174) Hansı əlamətlər xolangit üçün xarakterik deyil?
A) Hektik tipli qızdırma, kolit, qara ciyərin böyüməsi
B) Hepatitlər, kolit, dalağın böyüməsi
C) Kolit, dalağın böyüməsi, qara ciyərin böyüməsi
D) Hektik tipli qızdırma, hepatitlər, qara ciyərin böyüməsi
E) Hektik tipli qızdırma, kolit, dalağın böyüməsi
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
Cərrahiyyədə müalicə üsulları
175) Hər qanköçürmədə mütləq nə yoxlanmalıdır?
A) Fərdi uyğunluq, bioloji sınaq, rezus uyğunluğu
B) Fərdi uyğunluq, rezus uyğunluğu, rezus-faktorun yoxlanması
C) Hamısı
D) Qan qrupunun uyğunluğu, bioloji sınaq, rezus-faktorun yoxlanması
E) Qan qrupunun uyğunluğu, fərdi uyğunluq, bioloji sınaq
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
176) 10-12 saat əvvəl kəskin appendisitə görə əməliyyat olunmuş 22 yaşlı xəstədə zəiflik, başgicəllənmə, dəri və görünən selikli qişanın avazıması, arterial təzyiqin enməsi qeyd olunur. Hansı ağırlaşmadan şübhələnirsiniz?
A) Koprostaz
B) Yeridilmiş dərman preparatlarına reaksiya
C) Qarın boşluğuna daxili qanaxma
D) Paralitik bağırsaq keçməməzliyi
E) Ürək qan-damar çatmamazlığı
Ədəbiyyat:
Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
177) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansı daha çox ehtimal olunur?
A) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları
B) Qara ciyərin funksional pozğunluqları
C) Hiperqlikemiya
D) Böyrək çatmamazlığı
E) Arterial hipertenziya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
178) Mədə çıxacağının stenozunda hansı aşağıda göstərilən müalicə metodunun seçilməsi düzgündür?
A) Cərrahi əməliyyat
B) Ambulator müalicə
C) Sanator-kurort müalicəsi
D) Dərman müalicəsi
E) Başqa alternativ metodlar
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
179) 28 yaşında xəstə 6 saat əvvəl epiqastral nahiyədə kəskin ağrıların baş verməsi ilə əlaqədar xəstəxanaya gətirilmişdir. Xəstəliyin klinik mənzərəsi və aparılmış müayinələr nəticəsində ilk anlardan xəstədə mədə və ya 12-barmaq bağırsaq xorasının sərbəst qarın boşluğuna perforasiyası diaqnozu qoyulmuşdur. Sizin sonrakı taktikanız?
A) Xəstənin planlı əməliyyata hazırlanması
B) 10 saatdan sonra təcili laparotamiya
C) Xəstənin mədəsinə zondun salınması və su ilə yuyulması
D) Laparotomiya-radikal operasiya
E) Xəstənin imalə olunması
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
180) Qastroduodenal qanaxmalarda hansı müayinə metodları ilə qanaxmanın mənbəyini dəqiq təyin etmək olar?
A) Diaqnostik laparotomiya
B) Radioizotopla müayinə
C) Arterioqrafiya
D) Endoskopik qastroduodenskopiya
E) Mədənin R-skopiyası
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
181) Virus mənşəli (Hepatit B,C,D ) hepatitlər ağır və getdikcə artmaqda olan xroniki xəstəliklər sırasına aiddirlər. Xəstəliyin bütün dünyada çox yayılmasına səbəb olan faktorlardan biri virusla yoluxma mənbələrinin çoxluğudur. Yoluxma yolları hansılardır?
A) Tibbi manipulyasiyalar: stomatoloji
B) Hemotransfuziya
C) Tibbi manipulyasiyalar:ginekoloji, cərrahi, endoskopik, inyeksiyalar və s.
D) Hamısı
E) Cinsi əlaqələr
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |