Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
incəsənətlə aldığı biliyi və vərdişləri müxtəlif peşələrdə necə istifadə edəcəyini izah edir
•
incəsənət üzrə ali təhsil almaq və karyera qurmaq imkanlarını müzakirə edir
•
muzeydə və qalereyada konkret ekspozisiyanı qurmaq üçün hansı əlamətlərlə əsərlərin
•
seçilməsini araşdırır və hansıların tamaşaçılara və cəmiyyətə göstərdiyi ehtimal olunan
təsirləri haqqında söhbət aparır
gündəlik həyatda incəsənətin hansı növləri ilə rastlaşdığımızı araşdırır (televiziya, qəzet,
•
jurnal, plakat, afişa, dizayn) və onun əhəmiyyətini qiymətləndirir
həyatda üzləşdiyi peşəkar və həvəskarların yaratdığı incəsənət əsərlərini müqayisə edir və
•
onlar haqqında müzakirələr aparır
Dərs proqramının məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt, rəng, işıq-kölgə, faktura, forma, həcm; ölçülər; kompozitiv bölgü əsasları; bütövlük, məkan
(nəzər nöqtəsi, horizontal xətt, perspektiv, ön və arxa plan), simmetriya, ritm, tarazlıq, kontrast
(əhval-ruhiyyənin, emosiyaların müxtəlif effektlər və bədii üsullar vasitəsilə ötürülməsi).
Material və vəsait:
Tuş, qələm, pastel, quaş, akvarel, tempera, kömür, gil, parça, sap, kəndir, məftil, dəmir, təbii və
süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment; toxuculuq, tikiş, dülgərlik alətləri.
Texnika və prosedur:
Basmalar, yonmaq, kollaj, kilim, kuzə, qobelen, naxış vurmaq, toxumaq, tikmək, ağac yonmaq,
kompüter texnologiyaları; incəsənətin məşhur əsərlərinin surətini hazırlamaq; seçilən sahələrdə
eksperiment (rəssamlıq, dizayn, fotoqrafiya); materialla, texnika ilə eksperiment.
Digər fənlərlə inteqrasiya:
Təsviri və tətbiqi incəsənət – Musiqi – Ədəbiyyat – Tarix – Təbiət elmləri fənləri.
Layihədə iştirak etmək:
Layihənin ideyasının müəyyən edilməsi (sərgi, aksiya, incəsənət festivalı, viktorina, ekspedisiya,
Gürcüstanın hər hansı bir vilayətinə ekskursiya); layihənin planlaşdırılması, funksiyaların bölgüsü;
təşkilatı, maliyyə hesablaması, sponsorun axtarılması, ictimaiyyətlə münasibət, materialla təminat;
vizual gündəliyin təqdimatı, qiymətləndirilməsi.
Dostları ilə paylaş: |