Çino – Xuan Pablo Çanq Navarro Levano. Perulu, Peru Xalq Azadlıq Ordusunun lideri. Kebrado de El-Yuro dərəsindəki döyüşdə sağ qalıb, əsir alınıb, La-İqueraya gətirilib və Simeon, Kuba və Çe ilə birlikdə güllələnib.
18Don Remberto Vilya – Nyakauasu rançosunun onu Roberto Peredoya (Koko) satan keçmiş sahibi.
19Ektor Bexar Rivera – Peru Azadlıq Ordusunun həbsxanaya salınmış komandanı
20Xulio Daqnino Paçeko – Peruda Azadlıq ordusunun maraqlarını təmsil edən perulu jurnalist
21Alexandro – Qustavo Maçin Oed de Beçe. Kubalı. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığındakı döyüşdə qətlə yetirlib.
22Arturo – Rene Martines Tamayo. Kubalı. 1967-ci il oktyabrın 8-də Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.