73
I BÖLMƏ
Ekoloji turizm, rekreasiya v
ə turizm potensialından
davamlı istifad
ə
Son vaxtlarda davamlı inkişaf konsepsiyasının beynəlxalq
miqyasda geniş tətbiqi ilə əlaqədar olaraq ekoloji davamlı turizm
fəaliyyətinin rolu xeyli yüksəlmişdir. UNEP-in ətraf təbii mühit üzrə
1995-ci il proqramı, «YUNESKO-nun davamlı turizm xartiyası, 1995»
və «Biosfer rezervatlar üçün Sevilya strategiyası, 1995», Asiya və
Sakit Okean regionu nazirlərinin 1997-ci ildə qəbul etdiyi «Turizmin
davamlı inkişafı Deklarasiyası», 1997-ci ildə qəbul edilmiş «Bioloji
müxtəliflik və davamlı turizm üzrə Berlin deklarasiyası», 2000-ci ildə
UNEP-in ekoloji cəhətdən davamlı turizm prinsipləri və bu sahədə
qəbul edilmiş bir çox digər sənədlər buna misaldır.
Ekoturizmin müasir konsepsiyası, prinsipləri və anlayışları haqqında
onu demək olar ki,
«ekoturizm» anlayışı geniş ədəbiyyatda keçən əsrin
80-ci illərindən istifadə edilməyə başlamışdır.
Ekoloji turizm və ya ekoturizm – ətraf təbii mühit
qarşısındakı məsuliyyəti dərk etməklə, təbiəti və yüksək
əhəmiyyətli mədəni-irsi abidələri öyrənmək və ondan zövq
almaq məqsədi ilə, ətraf təbii mühitin mühafizəsinə
yönəlmiş, ona «yumşaq» təsir edən, bu tədbirdə yerli
əhalinin aktiv sosial-iqtisadi iştirakını təmin edən və onların
Dostları ilə paylaş: