Termodinamikanin mövzusu


Mayenin (suyun) P – v diaqramı



Yüklə 1,83 Mb.
səhifə16/28
tarix25.04.2023
ölçüsü1,83 Mb.
#102079
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
ıstılık

Mayenin (suyun) P – v diaqramı

Mayenin P – v diaqramı dedikdə müəyyən temperaturlarda mayenin və buxarın xüsusi həcminin və ya sıxlığının təzyiqdən asılı olaraq dəyişməsi başa düşülür. Fərz edək ki, 00C-də hər hansı P1 təzyiqində xüsusi həcmin qiyməti verilib və A1 nöqtəsinə uyğundur. Başqa P2 təzyiqində v-nin qiyməti A2-yə uyğundur. Bu qayda ilə davam etsək, şəkildəki əyri alınır. AB xətti 00C-də müxtəlif təzyiqlərdə xüsusi həcmin qiymətlərini göstərir. Əgər hər hansı P1 təzyiqində mayenin qızdırmağa davam etsək, müəyyən vaxtdan sonra o qayanmağa başlayacaq. P1 vəziyyətində qaynamaya uyğun nöqtədəki xüsusi həcmin qiyməti B1 nöqtəsinə uyğun olacaq. P2 təzyiqində B2 və s. uyğundur. AK xətti müxtəlif təzyiqlərdə qaynama halına uyğun xüsusi həcmlərin qiymətlərini göstərən nöqtələrdir.


AK xətti üzərində xüsusi həcmin qiymətləri v ilə işarə olunur və aşağı sərhəd əyrisi adlanır. Burada KL xəttindəki nöqtələr quru doymuş buxar halına uyğundur X=1. Xüsusi həcmin qiyməti v ilə işarə olunur və yuxarı sərhəd əyrisi adldnır (KL xətti).
Yuxarı və aşağı sərhəd əyrilərinin kəsişdiyi K nöqtəsinə böhran nöqtəsi deyilir. Bu anlayışı elmə ilk dəfə Mendeleyev gətirib və bu böhran nöqtəsinə mütləq qaynama adı verilib. Böhran nöqtəsində cisimlərin maye və buxar fazaları arasında fərq yox olur.
Böhran temperaturunda yuxarı halda heç vaxt sıxmaqla buxarı mayeyə çevirmək olmur.

Bu əyrilər P -  sistemində isə şəkildəki kimi olur.




Doymuş mayenin və quru doymuş buxarın əsas parametrləri
Hər hansı bir təzyiqdə suyu 00C – dən qaynama temperaturlarına qədər qızdırmaq üçün lazım olan istilik migdarı:
q = i – i0 (1)
Burada i – qaynayan mayenin entalpiyası, i0 – 00C-də mayenin entalpiyasının qiymətləridir.
Biz qeyd etmişdik ki, 00C-də su üçün
i0 = 0 və S0 = 0
götürülür. Onda
q = i.
Bilirik ki,
i=U + pv
Daxili enerji
U=i – pv
olar.
00C – də suyun daxili enerjisi yuxarıdakı ifadə ilə təyin olunur (çünki U0=i0 –– pv0= – 0,6110).
Verilmiş təzyiqdə 1 kq mayeni doymuş maye halından quru doymuş buxar halına gətirmək üçün lazımi istilik miqdarına gizli buxarlanma istiliyi deyilir. r ilə işarə olunur və 2 enerjinin cəminə bərabərdir.
r=+=+p(v– v) (2)
 – molekulları arasındakı cazibə qüvvəsini qurmaq üçün lazım olan enerji;
 – isə xarici qüvvələrə qarşı görülən işə sərf olunan enerjidir.
Böhran nöqtəsinə yaxınlaşdıqca gizli buxarlanma istiliyinin qiyməti azalır.



Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin