508) Aşağı ətrafın kəskin işemiyası olan xəstədə bud, dizaltı və pəncə arteriyalarında nəbz yoxdur. Okklüziyanın səviyyəsini təyin edin.
A) Budun səthi və dərin arteriyalarının birgə okklüziyası
B) Bud arteriyasının orta üçdəbiri
C) Daxili qalça arteriyası
D) Bud arteriyasının yuxarı 1/3-i
E) Xarici qalça arteriyası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
509) Xəstədə hər iki aşağı ətrafın eyni vaxtda yaranan və daha çox sağda özünü göstərən kəskin işemiyası vardır, sağ bud, dizaltı və pəncə arteriyalarında pulsasiya yoxdur. Sol bud arteriyasında və aşağı ətrafın digər arteriyalarında pulsasiya zəifləməsi qeyd edilir. Okklüziyanın səviyyəsini təyin edin.
A) Aortanın bifurkasiyasının trombemboliyası, sağ qalça arteriyasının tam okklüziyası və sol qalça arteriyasının hissəvi okklüziyası ilə
B) Sağ xarici qalça arteriyasının və sol daxili bud arteriyasının okklüziyası
C) Hər iki bud arteriyasının okklüziyası
D) Aortanın bifurkasiyasının total trombozu
E) Sağ qalça arteriyasının okklüziyası və sol aşağı ətraf arteriyalarının reflektor spazmı
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
Dostları ilə paylaş: |