XəBƏRLƏr foto qalereya haqqimizda


“Nəqliyyatın spesifik xüsusiyyətləri”



Yüklə 14,75 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü14,75 Kb.
#50433
1   2   3   4
nəqliyyatın-iqtisadiyyatı

“Nəqliyyatın spesifik xüsusiyyətləri”
 
Nəqliyyat maddi istehsalın əsas sahələrindən biridir. Nəqliyyatda hasiledici, emaletmə sənayesində və kənd təsərrüfatında olduğu kimi dəyər yaranır. Nəqliyyat istehsal prossesinin davamı olaraq, məhsulu istehsal olunan yerdən istehlak məntəqəsinə çatdırmaqla, ictimai məhsulun dəyərinin təşkilində iştirak edir. Elə buna görə də ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi nəqliyyatın inkişafından və onun işindən çox aslıdır. Nəqliyyat haqqında nəzəriyyə də bu xüsusiyyətlərin mahiyyətini aşağıdakı kimi izah edir.
-         Nəqliyyat hər cür istehsal prosesinin ümumi və vacib şərtidir.
-         Nəqliyyat istifadə etmə prosesi hədlərində və istifadə etmə prosesi üçün istehsal prosesinin davamıdır
-         Nəqliyyat məhsulun yerdəyişməsini həyata keçirir, bunun da nəticəsində onun məkan üzrə yerləşməsi və buna uyğun olaraq istehlak dəyəri dəyişir; bu məhsul nəqliyyatın işi prosessində yaranır və istehlak olunur.
-         Nəqliyyat və onun faydalı işinin səmərəsi və məhsulun yerdəyişməsi bir – biri ilə sıx surətdə əlaqəlidir.
Buradan da görünür ki, nəqliyyat xalq  təsərrufatı üçün  obvektiv olaraq zəruridir, çünki, o, nəqliyyatsız nə normal fəaliyyət göstərə bilər, nə də inkişaf edər.
Nəqliyyat növləri bir – birindən öz xüsusiyyətləri ilə fərqlənirlər. Bu müxtəliflik müəyyən dərəcədə cografi xarakter daşıyır. Təsadüfü deyildir ki, nəqliyyat növləri coğrafi dayrəyə görə də quruplaşdırilır (yerüstü, su və hava). Ümumi istifadə olan nəqliyyat sahələrinə (onun 6 əsas müasir növü) dəmiryolu, avtomobil, dəniz, daxili – su, hava və boru kəməri aiddir. Bəzən xüsusi nəqliyyat növü kimi şəhər və sənaye nəqliyyat növünün adıda çəkilir. Lakin bu nəqliyyat növlərindən (şəhərdaxili və zavod daxili) xüsusi hərəkətin tələbatını ödəmək üçün istiadə edir.
İnkişaf etmiş dövlətdə hər bir nəqliyyat növünün xalq təsərrüfatındakı əhəmiyyətinə və roluna, habelə onun inkişaf etdirilməsinə bütün nəqliyyat növlərinin kompleksinə vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi baxılır. Bunun üçün lazimi obyektiv şərait aşağıdakılardır:
1.           Bütün nəqliyyat növlərinin vahid xalq təsərrüfatı planı əsasında inkişafı. Bu, bir tərəfdən istehsalın və nəqliyyatın əlverişli proporsiya əsasında inkişafını, digər tərəfdən müxtəliuf nəqliyyat növlərindən əlverişli istifadə olunmasını təmin etmək üçün əsas şərtdir.
2.           Nəqliyyat prosesinin istehsalat – texnaloji birliyi. Bu proses butün nəqliyyat növlərinin qarşısında duran vəzifədən: yüklərin az məsrəflə istehsal olunduğu yerdən istehlak məntəqələrinə daşınmasını təmin etməsinidən irəli gəlir.
3.           Ölkəmizin ərazi birliyi və onun iqtisadi rayonlarının qarşılıqlı əlaqəsi. Bu əlaqə həm Respublika üzrə ixtisaslaşdırılmanın, həm də iqtisadi rayonların kompleks inkişafının mühüm amili olan nəqliyyatın inkişafının ərazi xüsusiyyətlərini müəyyənləşdirir. Buna görə də vahid nəqliyyat sistemi  rayonlararası magistiralların və rayon nəqliyyat şəbəkələrinin kompleksini yaradır.
4.           Nəqliyyat texnikasının birliyi. Bu birlik ayrı – ayrı nəqliyyat növlərinin texniki vasitələrinin inkişafını və onların nəqliyyat prosesində bir – birinə daha yaxşı uyğunlaşmasını və optimal əlaqə fəaliyyətini uzlaşdırır. Bu baxımdan vahid nəqliyyat sistemi yüklərin daşınması prosesində ayrı – ayrı nəqliyyat növlərinin, texniki vasitələrinin öz aralarında birgə qarşılıqlı fəaliyyətini tənzimləyir.
Deməli, bizim vahid nəqliyyat sistemi nəinki mühüm, həm də mürəkkəb xalq təssərüfatı orqanizmidir. Bütün nəqliyyat növlərinin kompleks ifadəsini və inkişafını təşkil edən bu üstünlüklər aşağıdakı real imkanlardan ibarətdir.
a) İstehsalatın və nəqliyyatın optimal mütənasibliyinin yaradılması imkanı
b)   Hər bir nəqliyyat növündən ayrılıqda və ya bir neçəsindən birgə  daha faydalı istifadə imkanı
c)    Daşımaların nəqliyyat növləri və nəqliyyat istiqamətləri arasında səmərəli paylaşdırması imkanı
ç) Ayrı – ayrı nəqliyyat növlərinin kompleks istismar işinin     əlaqələndirilməsi imkanı
d)   Elmin və texnikanın ən yeni nailiyyətlərindən istifadə edilməsi əsasında, bütün nəqliyyat növlərində, qarşılıqlı uyğunlaşdırılmış texniki tərəqqini nəzərdə tutan vahid texniki siyasətin həyata keçirilməsi imkanı
ə) Nəqliyyat sisteminin inkişafında, ölkənin xalq təsərrüfatının aldığı fayda haqqında, düzgün təsəvvür yaradan nəqliyyatın müxtəlif növlərinin inkişafına kapital qoyuluşunun iqtisadi səmərəliliyinin obyertiv qiymətləndirilməsi imkanı
e)    Ölkənin vahid nəqliyyat sisteminin tərkibində nəqliyyat növlərinin işin planlaşdırılmasıni və əlaqələndirilməsini xeyli yaxşılaşdırmaq məqsədilə ayrı – ayrı nəqliyyat növlərinin istismar, iqtisadi və maliyyə göstəricilərinin vahid şəkilə salınması imkanı
 
  
 


Yüklə 14,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin