Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Hansı anatomik törəmə bud kanalının daxili dəliyinin əmələ gəlməsində



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə35/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   31   32   33   34   35   36   37   38   ...   292
2020-02-19 14-56-56

167) Hansı anatomik törəmə bud kanalının daxili dəliyinin əmələ gəlməsində 
iştirak etmir? 
A) Pupart bağı 
B) Jimbernat bağı 


C) Kuper fassiyası 
D) Bud venası 
E) Bud arteriyası 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
168) Qasıq kanalının arxa divarını nə təşkil edir? 
A) Köndələn əzələ 
B) Pupart bağı 
C) Qarının daxili çəp əzələsi 
D) Qarının xarici çəp əzələsinin aponevrozu 
E) Köndələn fassiya 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
169) Əməliyyatdan sonrakı erkən dövrdə aşağıdakı ağırlaşmalardan hansına 
daha çox rast gəlinir? 
A) Empiyema 
B) Emfizema 
C) Ağciyər infarktı 
D) Pnevmoniya 
E) Atelektaz 
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 150 
170) Aşağıdakılardan hansı peritonu daha az qıcıqlandırar? 
A) Sidik 
B) Pankreas şirəsi 
C) Qan 
D) Mədə şirəsi 
E) Öd 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 236 . 
171) Bud yırtığı ən çox kimlərdə rast gəlinir? 
A) Yaşlılarda 
B) Cinsin və yaşın əhəmiyyəti yoxdur 
C) Qadınlarda 
D) Uşaqlarda 


E) Kişilərdə 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 103. 
172) Holsted əməliyyatı hansı orqanın xərçənginin müalicəsində icra edilir? 
A) Süd vəzi 
B) Qaraciyər 
C) Mədə 
D) Mədəaltı vəzi 
E) Böyrəküstü vəzi 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 66. 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin