Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri


Tarix və coğrafiya müəllimliyi ixtisası



Yüklə 409,48 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix08.06.2023
ölçüsü409,48 Kb.
#126678
növüTəhsil proqramı
1   2   3   4   5   6   7   8   9   ...   22
Tarix v coğrafiya mü llimliyi ixtisası -1

 
050117 Tarix və coğrafiya müəllimliyi ixtisası 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (FTN) 
FTN 1. 
Azərbaycan dilində şifahi və yazılı ədəbi dil normalarına (tələffüz qaydaları, sözdən istifadə, 
qrammatika, üslubiyyat), həmçinin ünsiyyətin müxtəlif situasiyalarında, nitqin məqsəd və 
məzmununa uyğun şəkildə ünsiyyət prosesini təsvir edir; 
FTN 2. 
Müvafiq kommunikativ vəziyyətlərdə düzgün danışmaq və yazmaq üçün söz və ifadələrin 
üslub ənənələrini fərqləndirir; 
FTN 3. 
Dil normalarına (fonetik, leksik, qrammatik), etik və kommunikativ normalara riayət edərək 
ünsiyyətin ritorik qanunlarını əməli surətdə tətbiq edir; 
FTN 4. 
Sosial şəbəkələrdən istifadə qaydalarını, gündəlik işgüzar şəraitdə nitq etiketlərini fərləndirir; 
FTN 5. 
Həmkarları ilə psixoloji əlaqə yaratmaqla, ünsiyyət prosesində qarşı tərəfin davranışını 
tənzimləməyə imkan verən kommunikativ mədəniyyət nümayiş etdirir; 
FTN 6. 
Akademik kommunikasiyada nəzakətlilik, ədəblilik, mərifətlilik, təvazökarlıq, xeyirxahlıq 
kimi mənəvi tələblərə riayət etməyi, öz hisslərini ifadə etməyi və başqalarının emosional 
təsirlərini qəbul etməyi dəyərləndirir. 
Xarici dilində işgüzar və akademik kommunikasiya (FTN) 
FTN 1. 
Cəmiyyətin müxtəlif sahələrin (məsələn, şəxsi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, 
məşğulluq və s.) aid cümlələri və tez-tez istifadə olunan ifadələri təsvir edir; 
FTN 2. 
Gündəlik işlərdə və məişətdə işlədilən, sadə ünsiyyəti təmin edən təməl cümlələrlə ünsiyyət 
prosesini təşkil edir; 
FTN 3. 
Danışıq zamanı müxtəlif mövzularda xarici dildə səmərəli ünsiyyət qurmaq üçün 
məlumatlardan istifadə edir; 
FTN 4. 
Gündəlik və peşə həyatlarında qarşılaşa biləcəkləri fərqli kontekstlərdə şifahi şəkildə ünsiyyət 
qurur; 


FTN 5. 
Işgüzar və akademik yazının xüsusiyyətlərini bilərək, fərqli kontekstlərdə olan mətnləri sintez 
edir; 
FTN 6. 
Akademik və işgüzar nitqin məzmununu və quruluşunu dərk edərək, xarici dildə ünsiyyət 
əlaqələrini inkişaf etdirərək təhlil aparır; 
Fəlsəfə (FTN) 
FTN 1. 
Cəmiyyətin problemlərini, dünyagörüşünü, tarixi mövqeyini, mənəvi-idrakı dəyərlərini təsvir 
edir; 
FTN 2. 
Qədim və Antik cəmiyyətdə fəlsəfi düşüncənin formalaşmasını və səciyyəvi xüsu-siyyətlərini 
şərh edir; 
FTN 3. 
Bütün dövrlər üzrə ictimai-iqtisadi münasibətlərdə təhkimçiliyin, siyasi-hüququ və mənəvi 
həyatda dini ideologiyanın hökmranlığını və fəlsəfəyə, elmə, incəsənətə, əxlaqa təsirini izah 
edir; 
FTN 4. 
Yeni dövr və klassik alman fəlsəfəsində yeni dövr anlayışının meydana gəlməsi səbəblərini 
təhlil edir; 
FTN 5. 
Fəlsəfənin maddi-iqtisadi, sosial-siyasi və mənəvi-mədəni həyatda əsaslı dəyişikliklərinin 
xüsusiyyətlərini tarixi cərəyanların mahiyyətini müqayisə edir; 
FTN 6. 
Azərbaycan fəlsəfəsinin bütün dövrlərini: qədim dövrü, orta əsrləri və yeni dövrü müqayisə 
edir. 

Yüklə 409,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin