831) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri:
A) xəstənin vəziyyətinin yaxşılaşması
B) şişin ölçülərinin kiçilməsi
C) residivlərin profilaktikası
D) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək
E) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
832) Ağır vəziyyətdə olan xəstəyə ilkin yardım məqsədilə hansı tədbirlər vacibdir:
A) radioprotektorun qəbulu
B) hemosorbsiya
C) qusma əleyhinə tədbirlər
D) reanimasion tədbirlər
E) dərinin dezaktivasiyası
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва, 1986.
833) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir:
A) immun sistem
B) həzm sistemi
C) mərkəzi sinir sistemi
D) qanyaradıcı sistem
E) ürək damar sistemi
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
834) Kəskin şüa xəstəliyi zamanı periferik qanın analizində ilk növbədə miqdarı azalır:
A) eritrositlərin
B) leykositlərin
C) trombositlərin
D) neytrofillərin
E) limfositlərin
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва , 1986.
835) Kişi cinsiyyət vəzilərinin şüalanmasından sonra ən çox xarakterik dəyişikliklər:
A) qanda testosteronun miqdarının azalması
B) hipospermiya
C) uşaqlarda irsi xəstəliklər
D) hidrosele
E) cinsi potensiyanın pozulması
Ədəbiyyat: İ.H.İsayev. Bədxassəli şişlərin şüa müalicəsinin əsasları. Elnur, Bakı, 2001.
Dostları ilə paylaş: |