720) Hansı yaralar zamanı infeksion ağırlaşmalar daha tez-tez müşahidə olunur?
A) Kəsilmiş
B) Deşilmiş
C) Deşilmiş-kəsilmiş
D) Odlu silah
E) Cırılmış-əzilmiş
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. «Медицина», Москва,1990.
721) Yaranın ilkin mikrob çirklənməsinin səbəbi nədir?
A) Yaraya düşən ikincili yad cisimlər və toz
B) Gecikdirilmiş cərrahiyə əməliyyatı
C) Sarğının bacarıqsız qoyulması
D) Qeyri-steril sarğının qoyulması
E) Sarğının gec qoyulması
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. «Медицина», Москва, 1990.
722) Yara infeksiyasının daha effektiv profilaktikasına hansı yolla nail olunur?
A) Yaranın antibiotiklərlə işlənməsi
B) Yaraya proteolitik fermentlərin yeridilməsi
C) Antibiotiklərin venadaxili yeridilməsi
D) Yaranın ilkin cərrahi işlənməsi
E) Aseptik sarğının qoyulması
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. «Медицина», Москва, 1990.
723) Yara infeksiyasının profilaktikası üçün yaranın drenajlama metodlarından ən effektlisi hansıdır?
A) Yarımborular
B) Axar su altında -yuma drenajlaması
C) Tənzif turundanın daxil edilməsi (yeridilməsi)
D) Radon drenajı
E) Rezin buraxıcılar
Ədəbiyyat: М.И.Кузин, Б.М.Костюченок. Раны и раневая инфекция. «Медицина», Москва, 1990.
724) İrin törədən mikroorqanizmlərin hansı məhsulu yaradan iy gəlməsinəsəbə olur?
A) Merkaptan
B) Kükürdhidrogen
C) Fenollar
D) Ammonyak
E) Metilləşmiş aminlər
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.
Dostları ilə paylaş: |