xəyalinə, Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə”
(Nəsimi), “Ləbi şəkər, dili baldan, Mən dönərəm, könül
dönməz” (Şikəstə), “Ay ağalar, bir Nigarın oduna, dəli
könül yana-yana düşübdür” (Vidadi);
b) “isim + isim” (“noun + noun”) modeli üzrə. İngilis
dilində bu model əsasında formalaşmış ifadələr
komponentlərinin bir-birinə bağlanma vasitələrinə görə iki
formada işlənir:
1) tərəflər arasında heç bir qrammatik vasitə iştirak
etmir, məsələn, dog’s nose (“pivə”), parson’s (pope’s )
nose (“qızardılmış quş”), pudding face (“mənasız üz”);
2) komponentlər arasında bağlayıcı, yaxud sözönü
iştirak edir, məsələn, neck and crop (“tələsik”), head and
front (“hər şeydən əvvəl”), head and shoulders above smb
112
(“kimdənsə bir barmaq yuxarı”), arm in arm (“qol-qola”),
a finger in the pie (“bir işdə əli olmaq”), cheek by jowl
(“yanbayan”), eyes and no eyes (“çəp gözlər”), foot to foot
(“yanbayan”) və s.
The puppy made another rush at the stick and
tumbled head over heels in its hurry to get hold of it
(L.Caroll). “Küçük yenidən çubuğun üstünə atıldı, onu
tutmağa tələsdiyindən yıxıldı və ayaqları başından aşdı”
(L.Karol).
“Oğlum, sən iki uşaq atasısan, çalış balaların gözü
yolda qalmasın” (S.Qədirzadə); “Ay girdi buluda, üzündə
kədər, Qorxdu bir də onu şahid çəkərlər” (N.Xəzri);
“Tək-tənha oturmuşam qulağım səsdə, deyirəm, bəlkə bir
adam qapını açdı” (S.Qədirzadə).
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yazılı dil daim
adi danışıqda yaşayan ifadələrlə cana gəlir.
“İsim + isim” modeli üzrə yaranmış idiomatik
ifadələrin struktur baxımından hər iki dildə ümumi
cəhətləri vardır. Məsələn, struktur baxımından ingilis
dilindəki face to face ifadəsi Azərbaycan dilində onun
113
qarşılığı olan üzbəüz və üz-üzə leksik vahidləri ilə ümumi
cəhətlərə malikdir. Azərbaycan dilinə məxsus üzbəüz
vahidinin tərəfləri tabesizlik əlaqəsi ilə bağlanmışdır,
yazılı dilin normalarına görə mürəkkəb söz hesab edilir.
İngilis dilindəki shoulder by shoulder idiomatik ifadəsi isə
Azərbaycan dilinə “çiyin-çiyinə” kimi tərcümə edilir. Bir
sıra idiomatik ifadələr semantik baxımdan bir-birinə əks
mənalı sözlərdən təşkil olunmuşdur, məsələn, from head
to foot (from head to heel) (“başdan ayağa, başdan
ayağacan, başdan ayağa kimi, başdan ayağa qədər”).
Azərbaycan dilində “isim + isim” modeli əsasında
formalaşmış ismi idiomatik ifadələrin maraqlı bir cəhəti
ondadır ki, bu konstruksiyalarda isim isimlə təyin olunur;
c) “isim + zərf” (“noun + adverb”) modeli üzrə. “Zərf +
isim” modeli üzrə formalaşmış ifadələrə də təsadüf edilir.
Hər iki struktur elmi ədəbiyyatda “adverbial idiomatik
ifadələr” də adlanır. Belə idiomatik ifadələr zərf
funksiyasında çıxış etməklə hərəkətin əlamətini bildirir:
ing. never batted an eyelash (“gözünü də yummadan”),
hands down (“asanlıqla”), up to the eyes (in debt) (“borc
114
içində”), over heads and ears, over smb’s head (“başından
yekə”), out of smb’s hair (“heç kəsin qəlbinə
toxunmadan”); azərb. üzü irəli, keyfi yuxarı, başı aşağı,
Dostları ilə paylaş: |