ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə28/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
27
 

 
bacı) işləndiyini qeyd edir (82,51). Quba dialektində ağa sözü “bacı” 
sözü ilə birləşərək “böyük bacı” (ağabacı) mənasını ifadə edir. Ba-
sarkeçər dialektində isə ağa sözü “bajı” sözü ilə birləşərək “böyük 
qardaşın arvadına müraciətlə deyilən söz” mənasına gəlir: Ağabajım 
öydə yoxdu, odune: dif  (7,  13).  Ordubad  dialektində  “nənə;  atanın 
anası” mənasına gələn ağanənə sözü işlənir:  Atanın anasına bizlər 
ağanənə deyərıx (7, 13). Türk ədəbi dilində atanın və ya ananın ana-
sına “büyükanne” deyilir (75, 173).  
Çuvaş dilində yaşca böyük bacıya, atanın və ya ananın bacısına, 
ata tərəfdən nənənin bacısına da akka deyilir (114, 35). 
Azərbaycan dilinin Füzuli şivəsində  leksik vahidinə ağmax 
feilinin tərkibində “çıxmaq, qalxmaq; bir tərəfə əyilmək, qalxmaq 
(yük haqqında)” mənalarında təsadüf olunur: Qoyun dağa ağdı (7,15). 
Qədim türk dili abidələrində də eyni feilə “çıxmaq, qalxmaq; bir tə-
rəfə əyilmək” mənalarında təsadüf olunub (103,4). B.Əhmədov ağa 
sözünün qədim türk dili sözü ağmaq “qalxmaq, yüksəlmək, böyü-
mək” sözü ilə bağlılığı fikrinə tərəfdar çıxır. Müəllif indiki ağa və 
onun müxtəlif fonovariantlarının öncə düzəltmə olduğunu, sonra-
dan sadə sözə keçdiyini qeyd edir (20, 86). 
AbaBu leksik vahid “ata” mənasında Gədəbəy, Quba, Ordubad, 
Zəngilan şivələrində qeydə alınıb:  Bizdə hindi aba çox işdəmiyədü
ata diyəduğ (Quba); Abam taxıl biçiydi (Zəngilan);  Abam bi:lləri də 
kö:nə biniyə aparajax bizi, de:səŋ (Gədəbəy) (7, 11). Çəmbərək şivə-
sində ava “ata“ mənasında işlənir (7, 28). 
Türk dilində, xüsusilə, xalq şivələrində aba sözü “yaşca böyük 
olan bacı,  xanım, bibi, yengə” mənalarında işlənir. Mançu dilində 
ama (ata), şumer dilində ab (ata), macar dilində apa (ata), latınca 
atavus (qurddədə), ərəb dilindəki eb, ab köklərinin yaxınlığı aba sö-
zünün tarixi inkişaf mərhələsini göstərir (80, 2). «Divanü lüğat-it 
türk» əsərində aba oğuz əsilli söz olaraq həm “ana”, həm də “ata” 
mənalarında qeydə alınıb. Karluqlar bu sözü apa şəklində deyiblər. 
Burada “ata” mənasında işlənən aba sözünün ərəbcədən tibet dilinə 
keçdiyi  qeyd  olunub:  “Onlar bəni-Sabit nəslindəndirlər.Yəməndən bir 
şəxs türk ölkəsinə qaçıb gəlmiş, tibetliler onun nəslindən törəmişlər” 
(41, 151). Müasir türk dilində aba sözü işlənmir. Lakin bu sözün 
digər fonovariantı olan əbə sözünə türk ədəbi dilində təsadüf olunur. 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin