Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Qalxanvari vəzin follikulyar adenoması və follikulyar xərçənginin



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə83/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   79   80   81   82   83   84   85   86   ...   292
2020-02-19 14-56-56

436) Qalxanvari vəzin follikulyar adenoması və follikulyar xərçənginin 
differensial diaqnostikasında aşağıdakılardan düzgün diaqnoz qoymağa hansı 
kömək edər? 
A) Kompüter tomoqrafiya 
B) Radioizotop ssintiqrafiya 
C) Nazik iynəli punksion aspirasion biopsiya 
D) Əməliyyat materialının histoloji müayinəsi 
E) Maqnit - rezonans tomoqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
437) 22 yaşlı hamilə qadına qalxanvari vəzin papilyar xərçəngi diaqnozu 
qoyulmuşdur. Şiş sağ payda yerləşir, ölçüləri 1, 5 x 1, 5 sm olub, qalxanvari 
vəzin kapsulasından kənara çıxmır, metastaz yoxdur. Cərrahın taktikası necə 
olmalıdır? 
A) Xəstəni sanator – kurort müalicəsinə göndərmək 
B) Hamiləliyi pozmadan əməliyyat etmək 
C) Radioaktiv yodla müalicəyə göndərmək 
D) L - tiroksinlə supressor terapiya təyin etmək, doğuşdan sonra xəstəni əməliyyat 
etmək 
E) Hamiləliyi pozub xəstəni əməliyyat etmək 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“ 
438) İntramammar irinli mastitin optimal müalicə üsulu hansıdır? 
A) Yalnız antibiotiklərin təyin edilməsi 
B) İntramammаr büküşdən irinliyin kəsilib açılması 
C) Radial kəsiklə irinliyin kəsilib açılması və drenaj edilməsi 
D) İrinliyi təkrari punksiya edib antibiotik vurmaq 
E) Geniş kəsiklə irinliyin açılması (bu zaman yara tamponada edilir) 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin