1192) Luis əməliyyatının transhiatal ezofaqoektomiya əməliyyatından fərqi
nədədir?
A) Torakotomiya icra edilmir, anastamoz boyunda qoyulur
B) Anastamoz intraplevral qoyulur, sağ torakotomiya icra edilir
C) Anastamoz intraplevral qoyulur
D) Qida borusu diafraqma dəliyindən mobilizasiya edilir, sol torakotomiya icra edilir
E) Anastamoz boyunda qoyulur, sol torakotomiya icra edilir, qida borusu diafraqma
dəliyindən mobilizasiya edilir
Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва səh 220
1193) Beyin silkələnməsinə sadalananlardan hansı aiddir?
1.Huşun itməsi, 2.Ürəkbulanma və qusma 3.Baş ağrısı. 4.Retroqrad amneziya
5.Qulaqdan likvorun gəlməsi, 6.Taxiaritmiya
A) 2, 3, 5, 6
B) 1, 3, 4, 6
C) 2, 4, 5, 6
D) 1, 2, 4, 6
E) 1, 2, 3, 4
Ədəbiyyat: Ç.Cəfərov. Ümumi Cərrahlıq. Bakı 2006. Səh 237.
1194) Baş beyinin silkələnməsi olan xəstələr necə müalicə olunur?
A) Kombinə (cərrahi sonra konservativ)
B) Xəstəyə aktiv həyat sürməklə yüngül ağrıkəsicilər, yuxu tənzimləyicilər təyin
edilir
C) Xəstə uzun müddət yataq şəraitində hərəkətsiz saxlanılır, beyin ödemi əleyhinə
hipertonik məhlullar venadaxilinə yeridilməlidir
D) Cərrahi
E) Xəstəyə 2 həftə yataq şəraitində tam rahatlıq yaratmaqla, bərabər yüngül
ağrıkəsicilər, yuxu tənzimləyicilər, beyin ödemi əleyhinə hipertonik məhlullar
venadaxilinə yeridilməlidir
Ədəbiyyat: Ç.Cəfərov. Ümumi Cərrahlıq. Bakı 2006. Səh 237.
1195) Bronxoektoziya xəstəliyini hansı xəstəliklərlə differensasiya etmək
lazımdır?
A) Plevrit
B) Kəskin bronxit
C) Ağ ciyər absesi, vərəmi və mərkəzi karsinoması
D) Ağciyər exinekokku
E) Pnevmoniya
Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва. стр. 153
Dostları ilə paylaş: |