760) Tetanusun müalicəsinə aiddir:
1. Antianaerob aktivliyi olan antibiotiklərin təyini
2. Qıcolmanın aradan qaldırılması
3. ətrafın amputasiyası
4. Tetanus əleyhinə zərdabın, anatoksinin və immunoqlobulinin təyini
5. Hemosorbsiya
A) 1, 4
B) 3, 5
C) 1, 3
D) 2, 4
E) 2, 5
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
761) Tetanusun ağırlaşması:
1. Sepsis
2. Asfiksiya
3. Fəqərə cisimlərinin kompression sınığı və əzələlərin cırılması
4. Ekssudativ perikardit, plevrit
5. Beyinin absesi
A) 1, 3, 5
B) 3, 4, 5
C) 2, 4, 5
D) 1, 2, 3
E) 1, 2, 4
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
762) Tetanusun “Klassik üçlüyü” -nı ilk dəfə təsvir edib: üçlüyü
A) Pare
B) Hippokrat
C) Piroqov
D) Qalen
E) Larrey
Ədəbiyyat: Г.Н.Цыпубляк. Хирургичекие лечение тяжелой и сочетанной травмы. « Гиппократ», СПб. 1996.
763) 2 yaşlı oğlan uşağında qasıq dəbəliyinin boğulmasından 8 saat keçib. Həkimin taktikası:
A) Dəbəlik möhtəviyyatının özbaşına düzəlməsi üçün kompleks konservativ tədbirlər
B) Təcili cərrahi müdaxilə
C) Spazmolitiklərin vurulması
D) Rauş narkoz
E) Dəbəlik törəməsinin xloretillə isladılması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
764) 3 yaşlı qızda boğulmuş qasıq dəbəliyi var. Boğulmadan 1 saat keçib. Tədbirlər:
A) Dəbəliyin əllə düzəldilməsi
B) Təcili cərrahi müdaxilə
C) Qısamüddətli narkoz
D) Xloralhidrat imaləsi
E) Boğulmanın aradan qaldırmağa yönələn kompleks konservativ tədbirlər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
Dostları ilə paylaş: |