XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 328,75 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü328,75 Kb.
#29101

  XAÇMAZ  RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA  SİSTEMİ 

 

                          (Metodika – biblioqrafiya şöbəsi) 

 

 



 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                                



   

“Xocalı  soyqırımı bəşəriyyətə, insanlığa qarşı  

                         törədilmiş ən qəddar cinayətdir” 

                                        

(Xaçmaz rayon MKS-in kitabxana filiallarında Xocalı soyqırımının 23-cü 

ildönümü münasibəti ilə görüləcək tədbirlər üzrə metodiki tövsiyyələr ) 

                            

                               

 

 



 

 

 



 

 

                                                



Xaçmaz – 2015 

       

 

 



 

                                                        

"Bütövlükdə Azərbaycan xalqına qarşı 

                                                 yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz 

                                         qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər 

                                           tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni 

                               zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." 

                                                                                                   Heydər Əliyev

 

Xocalı soyqırımı — 

1992-ci il

 

fevralın 25-dən

 

26-na

 keçən gecə 

Ermənistan 

Silahlı Qüvvələri

 tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı 

ilə 

Xocalı şəhərini

 işğal edərkən, 

etnik azərbaycanlılara

 qarşı baş vermiş 

soyqırımdır. 

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli 

hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid 

vermişdir. 

1992

-ci il 

fevralın 25-dən

 

26-na

 keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ 

dövründən 

Xankəndi

 (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı 

alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal 

etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır 

artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 

radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış 

təqribən 2500 nəfər xocalılı 

Ağdam

 rayonunun mərkəzinə çatmaq ümidi ilə 

şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 

2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı 

oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı 

olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 

25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən 

gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 

150 xocalılı itkin düşdü. 

Xocalı şəhidləri Azərbaycanın  ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi 

yolunda şəhid olmuş vətəndaşlarımızdır. Bu müharibədə bir çox şəhidlər 

vermişik. Biz onların ruhu qarşısında baş əyirik. Allah Azərbaycanın 

müstəqilliyin, ərazi bütövlüyü  uğrunda, torpaqlarımızın müdafiəsi uğrunda  

şəhid olanların hamısına allah rəhmət eləsi. 

Beynəlxalq aləmdə tanınması 

 Xocalı soyqırımının tanınması

- Hazırda bu proses Azərbaycanın xarici 

siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı 

həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də 

bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq 

addımlar atılmışdır.

 

 



 

Azərbaycan

 

 



 

Meksika

 2 fevral 

2012

-ci il tarixində 

Meksika

 Senatının qəbul 

etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-

26-da baş vermiş faciə soyqırım adlandırılıb. 

 



 

Pakistan

 2012-ci ilində 

Pakistan

 Senatının Xarici Əlaqələr Komitəsi 

Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən 

qətnamə qəbul edib.  

 



 

Kolumbiya

 

2012

-ci ilin 

24 aprel

 tarixində 

Kolumbiya

 parlamenti 

102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən 

tanımışdır. 

 



 

İslam Əməkdaşlıq Təşkilatı

 

2012

 

 



 

Çexiya

 

2013

-cü ilin 19 fevral tarixində 

Çexiya

 parlamenti Xocalı 

soyqırımını rəsmən tanımışdır.  

 



 

Bosniya və Herseqovina

 

2013

-cü ilin 26 fevral tarixində 

Bosniya və 

Herseqovina

 parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.  

 



 

Peru

 

2013

 

 



 

Honduras

 

2014

 

Faciəni qətliam kimi tanıyan ABŞ ştatları 

 



 

2010

-cu il 

fevralın 25

-də 

Massaçusets

 ştatının nümayəndələr 

palatası 

Xocalıda

 qırğın törədilməsi faktının tanınması haqqında 

qətnamə qəbul etmişdir. 

 



 

2011

-ci ildə isə Amerikanın 

Texas

 ştatı Xocalı soyqırımını rəsmən 

tanımışdır. 

 

 



2011

-ci ildə isə Amerikanın 

Nyu-Cersi

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2012

-ci ilin 28 fevral tarixində 

Corciya

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

Men

 — 

2012

-ci ilin 23 mart tarixində 

Men

 ştatı ştatı Xocalı 

soyqırımını rəsmən tanımışdır. 

 



 

2013

-cü ilin 28 yanvar tarixində 

Nyu-Meksiko

 ştatı Xocalı 

soyqırımını rəsmən tanımışdır. 

 



 

2013

-cü ilin 8 fevral tarixində 

Arkanzas

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2013

-cü ilin 25 fevral tarixində 

Missisipi

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2013

-cü ilin 4 mart tarixində 

Oklahoma

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı 

qətliamının tanıması barədə qətnamə qəbul edilib. 

 



 

2013

-cü ilin 18 mart tarixində 

Tennessi

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2013

-cü ilin 18 mart tarixində 

Pensilvaniya

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2013

-cü Aprel 3 tarixində 

West Virginia

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2013

-cü Aprel 3 tarixində 

Connecticut

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2013

-cü ilin Avqust 21 tarixində 

Florida

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 



 

2014

-cü ilin Mart 4 tarixində 

Indiana

 ştatı Xocalı soyqırımını 

rəsmən tanımışdır. 

 

 

Azərbaycan xalqının milli matəm günü – Xocalı soyqırımının 23-cü 

ildönümü ilə əlaqədar kitabxanalarda bir sıra tədbirlər: foto stend, kitab 

sərgisi, dəyirmi masa, mütaliə həftəsi, sənədli filmlərin nümayişi , ədəbi-bədii 

kompozisiya, anım günləri   keçirilməlidir.  

Xocalı faciəsində həlak olanlar Azərbaycanın doğma övladlarıdın. Onlar 

respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban verdilər.  

Xocalıların min əzab və işgəncələrlə həlak olması Azərbaycan xalqının 

qəhrəmanlığının, şücaətinin, dönməzliyinin nümayiş etdirən şəkillərdən 

ibarət fotostend hazırlanmalıdır. 

  Fotostend:

 “ Xalqımızın qan yaddaşıdır Xocalı faciəsi”. 

    


   

   


   

    


 

    


   

 

   


   

 

 



 

   


  

 

 



 

 

 



 

 


Kitabxana filiallarda“Xocalı – insanlığa qarşı bəşəri cinayət” adı altında 

"dəyirmi masa" təşkil olunmalıdır. Tədbirdə kitabxananın kollektivi ilə 

yanaşı, rayon ziyalıları, şair və tarix müəllimləri iştirak etməlidir. Tədbirin 

əvvəlində 26 fevral 1992-ci il tarixində erməni vəhşiliyinin qurbanı olan 

günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. "Dəyirmi 

masa"nı giriş sözü ilə açan tədbir iştirakçısı bu qanlı hadisənin tarixinə 

nəzər salaraq, erməni vəhşiliyini bir daha xatırladıb, bu faciənin dünyada 

tanıdılmasının önəmindən   danışır.“Bu gün, bizim tariximizin qanla 

yazılmış bir səhifəsidir. Təbii ki, gələcək nəsillər bu hadisəni unutmamalıdır. 

Bunun üçün də biz ziyalıların üzərinə çox böyük vəzifələr düşür ki, insanlıq 

əleyhinə olan bu ən dəhşətli vandalizm aktını böyüməkdə olan nəsillərə 

mənbələrin əsasında çatdıra bilək ki, öz milli tarixindən xəbəri ola bilsin”. 

 

Müzakirələr zamanı qeyd edilir ki, həm Azərbaycan, həm erməni, həm də 

xarici yazılı mənbələrində 26 fevralda baş verən hadisələr erməni 

təcavüzkarlarının törətdikləri vəhşilikləri gözlər önünə gəlsə də, dünyada bir 

çox ölkələrin bu qətliamı faciə kimi qəbul etməməsi təəssüf hissi doğurur. 

 

Kitabxana filiallar “Milli xəyanət və ya əsrin ən böyük faciəsi”, “Xalqımızın 

qan  yaddaşıdır  Xocalı  faciəsi”,  “Torpaq  uğrunda  ölən  varsa  vətəndir”, 

“Vətən  yolunda  ölmək  -  əbədi  yaşamaqdır”  mövzularda  anım  günü 

keçirilməlidir. 

Mərkəzi  kitabxana,  uşaq və  kənd  kitabxana  filiallarında  Xocalı 

soyqırımının  23-ci  ildönümünə  həsr  olunmuş  tədbir   “Xocalı  –  qisas 

çağırışı, fəryad səsidir” adlı ədəbi-bədii kompozisiya  keçirilməlidir. 

 Tədbir  Vətən  uğrunda  canlarını  fəda  etmiş  bütün  şəhidlərimizin  əziz 

xatirəsinin  bir  dəqiqəlik  sükutla  yad  edilməsi  ilə  başlanır.  Tədbiri  giriş 

sözü  ilə  açan  aparıcı  Xocalı  faciəsi  haqqında  ətraflı  məlumat  verməli, 

Azərbaycanın  tarixində  ən  qanlı  hadisələrdən  biri  olan  bu  bəşəri 

cinayətin  ağır  nəticələrindən  danışmalı,  dinc  əhalinin  xüsusi  qəddarlıqla 

qətlə yetirilməsini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və 

təhqirlərə  məruz  qaldıqlarını  diqqətə  çatdırır.  “Tarixin  amansız 

qətliamı”  adlı  sərgidə  bu  faciədən  bəhs  edən  kitablar,  CD-lər,  dövri 

mətbuat  materialları  ilə  tədbir  nümayiş  etdirilir.  Çıxışlardan  sonra 

oxucuların  iştirakı  ilə  Xocalı  faciəsinə  həsr  olunmuş  bədii  kompozisiya 

təqdim  olunur.  Tədbirin  sonunda  iştitakçılar  “Xocalı  cinayəti  uşaqların 

gözü ilə” adlı rəsm sərgisi ilə də tanış olurlar. “Tarixin amansız qətliamı” 

adlı  sərgi  və  sərgi  haqqında  xülasə  tədbir  iştirakçılarının  diqqətinə 

çatdırmalıdır. Kitabxananın fəal oxucuları faciə qurbanlarının xatirəsinə 

həsr edilmiş şeirlər söyləyirlər. 

 

 



 

 


Xocalı faciəsi 

 

 O fevral gecəsi şaxtalı bir gün, 

 Əsası qoyuldu ən böyük zülmün. 

 Xocalı qırğını,Xocalı hüznü, 

Vətən ağrısıdır bu matəm günü. 

 

 Dünyada heç belə qırğın olarmış?! 

 İnsan da insanı parçalayarmış?! 

 Düşmən bu cür açdı öz iç üzünü, 

 Tanıtdı dünyaya onlar özünü. 

 

 Cavana,qocaya,hətta körpəyə, 

 Aman vermədilər heç bir ürəyə. 

 Onların bayrağı o gün düzəlmiş, 

 Süngüyə keçilmiş körpələr imiş! 

 

 Həm anaq,anlayaq,unutmayaq biz, 

 Dünyada yaransın qara himnimiz. 

 Xocalı qırğını,Xocalı hüznü, 

 Vətən ağrısıdır,bu matəm günü!  

 

Elşən Məmmədov. 

 

 

Xocalı şeiri 



 

İnsanlara qıymadan, 

 Güllə atəşinə tutdular. 

 Yaşlı, uşaq baxmadan, 

 Yanar oda atdılar. 

 

Neçə şəhidlər verdik, 

 Neçə ana itirdik, 

 Neçə illər gözlədik, 

 Xocalı, ay Xocalı ! 

 

Könlümüz dərddən yaralı, 

 Gözümüz səndən aralı, 

 Qəlbimiz düşməndən dağlı, 

 Xocalı, ay Xocalı ! 

 

Gün gələr, dərdimiz sona yetər, 

 Hər kəs öz yurduna dönər

 Şəhidlərin ruhu sevinər, 

 Xocalı, ay Xocalı ! 

 

Sənin uğrunda döyüşməyə hazırıq, 

 Vətən torpağını qaytarmağa hazırıq, 

 Düşmənə hər cür əzab verməyə hazırıq, 

 Xocalı, ay Xocalı ! 

 

Şəhidlərin qanı yerdə qalmayacaq, 

 Anaların haqqı düşməndən sorulacaq, 

 İgid oğullar səni düşməndən qurtaracaq, 

 Xocalı, ay Xocalı ! 

 

Namazova İlhamə. 

 

 

             Kitab sərgisi  



1. Başlıq:      “Tarixin amansız qətliamı” 

2. 

                        

 

3. Sitatlar:  

 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz 



ağlasığmaz qəddarlığı və qeyriinsani cəza üsulları ilə bəşər tarixində bir 

vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi 

bir cinayətdir. 

                                                                                                       Heydər Əliyev                                                                         

 



Xocalı soyqırımını ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana 

qarşı ən rəzil üsullarından istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və 

olacaqdır. 

                                                                                                  Heydər Əliyev 

 

 

 



Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir.Ancaq eyni 

zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu milli azadlıq 

yolu canlı, uğurlu yoldur.                                        

                                                                                                        Heydər Əliyev. 

                                                                                                                                                                                             

 



Ermənistanın Azərbaycana təcavüzü bü tün bəşəriyyətə qarşı cinayətdir. 

                                                                               Otto Hausen, Almaniyanın 

sabiq dövlət katibi  

 

Biz dünyaya nümayiş etdirməliyik ki, Qarabağ və ətraf ərazilərdə bütün baş 



verənlər çox dəhşətli bir fəlakətdir və bu fəlakət aradan qaldırılmayıb. 

                                                                             Erix Fayql, professor, Vyana 

 



İnsan insan olur öz hünəriylə

Millət millət olur xeyir, şəriylə, 

Torpağın bağrına cəsədləriylə 

Azadlıq tumunu əkdi şəhidlər. 

                                            Vahabzadə Bəxtiyar. 



 



Torpaq qan istəmirdi, 

Torpağa qan töküldü  

Bu şəhid balaların                                                                                                                      

Ölən çağı deyildi.                                                                                                      

                    Mədinə Gülgün. 

 

                  Sərgidə istifadə olunan ədəbiyyat . 

4. Vahabzadə B.Şəhidlər (Poema) “Elm”, 1990.-48səh. 

5. Xəlil Rza Ulutürk. Ayla günəş arasında. –B.: “Yazıçı”, 1992. -560səh. 

6. Mustafayev A. Dəli bir ağlamaq keçir könlümdən. –B.: “Nicat”,1992.-

152səh. 

7. SultanovZ. Xocalı faciəsi. -B.: “İşıq”,1993. -104şək.54səh. 

8. Əliyev H. Müstəqilliyimiz əbədidir. –B.: “Azərnəşr”, 1997. -428səh. 

9. Əliyev H. Müstəqillik yollarında. –B.; “Azərbaycan”, 1997. -514səh. 

10. Müslümqızı S. “Qar üstünə qan yağırdı” –B.: “Azərnəşr, 1993. -124səh. 

11. Xudiyev İ. Qarabağ münaqişəsi – faktlar və həqiqətlər. –B.: “Ünsiyyət”, 

2007. -100səh. 

12. Xudiyev İ. Erməni təcavüzünün Qarabağ ünvanı. –B.: “MSA”, 2013. -

160səh. 

13. Vəlizadəİ., Cəfərli Ə. Xocalı faciəsi. Erməni soyqırımı: mif və gerçəklik. –

B.: “Adiloğl”, 2012. -368səh. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     Metodiki tövsiyyənin hazırlanmasında stifadə olunmuş                                

 

                             ədəbiyyat siyahısı. 

 

1. Kollektiv. Qarabağnamələr. -B.: “Yazıçı”, 1989. -192səh. 

2. Vahabzadə B.Şəhidlər (Poema) “Elm”, 1990.-48səh. 

3. Xəlil Rza Ulutürk. Ayla günəş arasında. –B.: “Yazıçı”, 1992. -560səh. 

4. Mustafayev A. Dəli bir ağlamaq keçir könlümdən. –B.: “Nicat”,1992.-

152səh. 

5. SultanovZ. Xocalı faciəsi. -B.: “İşıq”,1993. -104şək.54səh. 

6. Əliyev H. Müstəqilliyimiz əbədidir. –B.: “Azərnəşr”, 1997. -428səh. 

7. Əliyev H. Müstəqillik yollarında. –B.; “Azərbaycan”, 1997. -514səh. 

8. Müslümqızı S. “Qar üstünə qan yağırdı” –B.: “Azərnəşr, 1993. -124səh. 

9. Xudiyev İ. Qarabağ münaqişəsi – faktlar və həqiqətlər. –B.: “Ünsiyyət”, 

2007. -100səh. 

10. Xudiyev İ. Erməni təcavüzünün Qarabağ ünvanı. –B.: “MSA”, 2013. -

160səh. 

11. Vəlizadəİ., Cəfərli Ə. Xocalı faciəsi. Erməni soyqırımı: mif və gerçəklik. –

B.: “Adiloğl”, 2012. -368səh. 

12. Şirinov T. “Qarabağda qan izləri. –B.: “Nərgiz”,2007. -252səh. 

13. Hüseynov Y. Qarabağnamələr. Azərbaycan tarixini öyrənmək üçün 

məndə. –B.: “Elm”, 2007. 216səh. 

14. Sevindik Mehman. İşğal. I kitab, -B.: “Qələm”, -270səh. 

15. Zəlimxan Yaqub. Mən öz dastanımı yazıb gəlmişəm. –B.: “Elm və 

Təhsil”, 2009. -290səh. 

16. Eyvazov Əli. Bir batalyonun tarixi. –B.: “Nurlan”, 2010. -240səh. şək. 

17.Qəhrəmanov Nazim. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni 

amili. –B.: “E.L.”Nəşriyyat Poliqrafiya Şirkəti MMC, 2008. -296səh. 

18. Əbülfət İslam. Ürəyimlə oynama. –B.: “Kooperasiya”, 2011. -312səh. 

19.İsgəndərzadə E. Bir ümid xarıbülbül. –B.: “Vektor”, 2008. -280səh. 

20.Vətənə nəğmə çələngi. –B.: “QOLİAP”, 2011. -496səh. 

21.Avşar E. Kim kimdir. –B.: “Araz”, 2013. -256səh. 

22. Məcnun G. Göyçənamə. Şerlər və poemalar. –B.: “Nurlan”, 2007. -

596səh. 

23. Xaçmaz zəfər gözləyir. –B.: “Azərbaycan”, 1995. -256səh. 

 

 

 

 

          Redaktoru:       P.Həsənova. 

          Tərtib edəni:     E.Əşrəfova. 

 

Yüklə 328,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin