476) Süd vəzisinin fibroadenoması xarakterizə olunur:
1. Birləşdirici toxuma kapsulunun olması ilə
2. Vəz toxumasının birləşdirici toxumadan üstün olması ilə
3. Ən çox 21 yaşdan 25 yaşadək baş verməsi ilə
4. Yumşaq konsistensiyalı olması ilə
A) 3, 4
B) 2, 3
C) 1, 2
D) 2, 4
E) 1, 3
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
477) Qadınların döş giləsindən hemorragik ifrazat müşahidə edilir:
A) İntraduktal papillomada
B) Diffuz mastopatiyada
C) Kəskin mastitdə
D) Süd vəzisinin absesində
E) Süd vəzinin xərçəngində
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
478) Pedcet xəstəliyi nədir?
A) Süd vəzinin dəri limfa axacaqlarının blokadası ilə olan bəd xassəli şişi.
B) Süd vəzinin areolası və gilənin xərçəngi
C) Süd vəzinin adenosarkoması.
D) Mastit
E) Yarpaqvarı kistosarkoma.
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
Dostları ilə paylaş: |