V.Ə. Qasımov


- Pascal proqramlaşdırma dilində yazılmış proqramın  ilkin mətni;  .hlp



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   44
Gasimov-informatika-darslik (1)

 
- Pascal proqramlaşdırma dilində yazılmış proqramın 
ilkin mətni; 
.hlp
 
– adətən sistemlərdə kömək üçün nəzərdə tutulmuş fayl. 
Müəyyən proqramların yaratdığı və emal etdiyi faylları 
digərlərindən fərqləndirmək üçün ümumi qəbul olunmuş 
genişlənmələrdən istifadə olunur, məsələn: 
.doc
 
- MS Word proqramında yaradılmış sənəd; 
.xls
 
- MS Excel proqramında yaradılmış cədvəl; 
.ppt
 
– MS Point proqramında yaradılmış slayd və s. 
Digər bir qisim fayllar - yerinə yetirilə bilən fayllar, yəni 
proqramlardır. Proqram faylları adətən kompilyator və ya 
translyator vasitəsilə yaradılır. Bütün növ fayllar özlərində 
informasiya saxlayırlar. Bu informasiya xüsusi proqramlar 
tərəfindən istifadə oluna, oxuna və ya istifadəçiyə göstərilə bilər. 
Lakin proqram faylları özlərində informasiya saxlamaqla yanaşı 
eyni zamanda yaradılarkən nəzərdə tutulmuş müəyyən 
funksiyanı yerinə yetirə bilirlər. Proqram fayllarının adlarının 
əlavə hissələri mütləq «.exe» və ya «.com» olmalıdır. 
Faylların adları disklərdə kataloqlarda qeyd olunurlar. 
Kataloq
- disk üzərində faylların adlarının, onların ölçüləri
axırıncı dəyişdirilmə tarixi haqqında məlumatların, faylların 
atributlarının (xassələrinin) və s. saxlandığı xüsusi yerdir. Əgər 
hər hansı faylın adı müəyyən kataloqda qeydiyyata alınıbsa, onda 
deyirlər ki, verilən fayl bu kataloqa daxildir. Hər bir diskdə çoxlu 
sayda kataloqlar yaradıla, hər bir kataloqa isə çoxlu sayda fayl 
daxil ola bilər, lakin hər hansı fayl yalnız bir kataloqda qeydiyyata 
alına bilər. Faylın başqa kataloqa da daxil olması üçün bu faylın 
surətini mütləq həmin kataloqa köçürmək lazımdır. 
Əslində hər bir kataloq xüsusi struktura malik fayldır, ona 
görə də kataloqlar da ada malik ola, başqa kataloqda qeydiyyata 
alına bilər. Qeyd olunduğu kimi kataloqlar və fayllar prinsip 


79 
etibarı ilə analogiya təşkil etdiyi üçün onların adlarına olan tələbat 
və məhdudiyyətlər də eynidir. 
Qeyd olunmalıdır ki, kataloqlara bir çox başqa kataloqlar 
daxil ola bilər. Onda daxil olan kataloqa həmin kataloqun 
altkataloqu, daxilində başqa kataloqlar saxlayan kataloqa isə 
üstkataloq deyilir. 
Faylların kataloqlara, bu kataloqların digər kataloqlara, öz 
növbəsində onların da başqa kataloqlara daxil olması ümumiyyətlə 
ağacvari iyerarxik struktur əmələ gətirir. Bu strukturun kökündə 
baş kataloq (kötük kataloq) durur. Hər bir diskdə bir baş kataloq 
və təbii ki, kataloqların bir ağacvari iyerarxik strukturu ola bilər. 
Baş kataloq, adətən, həmişə bu diskin özü olur. Ağacvari 
strukturda altkataloqlar silsiləsinin, yəni altkataloqların dərinliyi 
(bir-birinə daxil olan kataloqların sayı) həddən artıq çox ola bilər. 
Bəzi əməliyyat sistemlərində buna məhdudiyyət qoyulmur.
Ağacvari iyerarxik strukturun təxmini forması 4.5 saylı 
şəkildə göstərilmişdir. 
Əməliyyat sistemində fayllara müraciət və onlarla iş zamanı 
faylların tam (bütöv) adi istifadə olunur. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin