Zamansizliq və QƏDƏr gerçƏYİ


Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) ehtiva etmişdir. (Nisa Surəsi, 126)



Yüklə 0,93 Mb.
səhifə27/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrəti ilə) ehtiva etmişdir. (Nisa Surəsi, 126)
Əsli xəyal olan ehtiraslar uğruna dini bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək isə, çox böyük bir ağılsızlıqdır. Dahası insana sonsuz itki gətirər.

Bu mövzuda bu nöqtə çox yaxşı başa düşülməlidir: Qarşı-qarşıya olduğumuz həqiqət, "bütün bu sahib olduğunuz və ehtirasında olduğumuz mallar, zənginliklər, uşaqlar, yoldaşlar, dostlar, vəzifələr irəlidə yox olacaq, ona görə bir mənası yoxdur" deməməkdədir. "Bu sahib olduqlarınızın heç biri bu anda onsuz da yoxdur, hamısı yalnız bir xəyaldan ibarət olan, Allahın sizi sınamaq üçün göstərdiyi bir görünüşdür, bunların çöldə əslləri varmı yoxmu bunu da bilə bilməzsiniz, varsa belə əsllərinə əsla çata bilməzsiniz" deməkdədir. Diqqət yetirsəniz ikisi arasında çox böyük bir fərq vardır.

İnsan bu gerçəyi bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə ölümünün ardından yenidən dirildiyində, yəni axirətdə, hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın görüş gücü itiləşəcək ("...Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən." (Qaf Surəsi, 22)) və hər şeyin çox daha açıq fərqinə varacaq. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər arxasında qaçaraq xərcləmişsə, orada heç yaşamamış olmağı diləyəcək, "Kaş ölüm əbədi (qəti) olaydı (bir daha dirilib bu əzabı görməyəydim). Mal dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm, səltənətim də məhf olub getdi!" (Haqqə surəsi, 27-29) deyərək həlak olacaq.

Ağıllı bir insana düşən isə, bütün kainatın bu ən böyük gerçəyini zaman varkən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömürünü xəyallar arxasında qaçmağa xərcləyib sonunda böyük bir hüsrana uğrayar. Allah, dünyada xəyallar (ya da "ilğımlar") arxasında qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirməkdədir:
Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun (layiqincə) cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur Surəsi, 39)

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin