Yeni İl Bayramının
yaranma tarixi
Yeni İl Bayramı artıq əsrlərdir ki, dünya-
nın müxtəlif ölkələrində qeyd edilir.
Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə
qədim çinlilər qeyd etmişlər. Digər
mənbələrdə bu, qədim germanlar və
romalıların adı ilə bağlanır. Başqa bir
mənbə isə ənənənin Mesopotamiyada
yarandığını sübut etməyə çalışır.
Dünyanın hər yerində bütün insanlar
Yeni ili yeni ümidlər, yeni uğur arzusu ilə
gözləyirlər.
Hər bir ölkə bu bayramı özünəməxsus
şəkildə keçirir.
Fransada Şaxta baba Per Noel — yəni
Noel ata adlanır. O, Yeni il gecəsi gəlir
və evin balaca sakinlərinin başmağına
hədiyyələr qoyur. Böyüklərsə bayram
günü daha çox yeyib-içməyi sevirlər.
Bu ölkədə bayramın ən maraqlı tərəfi
hədiyyələrdir. Amma burada bir qədər
diqqətli olmaq lazımdır. Hər hədiyyəni
hər adama vermək olmaz. Məsələn,
bu bayramda qadının öz ərindən baş-
qa kimdənsə hədiyyə olaraq ətir qəbul
etməsi yaxşı hal hesab olunmur.
Yeni ildə İsveçrədə insanlar bir-birinə
şam hədiyyə edirlər ki, bu da dostluğun
və sevincin rəmzidir. Bayram axşamı isə
ailə başçısı - ata zibil atmaq bəhanəsilə
evdən çıxır və Yul Tomten (Şaxta baba)
obrazında qayıdır və uşaqlara hədiyyələr
paylayır.
İtaliyada yeni ildə uşaqların isə Şaxta
babaları yox, Şaxta nənələri var. Onun
adı Befan nənədir. Bu ölkədə Yeni ili
bərkdən qışqıraraq qarşılamaq adəti var.
Ucadan danışmaq italyanlar üçün adi hal
olsa da Yeni il gecəsi onlar öz səslərinə
tam sərbəstlik verirlər. Beləcə onlar həm
də köhnə illə vidalaşırlar. Əgər Yeni il
bayramı ərəfəsində təsadüfən Roma
küçələrindən keçsəniz ehtiyatlı olun.
Çünki pəncərələrdən atılan köhnə ev
əşyalarına tuş gələ bilərsiniz. İtalyanlar
hesab edirlər ki, Yeni ilin astanasında bü-
tün pis fikirlərdən və köhnə əşyalardan
xilas olmaq lazımdır.
Böyük Britaniyada bayram günü evdə
ideal təmizlik və qanun-qayda hökm
sürməlidir. Gecə düşərkən ailənin başçısı
illərin yerdəyişməsi üçün evin bütün qa-
pılarını geniş açır. Daha sonra qapı bağ-
lanır və evə ilk gələcək qonaq həyəcan
və səbirsizliklə gözlənilir. İnanca görə
ilin necə keçəcəyi içəri girən adamın
görkəmindən çox asılıdır. Qadınlar, sarı-
şınlar və əsmərlər o qədər də arzuolu-
nan deyillər. Ən uğurlu qonaq kürən kişi
hesab olunur. Dəhşətli hadisə, çatma-
qaş adamın içəri girməsinə qarşı isə o
dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa
duz atılır, qapıdan xaç asılır. Gələn qo-
naq özüylə viski, şirin çörək və kömür
gətirməlidir. Kömür ocağa atılır ki, Yeni
ildə ailənin ocağı daha gur yansın.
Almanlar Yeni il gecəsi saat 12-ni
vurarkən ovuclarında metal pul sıxaraq
tullanırlar. İnanırlar ki, bunu etsələr yeni
il daha bərəkətli olacaq.
İspaniyada bayram günü hamı kütləvi
şəkildə şəhərin mərkəzi meydanına
üzüm yeməyə axışır. Hər kəs müəyyən
vaxt ərzində 12 salxım üzüm yeməlidir.
Bayram axşamı küçələrdə müxtəlif
tələlər qurulur. Bu pis qüvvələrin köhnə
ildə qalması üçündür.
Yeni il Rusiyada ən çox sevilən bay-
ramdır. Uşaqlar yeni ildən hədiyyələr,
böyüklər isə səadət, xoşbəxtlik gözləyir.
Bu ənənənin əsası 300 il bundan əvvəl
Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə,
həmçinin ağac bəzəmək də öz əksini
tapıb. Məhz küknar ağacı 19-cu əsrin
axırlarında dəbə mindi. Yeni il gecəsi
süfrəyə mütləq müxtəlif yeməklər, salat-
lar, içkilər, piroqlar qoyulur. İnanca görə,
süfrə nə qədər dolu və gözəl olarsa, qar-
şıdan gələn il də elə olacaq.
Braziliyada Yeni il toplardan atılan
atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə
hamı bir-birini qucaqlayıb öpməyə baş-
layır.
Yeni il bayramında şam ağacı
bəzəməyin mənası nədir?
Yeni il abu-havasını şam ağacsız təsəvvür
etmək qeyri-mümkündür.
Yeni ilin şam ağacı haqqında ilk ya-
zılı məlumat XVI əsrə təsadüf edir.
Həmin mənbələrə görə, o vaxt alman
şəhəri olan Strasburqda Yeni il gecəsi
həm kasıb, həm də adlı-sanlı zadəgan
ailələrində küknar ağacları rəngli kağız-
lar, meyvələr və şirniyyatla bəzədilirmiş.
Vaxt keçdikcə bu adət bütün Avro-
paya yayılır. Amerikaya yolkanı bura-
da məskunlaşan almanlar gətiriblər.
1851-ci ildə burada ilk dəfə təntənəli
şəkildə yolka fənərlərinin yandırılma-
sı mərasimi keçirilib. O vaxtdan hər il
Yeni il bayramında Ağ evin qarşısında
bu mərasim keçirilir. Beləcə, şam ağacı
bütün dünyada məşhurlaşıb.
Azərbaycanda da bu bayram sevilən
bayramlar sırasındadır. Xüsusilə uşaqlar
bu bayramı həvəslə gözləyirlər. Böyüklər
isə, gələn ilin daha uğurlu və bərəkətli
olacağına inanırlar.
“Mərkəzi Klinika” Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA