qüvvələr daxil edildi. Bütün ölkə, bütün xalq "Bir addım
da geri çəkilmək olmaz!" şüarı ilə Volqa istehkamının müdafiəsinə qalxdı. Sovet
xalqının fədakar əməyi və böyük səyi nəticəsində Volqa çayı sahili alınmaz qalaya
çevrildi.
Stalinqrad döyüşlərində sovet əsgərləri kütləvi qəhrəmanlıq nümayiş
etdirərək, son nəfəslərinədək vuruşdular. Stalinqradı ölkənin bütün xalqlarının
nümayəndələri müdafiə edirdilər. 1942-ci ilin oktyabrında leytenant Mikayıl
Qədirov 11 döyüşçü ilə strateji əhəmiyyətə malik təpəni 12 gün müdafiə etdi.
Hücuma keçən 400 faşistlə qeyri-bərabər döyüşdə düşmənin 120 canlı qüvvəsini
sıradan çıxardı.
18
Volqoqrad zəhmətkeş deputatları Soveti vilayət İcraiyyə
Komitəsinin qərarı ilə leytenant M.Qədirovun döyüşçüləri tərəfindən müdafiə
olunan bu təpəyə "On bir qəhrəman təpəsi" adı verildi.
19
İgid təyyarəçi Hüseynbala Əliyev Stalinqrad səmasını müdafiə edərkən
faşistlərin 10 tankını, 2 zirehli maşınını, 5 zenit topunu, 26 avtomobilini, 190 əsgər
və zabitini sıradan çıxarmışdı.
Stalinqrad uğrunda kişilərlə çiyin-çiyinə azərbaycanlı qadınlar da mərdliklə
vuruşurdular. İlk azərbaycanlı qadın, hərbi təyyarəçi-kapitan Züleyxa
Seyidməmmədova 40-dan artıq səma döyüşündə iştirak etmişdi. Onun döyüş
xidmətləri Vətən müharibəsi ordeninə və medallara layiq görülmüşdü.
20
Respublikanın onlarca qızı "Stalinqradın müdafiəsi uğrunda" medalı almışdı.
Stalinqrad yaxınlığında pulemyotçu Ə.Rəcəbov mühüm strateji əhəmiyyətli
təpəni az qüvvə ilə müdafiə edərək düşmənin 200-dən artıq əsgər və zabitini
öldürmüşdü. Sovet hökuməti Ə.Rəcəbovu döyüş xidmətlərinə görə Lenin ordeni ilə
təltif etmişdi.
21
Qvardiya leytenantı A.Axundovun başçılıq etdiyi pulemyotçular şəhərdə
gedən küçə döyüşlərində 525 faşisti sıradan çıxarmışdılar. Əsgəri rəşadətinə görə
A.Axundov "Qırmızı Bayraq" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunmuşdu.
22
1942-ci ilin sentyabrında Stalinqrad cəbhəsində snayperçilik hərəkatının
təşəbbüskarı, snayper Baloğlan Abbasov 25 faşist əsgər və zabitini məhv etmişdi.
B.Abbasovun hazırladığı snayperlər 50 gün ərzində 615, özü isə 106 hitlerçini
öldürmüşdü. 1942-ci il noyabrın 19-da B.Abbasov həlak olmuş tank komandirini
əvəz edərkən, faşistlərlə ağır döyüşdə şəhid olmuş, ölümündən sonra Qırmızı
37
Bayraq ordeninə layiq görülmüşdü. Cəbhə Ali Şurasının qərarı ilə B.Abbasovun
adı daimi olaraq diviziyanın şəxsi heyəti siyahısına daxil edilmişdi.
23
1942-ci il noyabrın 19-da qızıl ordu Stalinqrad cəbhəsində hücuma keçdi.
Noyabrın 20-də isə Cənub-qərb və Don cəbhələri qoşunları düşmənə güclü zərbələr
endirdi. Hücumun beşinci günü sovet qoşunları Kalaç rayonunda faşistlərin 6-cı
ordusunun mühasirə dairəsini sıxışdırdılar. Düşmənin 22 diviziyası mühasirəyə
alındı. Hitlerçilərin mühasirəni yarmaq üçün etdikləri bütün cəhdlər boşa çıxdı.
1943-cü il fevralın 2-də düşmən təslim oldu.
24
Stalinqrad ətrafında əks-hücumlar zamanı 55-ci xüsusi tank alayının
komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş
etdirdi. 1942-ci il noyabrın 19-da onun tank alayı Barmanktsak gölü rayonunda
hücuma keçərək bir neçə saat ərzində düşmənin 4 tankını, 5 minomyot
batareyasını, bir ağır topunu, 3 piyada rotasını sıradan çıxardı və 700 hitlerçi əsgər
və zabiti əsir aldı. Həmin gün H.Aslanovun tankçıları hücumu davam etdirərək
Plodovito kəndini almanlardan təmizlədilər. Noyabrın 21-də H.Aslanovun tank
alayı Stalinqrad-Silsk dəmir yoluna çıxdı və piyadalarla birgə Abqanerovo və
Sovetski stansiyasına daxil oldu. H.Aslanovun tankçıları Kotelnikovo tərəfə
hərəkət edərək, dekabrın 16-da Verxne-Kumsk kəndi yaxınlığında düşmənin
mühasirəyə alınmış 6-cı ordusunun köməyinə 70 tankla tələsən Manşteyn
qoşununun bir qrupunun qarşısını kəsdi. Aslanov tankçıları düşmənlə 6 gün davam
edən ağır döyüşdə mətanət göstərərək, qat-qat artıq qüvvəyə malik faşistlərin 12
hücumunu dəf etdilər. Döyüşdə aslanovçular düşmənin 45 tankını, 9 minomyot
batareyasını, 14 tank əleyhinə və 12 səhra silahını, 50 avtomobilini və 700-dən çox
canlı qüvvəsini sıradan çıxardılar. 700 hitlerçini əsir götürdülər. 1942-ci il dekabrın
31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı
Qəhrəmanı adı verildi. H.Aslanovun 55-ci tank alayının 100-dən çox döyüşçüsü
SSRİ-nin orden və medalları ilə təltif olundu, alay isə qvardiya alayına çevrildi.
25
Stalinqrad döyüşündə 4-cü süvari korpusunun komandir müavini
H.A.Quliyev düşmənin müdafiə xəttini yararaq 1941-ci il noyabrın 19-da Aksaysk
şəhərini azad etdi. 1942-ci ilin dekabrında Kolotnikovo rayonunda şiddətli döyüşdə
bu qoşun hissəsi Manşteynin qoşunlarının bir neçə hücumunun qarşısını aldı. Lakin
bu ağır döyüşlərdən birində general Y.Yaqubov şəhid oldu. O, ölümündən sonra
Lenin ordeni ilə təltif edildi.
26
Kəşfiyyatçı Əli Kərimov general Paulüsun qərargahının yerləşdiyi
"Univermaq" rayonuna gecə kəşfiyyatına getdi və qərargah zabitini əsir götürdü.
Paulüsun əsir alınmasında şəxsən iştirak etdi. Döyüşlərdə göstərdiyi igidliklərə
görə Ə.Kərimov "Qırmızı Ulduz" ordeni ilə təltif olundu.
38
Qvardiya baş leytenantı Həmzə Sadıxov Volqadakı döyüşlərdə fəal
iştirakına və alman general-leytenantı Paulüsun əsir alınmasında iştirakına görə
"Qırmızı Ulduz" ordeninə layiq görüldü.
27
Sovet ordusu Stalinqrad cəbhəsində faşist Almaniyasına ağır və sarsıdıcı
zərbə vurdu. Faşistlər 1,5 milyon əsgər və zabit, 3 mindən çox tank, top,
minomyot, 4,4 min döyüş və nəqliyyat təyyarəsi itirdilər. Stalinqrad qələbəsində
SSRİ-nin bütün xalqları nümayəndələrinin, o cümlədən Azərbaycan əsgər və
zabitlərinin də payı vardı. 1942-ci ilin axırında SSRİ Ali Soveti Rəyasət Heyətinin
təsis etdiyi "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə 1600-dən artıq
azərbaycanlı təltif olunmuşdu.
Volqa sahilində qələbənin böyük hərbi-strateji, tarixi və beynəlxalq
əhəmiyyəti oldu.
28
Qafqaz uğrunda da ağır döyüşlər gedirdi. Qafqaz hitlerçilərin qəsbkarlıq
planında iqtisadi, hərbi və siyasi cəhətdən əsas məntəqələrdən biri idi. Hitler
ordusu yanacağa olan böyük ehtiyacını aradan qaldırmaq üçün, ilk növbədə, qızıl
ordunu Qroznı və Bakı neftindən məhrum etmək istəyirdi. 1942-ci ilin yayında
Hitler elan etmişdi ki, Almaniya Maykop və Qroznı neftini ələ keçirməsə,
müharibəni davam etdirə bilməyəcəkdir.
Qafqazı zəbt etmək məqsədilə alman-faşist ordusunun qərargahı "Edelveys"
adlı xüsusi plan hazırlamışdı.
29
Düşmən üç istiqamətdə hücum edib qərb
istiqamətində Qara dəniz sahilinə çıxmaq və oradan Zaqafqaziyaya hücum etmək,
şərq istiqamətində Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində
Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ keçirmək istəyirdi.
Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı zəbt etmək
üçün faşist komandanlığı "A" ordu qrupu ilə 1-ci və 4-cü tank, 11-ci və 17-ci
piyada ordusunu ayırmışdı. Düşmən qoşunları canlı qüvvəyə görə sovet
qoşunlarından 1,5 dəfə, topların və minomyotların sayına görə 2,6 dəfə, tankların
sayına görə 9,3 dəfə, təyyarələrin sayına görə 7,7 dəfə üstün idi.
30
1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan
olundu. Sentyabrın 16-da DMK Mahaçqala, Dərbənd və Bakı ətrafında
möhkəmləndirilmiş müdafiə sədlərinin yaradılması haqqında xüsusi qərar qəbul
etdi.
1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist
mitinqi keçirildi. Çıxışlar və qəbul olunmuş qətnamə Zaqafqaziya xalqlarının
vətənin azadlığı və müstəqilliyi uğrunda sona qədər mübarizə əzmini nümayiş
etdirdi. Mitinqdə Səməd Vurğun demişdi: "Qoy bu gün qəlbimizdə yanan hiddət
alovu odlu lava seli kimi torpaqlarımız üzərində ölüm və viranəlik bayrağı
qaldıranların üstünə tökülsün. Gözə - göz! Ölümə - ölüm!
31
"
39
77-ci Azərbaycan atıcı diviziyası 1942-ci ilin mayından avqustuna qədər
47-ci ordunun tərkibində Novorossiysk müdafiə əməliyyatında fəal iştirak etmişdi.
Avqustun sonunda diviziya Neberejevsk stansiyasında baş vermiş döyüşdə
düşməni geri çəkilməyə məcbur etdi. Onun döyüşçüləri Qara-Koldunda yaşayış
məntəqəsi uğrunda döyüşlərdə də düşmənə zərbələr endirmişdi. 1942-ci il avqustun
19 və 21-də diviziya Krımskidən cənubda düşmənin tank və piyada hissələri ilə
vuruşaraq, onları tutduqları mövqedən geri oturtmuşdu.
32
Novorossiysk uğrunda
vuruşlarda 77-ci diviziya düşmənin 5 piyada alayını, 8 mindən artıq canlı
qüvvəsini, 18 tankını, 40 minə qədər top və minomyotunu, hərbi texnikasını məhv
etmişdi. Diviziyanın 320
döyü
şçüsü və komandiri mərdlik və igidlik göstərdiklərinə
görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olundular.
33
Qafqaz uğrunda
döyüşlərdə Azərbaycanın igid övladları hərbi rəşadətləri ilə şöhrətləndilər.
Krasnodar yaxınlığında pulemyotçu Xanqulu Sadıqov bir döyüşçü ilə 1942-ci il
avqustun 26-dan 29-dək mühüm yolayırıcını müvəffəqiyyətlə müdafiə etdi və
sərrast atəşlə 300 faşisti öldürdü. X.Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif
edildi.
34
1942-ci ilin oktyabrında Tuapsenin şimal-qərbində dəniz piyadaları 323-cü
batalyonunun rotası güclü düşmənlə döyüşə girdi. Hitlerçilərin bir neçə hücumu
dəf olundu. Qafur Məmmodov səngərdən sıçrayaraq avtomatından açdığı atəşlə
yarğanda gizlənmiş 13 faşisti məhv etdi. Qafur Məmmədov alman avtomatçısının
rota komandiri Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı və öz həyatı
bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin
Fərmanı ilə Q.Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı
verildi.
35
Azərbaycan xalqının şöhrətli oğlu leytenant İdris Süleymanov da düşmənlə
döyüşdə igidlik göstərmişdi. Onun xidmət etdiyi batalyon Mozdok rayonunun
mühüm yaşayış məntəqəsində mövqe tutmuşdu. Faşistlər hücum edən sovet
döyüşçülərini güclü atəşlə dayandırmaq istəyirdilər. Böhranlı vəziyyətdə İdris
Süleymanov döyüşçülərə: "Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!" -deyə
müraciət etdi. İ.Süleymanov yaralansa da, döyüş meydanını tərk etmədi, tankların
irəliləməsinə mane olan pulemyotçunu sıradan çıxardı. O, ikinci yara alandan sonra
da döyüşə başçılıq edir, öz iradəsi və qəhrəmanlığı ilə əsgərləri ruhlandırırdı.
Döyüş qələbə ilə başa çatdı. İ.Süleymanov SSRİ Ali Soveti Rəyasət Heyətinin
1942-ci il tarixli 13 dekabr Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq
görüldü.
36
Mozdok rayonunda 402-ci Azərbaycan atıcı diviziyasının 833 saylı alayının
komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 100-ə qədər tankının
hücumunun qarşısını alaraq, 96 tank, 2 zirehli maşın və çoxlu faşist məhv etmişdi.
Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor
40
A.Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuş, ona podpolkovnik rütbəsi
verilmişdi.
37
Qafqazın müdafiəsində əsasən Zaqafqaziya xalqlarından təşkil olunmuş 18
milli və 15 qarışıq diviziya iştirak etmişdi. Bunlardan 77, 223, 402 və 416-cı
diviziyalar milli Azərbaycan diviziyaları idi. 227, 271-ci diviziyaların isə şəxsi
heyətinin 30 faizdən 70 faizə qədərini azərbaycanlı döyüşçülər təşkil edirdi.
38
Qafqazda beş ay davam edən döyüşlərdə yüz mindən çox əsgər və zabit
itirilmişdi. Qafqaz cəbhəsində sovet ordusunun ciddi müqaviməti və alman
qoşunlarına vurduğu zərbələr düşmənə manevr etməyə, qüvvələrin bir hissəsini
Stalinqrad qoşunlarına köməyə göndərməyə imkan vermədi.
39
Faşistlərin Stalinqrad ətrafında məğlubiyyətindən sonra Şimali Qafqazda
Sovet Hərbi Qüvvələrinin düşmənə qarşı geniş hücumu başlandı. Cənub və cənub-
qərb cəbhələri qoşunlarının Rostov və Donbas istiqamətində şiddətli hücumu
düşmənin Qafqaz ordu qrupu üçün təhlükə yaratdı. Mühasirəyə düşmək qorxusu
düşməni 1943-cü il yanvarın ilk günlərində yeni müdafiə sədlərinə çəkilməyə
məcbur etdi. Zaqafqaziya cəbhəsinin Şimal, daha sonra isə Qara dəniz qrupu
müvafiq olaraq Krasnodar istiqamətlərində hücuma keçdilər. Fevralın əvvəllərində
Şimali Qafqazın, demək olar ki, bütün ərazisi -Kubanın aşağı hissəsi,
Novorossiysk, Taman faşist işğalçılarından azad edildi.
Qafqazın müdafiəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun
bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. Mozdok
rayonunda gedən döyüşlərdə Z.Bünyadov dörd əsgərlə birlikdə düşmənin benzin
anbarını partlatmış və iki tankını yandırmışdı. Z.Bünyadov bu əməliyyata görə
"Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.
40
Şimali Qafqazın azad olunması uğrunda gedən döyüşlər respublikanı təmsil
edən milli diviziyaların fəal iştirakı ilə gedirdi. 1942-ci il noyabrın 30-da 416-cı
diviziya 44-cü ordunun tərkibində iki günlük döyüşdən sonra İşçersk stanitsası
rayonunda düşmənin müdafiə xəttini yararaq Novolednyov və Kapustino yaşayış
məntəqələrini azad etmişdi. Bu döyüşlərdə azərbaycanlılar böyük dəyanət və
igidlik göstərmişlər. Döyüşçü M.Cabbarov üç düşmən tankını sıradan çıxarıb. Ağır
yaralanmış bölmə komandiri kiçik leytenant K.Hacıyev topdan atəşlə hitlerçilərin
hücumunun qarşısını almış,
41
onun yaralı yoldaşı İ.Məmmədov düşmən tankını
sıradan çıxararaq qəhrəmancasına həlak olmuşdu. Leytenant V.Mirzəyev dörd
faşist tankını məhv edərək, sovet qoşunlarına irəliləmək üçün yol açmışdı.
Döyüşçü A.Salayev düşmənin müdafiə xəttini keçmiş, qırx metrlik məsafədən atəş
açaraq 15 faşisti məhv etmişdi. O, bu xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni ilə
təltif olunmuşdu.
416-cı diviziya 1942-ci ilin dekabrında hərbi bölmələrlə birlikdə
Starolednev şəhərini azad etmiş, düşmənin Kapustino rayonundakı müdafiə xəttini
41
yarıb, şimal-şərq istiqamətində döyüşən sovet ordusu hissələrinin irəli getməsinə
imkan yaratmışdı.
Qafqaz uğrunda döyüşlərdə Azərbaycanın cəsur qızları S.Bayramova,
Z.Səlimova,
L.Abdullayeva,
R.Babayeva,
T.Fəttahova,
R.Əhmədova,
M.Dəmirova, S.Polişeva, S.Xəlilova, P.Manafova da şücaət göstərmişlər.
42
1942-ci il dekabrın 11-də 416-cı Azərbaycan diviziyası 414-cü gürcü atıcı
diviziyası ilə əlaqədə İşçersk və Naursk stanitsalarını azad etmişlər. l943-cü ilin
yanvarında 416-cı diviziyanın Qrafskoye stanitsasını düşməndən azad etmək
uğrunda hücumunda zabit Əhmədovun topçuları 17 faşist tankını, 70 atəş
nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı.
1943-cü ilin yanvar və fevral aylarında 416-cı diviziyanın əsgərləri şərəfli
döyüş yolu keçdilər, onlarca yaşayış məntəqəsini düşməndən təmizlədilər. Döyüş
xidmətlərinə görə diviziyanın 300 döyüşçüsü yüksək dövlət təltiflərinə layiq
görüldü.
43
223-cü Azərbaycan atıcı diviziyası 1943-cü ilin yanvarında Mozdok,
Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü
diviziya Petropavlovsk yaşayış məntəqəsində alman diviziyasını darmadağın
edərək 275 faşisti əsir götürmüş, külli miqdarda hərbi texnika və sursat ələ
keçirmişdi. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400 km döyüş yolu
keçmiş, onun 380 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif olunmuşdu.
44
223-cü diviziya Mineralnıye Vodının azad olunmasında bilavasitə iştirak etmiş,
diviziyanın döyüşçüləri üç ay ərzində 50 yaşayış məntəqəsini və bir neçə şəhəri
alman-faşist işğalçılarından təmizləmişdi.
Şimali Qafqazın faşistlərdən azad olunması uğrundakı döyüşlərdə 223-cü
diviziyanın 1041-ci alayı xüsusilə fərqlənmiş, hərbi uğurlarına görə Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu.
45
Şimali Qafqazdakı 44-cü ordunun hücum əməliyyatlarında 402-ci
Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il noyabrın 3-dən dekabrın
11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi. Bu döyüşlərdə
diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan
çıxarmışdı.
46
1942-ci ilin dekabrında bu diviziyada Akim Abbasovun komandanlıq etdiyi
833-cü atıcı alay bir gündə düşmənin 100-ə qədər tankının 13 həmləsini
qəhrəmancasına dəf etmiş, 36 tankı məhv edərək hücumun qarşısını almışdı. Hərbi
nailiyyətlərinə görə A. Abbasov "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.
47
1943-cü ilin fevralında Vasilçenko ətrafında baş vermiş döyüşlərdə 77-ci
atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları
7 yaşayış məntəqəsini düşməndən azad etmiş, 600-ə yaxın əsgər və zabit döyüş
şücaətinə görə orden və medallarla təltif olunmuşdu. 1943-cü ilin noyabrında
42
Dnepr çayının sol sahilində gedən döyüşlərdə 77-ci Azərbaycan diviziyası
faşistlərin 50-yə yaxın tank və digər texnikasını məhv edərək 250 düşməni əsir
götürmüşdü.
48
Kapitan M.Əliyevin komandanlığı altında atıcı batalyon düşmənin
Krasnodar yaxınlığındakı hücumunun qarşısını alaraq onun 17 tankını yandırmış,
külli miqdarda zirehli maşınını sıradan çıxarmış, yüzlərlə faşisti öldürmüşdü.
Azərbaycan topçuları Y.Gözəlovun komandanlığı ilə Sambek ətrafında düşmənin 7
hücumunu dəf edib, 16 tankını məhv etmişdilər.
Qafqazda gedən hücum döyüşləri zamanı istehkamçı C.Allahverdiyev
düşmənin
qoyduğu
1150,
T.Rəşidov
isə
1000-dən
artıq
minanı
zərərsizləşdirmişdilər.
49
Novorossiysk uğrunda döyüşlərdə Azərbaycanın A.Piriyev, D.Məmmədov,
D.Məmmədova, E.Sadıxov kimi onlarca oğul və qızı şücaət göstərmişdi. Leytenant
İsmayıl Hüseynov xüsusən fərqlənmişdi. Onun komandanlığı altında avtomatçılar
düşmən arxasına keçərək, döyüş sursatı anbarını partladıb geri dönərkən faşistlərlə
rastlaşırlar. Qeyri-bərabər döyüşdə ağır yaralanmış İ.Hüseynovu faşistlər diri
tutmaq istəyirlər. Lakin bir neçə əl qumbarası ilə sarınmış igid komandir son
qüvvəsini toplayıb düşmən üzərinə atılaraq 30-dan artıq faşisti məhv edir və özü də
həlak olur. İ.Hüseynov ölümündən sonra Lenin ordeni ilə təltif olunmuş, adı əbədi
olaraq hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilmişdi.
50
Qafqazın müdafiəsində Azərbaycanın igid oğulları kütləvi qəhrəmanlıq
nümunələri göstərirdilər. Rota komandirinin siyasi işlər üzrə müavini Əbil Məmiş
oğlu Əbilova düşmən tərəfindən tutulmuş kəndin alınması tapşırılmışdı. Ə.Əbilov
7 nəfərdən ibarət dəstəsi ilə gecə ikən kəndə daxil olaraq 60 hitlerçini mühasirəyə
alıb, 35-ni məhv etmişdi. 18 nəfəri şəxsən Ə.Əbilov özü öldürmüşdü.
51
Sanitar təlimatçısı, gəncəli Müseyib Dilbazov döyüşlərin birində düşmənin
şiddətli atəşi altında 23 yaralını xilas edərək, Terek çayından sahilə keçirmiş və
səhiyyə məntəqəsinə çatdırmışdı. Bu igidliyə görə M.Dilbazov "Qırmızı Ulduz"
ordeni ilə təltif olunmuşdu.
52
Tibb təlimatçısı Qüdrət İsmayılov 56 yaralı əsgəri
silahları ilə birlikdə döyüş meydanından çıxarıb tibb məntəqəsinə gətirmişdi.
İgidliyinə görə o, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.
53
Qafqaz uğrunda qanlı döyüşlər Sovet Silahlı Qüvvələrinin tam qələbəsi ilə
başa çatdı. Hitler komandanlığının Qafqazı tutmaq planları iflasa uğradı.
Sovet ordusunun cəbhələrdəki uğurları DMK-nın Azərbaycan əhalisinin
Orta Asiyaya köçürülməsi və Bakının, ilk növbədə, neft mədənlərinin minalanaraq
dağıdılmasını nəzərdə tutan "xüsusi əməliyyat" planının gündəlikdən çıxmasına
səbəb oldu.
54
|