XOŞ HƏYATIN SİRRİ
Çox olub ey şux, cananlar ki atıb getmib daha,
Vəslə mən çatmaq üçün etdim dua, yetmib dua.
Kim deyir adəm bilməz günah nədir, etmib xəta?
Bəs nədir sevdayi-eşq, o bir xətadır, etmişəm.
Səhv edib, əql etməyib ol yarı canan sanmışam,
Sevdadə məntək heç kəs etməyib nöqsan qanmışam.
Mən sənin cövrünlə ta sevdada ey can, yanmışam,
Yaşamaq eşqi mənim üçün bəladır, bitmişəm.
Böylədir hər aşiqə yar tərəfdən yetmiş qubar,
Olma qafil, ömrün bahar idi ta getmiş bahar.
Harda aşiq görmüşəm, bu sözü etmişdir şüar:
“Get, onun uğrunda ölmək bir səfadır”, getmişəm.
Sevgidə işgəncələr, varmış bu nə, öldüm, xuda !
Sonda mən qəm çəkməyi qəlbdən axır sildim guya.
Aqila, mən xoş həyatın sirrini bildim daha –
Sən demə “Ən xoş olan” təkbir cüdadır, yetmişəm.
Dostları ilə paylaş: |