453) Torakoabdominal yaralanmalarda aşağıdakılardan hansı icra edilir?
A) Torakotomiya və laporatomiya
B) Torakotomiya və laparoskopiya
C) Plevral boşluğunun drenə olunması və laparotomiya
D) Torakotomiya
E) Laparotomiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
454) Plevra boşluğundan havanı çıxarmaq üçün drenaj etməyin tipik yeri hansı sahədir?
A) Arxa qoltuqaltı xətlə yeddinci qabırğaarası sahə
B) Orta körpücük xətti ilə beşinci qabırğaarası sahə
C) Orta körpücük xətti ilə ikinci qabırğaarası sahə
D) Ön qoltuqaltı xətlə üçüncü qabırğaarası sahə
E) Qoltuqaltı xətlə IV qabırğaarası sahə
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
455) Plevra boşluğundan qanı çıxarmaq üçün drenaj etməyin tipik yeri hansı sahədir?
A) Ön qoltuqaltı xətlə üçüncü qabırğaarası sahə
B) Arxa qoltuqaltı xətlə yeddinci qabırğaarası sahə
C) Qoltuqaltı xətlə V qabırğaarası sahə
D) Orta körpücük xətti ilə beşinci qabırğaarası sahə
E) Orta körpücük xətti ilə ikinci qabırğaarası sahə
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
456) Sonrakı reinfuziya məqsədilə plevra boşluğundan evakuasiya olunan hər 500 ml qana əlavə edilən heparinin dozası neçə ml-dir?
A) 0, 2 ml
B) 1 ml
C) 1, 5 ml
D) 0, 5 ml
E) 1,2 ml
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
457) Laxtalanmış hemotoraksın müalicəsi üçün aşağıdakılardan hansı istifadə edilir?
Dostları ilə paylaş: |