Əslində Big Bangın ateistlər və materialistlər (ikisi demək olar ki, sinonimdir) baxımından meydana gətirdiyi problem, ateist fəlsəfəçi Anthony Flewin yuxarıda etiraf etdiyindən çox daha böyükdür. Çünki Big Bang, kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda çox planlı, nizamlı və idarəli bir şəkildə var edildiyini göstərməkdədir.
Bunun səbəbi, bir partlama olan Big Bangın ardından kainatda çox nizamlı bir quruluşun ortaya çıxmasıdır. Halbuki partlamalar nizamlılıq meydana gətirməzlər. Müşahidə etdiyimiz bütün partlamalar, var olan nizamlılığı pozar, parçalar və yox edərlər. Məsələn, atom və hidrogen bombalarının partlaması, vulkanik partlamalar, təbii qaz partlaması, Günəşdə meydana gələn partlamalar... Hansı növ partlama araşdırılırsa araşdırılsın, təsirlərinin həmişə dağıdıcı olduqları görülər.
Ancaq bir partlamanın ardından qarşımıza çox incə detallı bir dizayn çıxarsa, bu vəziyyətdə bu partlamanın ardında "fövqəltəbii" bir müdaxilə olduğu, partlamaqla birlikdə dağılan bütün parçacıqların həqiqətdə çox idarəli bir şəkildə hərəkət etdirildikləri nəticəsinə çatarıq.
Big Bang nəzəriyyəsinə uzun illər qarşı çıxmış olan Sir Fred Hoylun sözləri, tam da bu vəziyyəti ifadə edir:
Big Bang nəzəriyyəsi kainatın tək və böyük bir partlama ilə başladığını qəbul edər. Amma bildiyimiz kimi partlamalar maddəni dağıdar və nizamsızlaşdırarlar. Halbuki Big Bang çox sirrli bir şəkildə bunun tam əksinə bir təsir meydana gətirmişdir. Maddəni bir-biriylə birləşəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir. 8
Hoyl, Big Bangın nizamlılıq meydana gətirməsinin ziddiyyətli bir vəziyyət olduğunu söyləyərkən, əlbəttə Big Bangı materialist bir ön fikirlə şərh etməkdə, yəni bunun bir "idarəsiz partlama" olduğunu fərz etməkdədir. Halbuki, bir Yaradıcının yəni Allahın varlığını qəbul etməmək üçün belə bir şərh edərək, ziddiyyətli bir vəziyyətə düşən elə özü olmuşdur. Çünki, partlamaqla birlikdə ortaya çox böyük bir nizam çıxmışsa, o zaman "idarəsiz partlama" fikirinin bir kənara atılması və partlamanın fövqəladə bir şəkildə idarəli olduğunun qəbul edilməsi lazımdır.
Bu nizamlılıq, Big Bangdan sonrakı hər mərhələ üçün etibarlıdır. Big Bangla birlikdə ortaya çıxan maddə, bu gün "atom altı parçacıqlar" dediyimiz hissəciklərdir. Amma bunlar -Hoylun ifadə etdiyi kimi "sirli bir şəkildə"- bir yerə gələrək atomları meydana gətirmişlər, həm də kainatın hər bir yerində və hər bir hissəsində. Böyük bir nizamlılıq içində yaranan bu atomlar kainatın müəyyən bölgələrində sıxlaşaraq qalaktikaları meydana gətirmişlər. Bu qalaktikaların içində ulduzlar, ulduzların ətrafında isə ulduz sistemləri və planetlər meydana gəlmişdir. Bütün bu nəhəng göy cisimləri fövqəladə dərəcədə nizamlıdırlar. Kainatda təxminən 300 milyard qalaktika olduğunu və bunların hər birinin içində təxminən yenə 300 milyard ulduz olduğunu düşünsək, söz mövzusu nizam və tarazlığın nə qədər fövqəladə olduğunu da daha asan anlaya bilərik.