Süxurların mineral tərkibinin elektrik müqavimətinə
təsiri.
Süxurların elektrik keçiriciliyinin mexanizminin müxtəlif
amillərin təsirinin öyrənilməsi böyük zəhmət tələb edən məsələlər-
dəndir. Hal-hazırda süxurların müxtəlif üsullarla ölçülən elektrik
keçiriliciyinin mineral tərkibdən, maye fazanın tərkibindən və onun
elektrik keçiriciliyindən, mineral dənələrin forma və ölçülərindən və
teksturasından asılılığı müəyyən edilmişdir.
Süxurların müqaviməti hər şeydən əvvəl keçirici mühitin süxuru
təşkil etməsindən, həm də onun daxilində yerləşmiş mineralın
olmasından asılıdır. Bununla əlaqədar olaraq elektrik müqavimətində
keçirici mineralın həcmdəki miqdarından asılı olaraq iki xarakterik
asılılıq müşahidə olunur. 3-cü şəkildə hər iki hal göstərilir. Şəkildə
üst əyri kiçik müqavimətə malik olan birləşmənin, aşağıdakı isə
böyük müqavimətə malik olan birləşmənin müqavimətini əks etdirir.
Buradan görünür ki, az zənginliyə malik olan böyük müqavimətli
mühitdə keçirici komponentin az olması mühitin ümumi
müqavimətinin az dəyişməsinə səbəb olur. tərəfdən kiçik müqavi-
mətli keçirici komponentin birləşmədə cüzi artması ümumi
müqavimətin kəskin azalmasına səbəb olur.
Əgər kiçik müqavimətli aşqar bərk yastılaşmış ellipsoid,
iynəvari formada olsa mühitdə kəskin anizotropiya müşahidə olunur.
Ən az müqavimət aşqarın ən böyük ölçüsü istiqamətində müşahidə
olunur. Bu halda keçiriciliyin zənginliyindən asılı olaraq mühitin
elektrik müqaviməti müxtəlif istiqamətlərdə müxtəlif olacaqdır.
Yaxşı keçiricilikli sementləyici aqreqatlarda xüsusi müqavimət
aşqarın bircinsliyindən az asılı olur. Pis keçiricilikli sementləyici
mühitdə xüsusi müqavimət aşqarın bircinsliyindən və formasından
çox asılı olur. Uzunsov aşqarlı süxurların xüsusi müqaviməti girdə
formalı aşqarlar olan süxurların xüsusi müqavimətindən kiçik
olacaqdır.
downloaded from KitabYurdu.org
28
Göstərilən işlər sənaye əhəmiyyətinə malik olan filizlərin mü-
qavimətinin süxurun maddi tərkibindən, struktur və tekstur
xüsusiyyətlərindən asılı olduğunu aşkar etməyə imkan verir.
Böyük müqavimətli süxurlara maqmatik, metamorfik, bir neçə
çökmə süxurları aid etmək olar. Bu süxurlar əsasən minerallardan,
dielektriklərdən və az miqdarda nəmlikdən ibarət olur. Mineralların
böyük müqavimətə və az nəmliyə malik olması səbəbindən bu süx-
urların müqaviməti filiz və böyük miqdarda nəmliyə malik olan çök-
mə süxurlarındna çoxdur. Bu mineralların elektrik müqaviməti
praktiki olaraq nə mineral tərkibdən, nə də genezisdən asılıdır. Bu
aşağıdakı səbəblərdən irəli gəlir. Süxur əmələ gətirən mineralların
böyük çoxluğu təxminən eyni xüsusi müqavimətə malikdir. Bununla
əlaqədar olaraq çökmə süxurlar çox hallarda qneys, kvars, diabaz
kimi müqavi mətə malikdir. Cüzi miqdarda nəmliyin olması böyük
müqavimətə malik olan süxurun müqavimətini kəskin azaldır və çox
hallarda süxurları müqavimətinə görə fərqləndirmək çox çətin olur.
Süni yolla nəmliyin azaldılması zamanı müqavimətin azalması
müşahidə olunur (mütləq quru). Bunlar turşdan əsasiyə və
ultraəsasiyə keçməklə fərqlənirlər.
downloaded from KitabYurdu.org
|