921) Alkohol sərxoşluğu vəziyyətində olan 38 yaşlı kişi 6 saat bağda taxt
üzərində yatmışdır. 2 gün sonra döş qəfəsinin sağ yarısında ağrı, hərarətinin
yüksəldiyini hiss etmişdir. Həkimə müraciət etməmişdir. 2 həftə sonra bədən
hərarətinin 37, 5 - 38 ºC yüksəlməsi, ümumi zəiflik hiss etmişdir. Səhər öskürən
zaman qəflətən 200 ml kəskin iyli, irinli bəlğəm xaric olmuşdur. Sizdə daha çox
hansı xəstəliyə şübhə yaranır?
A) Bronxoektaziya
B) Eksudativ plevrit
C) Pnevmoniya
D) Ağciyər absesi
E) Ağ ciyər xərçəngi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
922) Sağ ağ ciyərin xroniki absesinə görə ambulator müalicə alan xəstədə
qəflətən döş qəfəsində ağrı, təngənəfəslik, boyun və sifətində artan göyərmə
müşahidə olunur. Xəstəliyin hansı ağırlaşmasının baş verdiyini düşünmək
lazımdır?
A) Eksudativ plevrit
B) Plevranın empieması
C) Pnevmоtoraks
D) Diafraqmaaltı abses
E) Miokard infarktı
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
Dostları ilə paylaş: