XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi metodika-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 57.72 Kb.
Pdf просмотр
tarix26.07.2017
ölçüsü57.72 Kb.

          

     


XAÇMAZ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ 

 

                                          METODİKA-BİBLİOQRAFİYA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

                                               

 

 

                         

Abasqulu Ağa Bakıxanovun anadan  

 

 

olmasının 220 illiyi münasibəti ılə 

 

                         

Anotasiya xarakterli tövsiyyə                                                                                                                                      

____________________bülleteni__________________________ 

          ________________________________________ 

                 _______________________________ 

 

                           

 

 

 

 

 

 

 

 

 

                                           Xaçmaz - 2014 

 

 

Abbasqulu ağa Bakıxanov — tarixçi, şair, maarifçi. 1820-1830-cu illərdə çar 

Rusiyası ordusunda qulluq edib, Türkmənçay və Gülüstan 

müqavilələrinin(1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. 

"Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. 

"Qüdsi" təxəllüslü ilə şeirlər yazıb. 

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri 

yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan 

olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası 

Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz 

yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, 

Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq 

taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna 

görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona 

bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək 

Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam 

etdirmişdir. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə 

gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul 

olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Ömrünün sonlarında o, Yaxın Şərqi 

səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən 

Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub 

vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur. 

                                             

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan 

böyük alimdir."Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", 

"Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri il ə böyük şöhrət 

qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, 

məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim 

olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin 

qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Fars dilinin 

qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, 

"Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında ayrı-ayrı üç fəsildən 

ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri 

nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı 

haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür 

ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu 

əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq 

dilindən öyrənmişdir. 

 

1826-1828-ci il Rusiya – İran müharibələri zamanı o tez-tez İrana 

gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. 

"Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və 

nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun 

şəkildə vermişdir. 

 

"Qanuni-Qüdsi" əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və 

astronomiya elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya səyahətinin və 

müxtəlif ölkələri gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyl və marağı 

idi. Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", 

o birisi "Ümumi coğrafiyadır"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki 

fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb (1446-

1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən 

bu qitənin vəziyyətindən bəhs dir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri 

haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın 

riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin 

xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və 

Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış 

tərzindən bəhs edir". 

 

"Kəşfül-Qəraib"- Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa 

Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars 

dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada 

Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika 

ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq 

normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq 

dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır. 

 

"Ümumi coğrafiya", fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə 

yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu 

əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və 

sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən... bəhs etmişdir. 

Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb 

dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən 

müəyyən qədər istifadə etmişdir. "Əsrarül-mələküt" əsərinin 

müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi 

hissəsindən" götürüldüyü qeyd olunur. 30-cu illərdə Abbasqulu ağa 

Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə 

maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri 

mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, 

Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur. 

 

Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul 

olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, 

bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir. "Təhzibül-

əxlaq" əsəri Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək 

olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh 

edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini 

təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir. 

 

Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə 

bilik əldə etməyin sirləri haqqında danışılır. Fəsillərin adlarından aydın olur 

ki, A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə 

yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi 

faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə 

rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan 

qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, 

nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz 

fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir 

çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq 

normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, 

Hafiz kimi məşhur şairlərinin şerlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə 

olunmuş bu şer parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə 

çalışır. 

 

"Təhzibül-əxlaq" müəllifin pedaqogika və psixoogiyaya aid elmi və 

nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış 

müqəddimə, on iki fəsil və nəticədən ibarətdir. "Təhzibül-əxlaq" əsərinin əsas 

məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi 

normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, 

doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı 

rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah 

salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm 

və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. 

bu əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdəndir. 

 

"Təhzibül-əxlaq" əsərində müqəddimədən sonra gələn "E`tidala 

riayət", "Yaxşı işlərin fəziləti", "Can sağlığının qazanılması", "Şöhrətin 

bəyanı" fəsilləri əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqa olan 

məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi 

ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir 

cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərə 

yetişməsin. 

 

Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı 

əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı 

olduğunu izah edərkən, elmə üstünlük verir. Kainat və ilahiyyat məsələlərinin 

qısa fəlsəfi şərhindən ibarət olan "Xatimə"də müəllif kainatın maddi bir 

varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək 

dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir. Burada Abbasqulu 

ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və 

Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır. Lakin bu 

materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər 

davam etmir, idealist dünyagörüşü ona qalib gəlir. 

 

"Təhzibül-əxlaq"dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci 

pedaqoji əsəri "Kitabi-nəsihət" və ya "Nəsihətnamə"dir. "Kitabi-nəsihət"də 

102 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini 

nəsihətlərlə başlnır. Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, 

böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət 

məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin 

əksəriyyəti "Təhzibül-əxlaq"dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. "Kitabi-

nəsihət"in girişində müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən 

tərbiyə və təlimə dair yazılan kitabların uyğunsuzluğundan, çətin dildə 

yazılmasından şikayət edir. 

Uşaqların əxlaqının yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin 

yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini 

itirməmişdir. 

  

"Gülüstani-İrəm" əsəri 

Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" 

Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər 

əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində 

yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı 

müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin 

məhsuludur" – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə 

arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların 

qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli 

əfsanələrdən, dini kitablardan, "Avesta"dan, qoca kişilərin nağıl və 

rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi 

salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, 

Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir ritsil. Bu 

əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, 

lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu 

cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin 

tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını 

təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu 

təcrübədən istifadə etməyi lazım bilir. 

 

"Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa 

coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək 

bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat 

verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov 

bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, 

mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə 

bölmüşdür: 

İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan 

və Dağıstan ölkələrində baş verən qədim hadisələr. 

Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların 

istilasına qədər. 

Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və 

onların səltənətinə aid hadisələr. 

Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər. 

Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri 

arasında bağlanan sülh müahidəsinə qədər. 

 

Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-

təvarix", "Kitabi-məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq 

mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam 

nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani 

hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, 

yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı 

fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan 

ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin 

bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin 

fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə 

vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun 

Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin 

məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox 

ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı 

amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə 

öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra 

bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-

nəzərindən yanaşa bilməməsidir. 

 

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan 

coğrafiyaşünası Zeynalabdın Şirvaninin "Riyazüs-səyahə" əsərinə 

əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil 

hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və 

Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə 

Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin 

Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən 

dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına 

oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. 

 

"Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbasi", qolikovun "Böyük 

Pyotrun fəaliyyəti", Ustryalovun "I Pyotrun səltənət tarixi" və s. rus, fars və 

osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və 

Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və 

Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah 

İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur "Çaldıran" 

döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında 

zəngin məlumat toplanılmışdır. "Gülüstani-İrəm"in beşinci və son fəsli Nadir 

şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında 

bağlanan "Gülüstan" sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə 

edir. Beşinci fəsil "Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar 

dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi 

əhəmiyyəti vardır. "Gülüstani-İrəm" "Nəticə" adı ilə gedən sonluqla bitir. 

Lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət 

deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, 

yazıçı və şairləri haqqında qısa məlumat verilir. 

 

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə 

yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana 

gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh 

müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək 

işində mühüm mənbələrdən biridi 

 

 

 

 

 

                                 Ədəbiyyatın siyahısı 

 

1. 



Bakıxanov A. “Gülüstani– İrəm” – B. Azər SSR. Elmlər Akademiyası 

nəşriyyat, “1951. – 253s 

2. 


Bakıxanov A. Bədii əsərləri. – B. “Azərnəşr” 1973 – 391 s 

3. 


Bakıxanov A. “Gülüstani– İrəm” B. – “Elm” 1970. – 350s 

4. Həbiboğlu V. Abbasqulu ağa Bakıxanov. – B”Gənclik”, 1992. – 351s 

5. 

Bakıxanov A. Q “Nəsihətlər” – B. “Yazıзı”, 1982 – 76s 

 

 



 

                                   Filmoqrafiya 

Səbuhi (film, 1941) 

Sonuncu orden (film, 2002) 

Əhməd Bakıxanov (film, 2003) 

Qüdsi (film, 2007) 

Daşdan tikilmiş şəhər (film, 2008) 

Sübhün səfiri (film, 2012) 

Каталог: front -> files -> libraries -> 1125 -> documents
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
documents -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi Metodika V ə biblioqrafiya şöbə si
documents -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
documents -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə