199) «Diaqnostik torakotomiya» aşağıdakılardan hansısını nəzərdə tutur?
A) Torakotomiya, dərhal icra olunacaq əməliyyatın həcmini dəqiqləşdirmək məqsədi ilə ekspress-morfoloji tədqiqat üçün materialın götürülməsi
B) Torakotomiya, ağ ciyərin, plevral boşluğun reviziyası və prosesin operabelliyi və ya rezektabelliyi məsələsinin həlli
C) Torakotomiya, plevral boşluğun, ağ ciyərin, divararalığının, diafraqmanın reviziyası
D) Torakotomiya, plevral boşluğun, ağ ciyərin reviziyası və morfoloji tədqiqat üçün materialın götürülməsi
E) «Kiçik» torakotomiya və morfoloji tədqiqat üçün materialın götürülməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
200) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?
A) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası
B) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i
C) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i
D) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası
E) Torakoskopiya və laparoskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
201) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?
A) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası
B) Lobektomiya
C) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya
D) Plevrolobektomiya
E) Ağ ciyərin atipik rezeksiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |