Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
145 
yazmasıdır.  Bədii  üslubu  formalaşdırıb,  dolğunlaşdıran 
mənbələr  cərgəsində,  yuxarıda  gördük  ki,  folklor 
poetikasının,  folklor  ənənə  və  motivlərinin  rolu  İlyas 
Əfəndiyevin yaradıcılığında olduqca güclüdür. Tənqidçi -
ədəbiyyatşünas,  professor  Yaşar  Qarayev  yazırdı  ki, 
"əlbəttə,  mübahisə  etmək  olar  ki,  İlyas  Əfəndiyev  daha 
çox  nasirdir,  ya  dramaturq?  Hətta  mübahisə  etmək  olar 
ki,  nəsrdə  də,  daramaturgiyada  da  o,  daha  çox  ədibdir, 
yoxsa  şairdir?  Lakin  bir  şey  mübahisəsizdir:  İlyas 
Əfəndiyev hər şeydən əvvəl, bir lirikdir, şairanə istedada 
və üsluba malikdir." (Bax: Qarayev Y. Boy çiçəyinin ətri 
(ön söz).  Əfəndiyev  İ.  ―Seçilmiş  əsərləri‖. 6 cilddə, 1-ci 
cild, s.5.) 
İlyas  Əfəndiyev  əsərlərinin  bədii  siqlətinin  məna 
çalarını  onun  özünəməxsus  fərdi  üslubu  təşkil  edir.  Bu 
cəhəti  vurğulayan,  görkəmli  dilçi-alim,  AMEA-nın 
müxbir üzvü, professor Tofıq Hacıyev düzgün qeyd edir 
ki, ―lirizmi, bir tərəfdən, dramaturqun dilindəki şeiriyyəti 
qidalandırır,  о  biri  tərəfdən  hadisə  və  obrazlarındakı 
psixologizmi  şərtləndirir.  Bu  lirizm  oradan  başlanır  ki, 
yazıçı  təbiətdə  də,  cəmiyyətdə  də,  insanda  da  gözəlliyin 
vurğunudur; bu gözəlliyi tapa və görə bilir. Gözəlliyin də 
lirika  ilə  dil  açması  təbiidir.  Buna  görə  də  İlyas  Əfən-
diyevin dilində güclü şeiriyyət var. 
 Bu  şeiriyyət  təkcə  sevgi  səhnələrinin  təsvirində,  lirik 
qəhrəmanların emosional söhbətlərində deyil, bütövlükdə 
İlyas Əfəndiyevin bədii sənətindədir, nəsrində və drama-
turgiyasındadır.  (Bax:  Hacıyev  T.  ―Şerimiz,  nəsrimiz, 
ədəbi dilimiz.‖ Bakı, Yazıçı, 1990, s.65.) 
İlyas  Əfəndiyevin  yaradıcılıq  üslubundakı  lirizmin 
təkcə dil hadisəsi olmadığını xalq artisti Əli Zeynalov da 
duymuş,  hətta  bu  fikri  güya  bir  oxucu  kimi,  amma 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
146 
ədəbiyyatçı 
səriştəsi 
ilə 
belə 
ifadə 
etmişdi: 
―Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda 
lirik  əhval-ruhiyyə  dəmir  ağacın  həyat  eşqi  kimi 
güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir 
səhnə  və  yaxud  vəziyyət  yaratmaq  xatirinə  meyl  etmir. 
Onun  lirikası  qəhrəmanların  psixoloji  vəziyyəti  ilə  və 
bilavasitə  yaranmış  zəruri  situasiya  ilə  bağlı  olur.  (Bax: 
«Sən  həmişə  mənimləsən»  //  «Ədəbiyyat  və  incəsənət», 
1974, 23 noyabr.) 
Dramaturgiya  janrının  tədqiqatçısı  kimi  tanınan 
filologiya  üzrə  fəlsəfə  doktoru  Arif  Səfiyev  İlyas  Əfən-
diyevin  nəsrində  də  lirik,  poetik  bir  dramatizmin 
mövcudluğundan söhbət açır: ―Yazıçının nəsr əsərlərində 
psixologizmin  ardıcıllığı  və  dramatizmin  gərginliyi 
poetik  bir  ovqat  yaradır.  İlyas  Əfəndiyev  ən  kiçik 
hekayələrində  də  dramaturqdur  -  obrazların  fərdi 
psixoloji  və  ictimai  dramatizminin  ifadəsində,  onların 
bir-birinə münasibətində və dərin sarsıntılarının, içəridəki 
"mən"  yaşantışının  ziddiyyətlərinin  monoloq  siqlətli 
daxili  nitq  kimi  səsləndirilməsində  bu  özünü  tam  biruzə 
verir.  (  Bax:  Səfiyev  A.  ―Azərbaycan  dramaturgiyası 
müasir mərhələdə‖, Bakı, Ozan, 1999, s.68.) 
Bu  cəhətdən  Yusif  Seyidovun,  Musa  Adilovun, 
Əbdülhəmid  Bağırovun,  müasir,  gənc  dilçilərimizdən 
Aynurə  Paşayevanın  fikir  və  tədqiqləri  diqqətimizi  cəlb 
etdi.  Aynurə  Paşayeva  ―İlyas  Əfəndiyevin  Qarabağ 
mövzusundakı 
dramlarının 
bəzi 
sənətkarlıq 
xüsusiyyətləri‖  məqaləsində  yazır:  ―Dil  –  bədii 
ədəbiyyatın  əsas  vasitəsidir.  Kamil  obrazlı  bədii  dilin 
rəngarəng  parıltısı,  işığı,  ahəngi,  musiqisi  olmasa,  bədii 
yaradıcılıqdan  söhbət  açıla  bilməz.  Onun  bədii  dilindəki 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
147 
şirinlik,  təbiilik,  musiqilik  bütövlükdə  yazıçının 
təsvirlərinə  bir  şairanəlik,  mühakimələrinə  axıcılıq  və 
ahəngdarlıq  gətirir.  İ.Əfəndiyevin  bədii  yaradıcılıq 
portreti üçün nəzərdə tutula biləcək cizgilər çoxdur, onlar 
sayılmaqla  qurtarmaz.  Lakin  həmin  cizgilərin  hamısı 
üçün  ümumi  olan,  onların  hamısına  aşılanmış  bir 
keyfiyyət  var:  vüsət  və  şairənəlik!‖  (Bax:  Yazar: 
―Admin‖  saytı  .  Bölmə:  Ədəbi  tənqid  .Tarix:  10  iyul, 
2010.)  
 Bu  cəhətdən  Azərbaycan  Müəllimlər  İnstitutunun 
Mingəçevir  filialının  dosenti,  AMEA  Nəsimi  adına 
Dilçilik  İnstitutunun  doktorantı  Flora  Namazovanın 
―İlyas  Əfəndiyevin  dramaturgiya  dilində  sözün  seman-
tikası  və  funksiyaları‖  tədqiqat-məqaləsi  də  diqqətimizi 
cəlb elədi. (Bax: ―Pirsultan‖ dərgisi, say-16.) 
 Məqalədə  Azərbaycan  xalq  yazıçısı  İlyas  Əfəndi-
yevin  dramaturgiya  dili  nəzərdən  keçirilir.  Bu  dilin 
əsasını təşkil edən söz və onun bədii dəyəri, semantik və 
funksional aspektləri fakt və dəlillər əsasında təhlil edilir. 
Sözün  estetik  funksiyasının  dialoqlarda  əhatə  olunduğu 
məna imkanları əsaslandırılır. 
Tədqiqatda  əsas  problemlərdən  biri  dram  dilinin 
inkişafında  yeni  faza  ilə  əlaqədardır.  Yəni  yazıçının  bu 
istiqamətdə 
virtuoz 
bədii 
ustalığıdır. 
Başlıcası 
İ.Əfəndiyevin 
Azərbaycan 
ədəbi 
bədii 
dilinin 
inkişafındakı  rolu,  bu  inkişafda  dramaturqun  hər  kəsə 
nəsib olmayan gördüyü işlərdir.  
Tədqiqat  konkret  bir  yazıçı-dramaturqun  –  İlyas 
Əfəndiyevin  sözdən  istifadənin  sistem  xarakterini  açıb 
göstərir.  Bədii  vasitələrin  janr  spesifikliyi,  dramaturqun 
üslub  təkamülü,  semantik  üslubi  qanunauyğunluqlar, 
ümumi  semantik  prinsiplər,  dialoqların  quruluşu  və 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
148 
onların  qanunauyğunluqları,  sözün  mənaca  dəyişmə 
istiqamətləri,  dramaturgiya  və  onun  dil  üslub  ənənələri, 
yeni  tipli  dramların  lirik  psixoloji  səpkiləri,  sözün  məna 
keçidləri,  struktur  dəyişmə  (əvəzolunma)  və  s.  bu  tipli 
problemlər  pyeslərin  nitq  materialına  əsasən  öyrənilir, 
tədqiq edilir. 
 Tədqiqat  göstərir  ki,  bədii  sözün  semantik  funksio-
nallaşmasının 
əsas 
xüsusiyyətləri 
İ.Əfəndiyevin 
dramlarında  sonsuz  və  müxtəlifdir.  Sözün  üslubi  təbiəti 
bu  funksional  cəhətlərin  öyrənilməsini  şərtləndirir. 
Mətnaltı  məna  özündə  dərin  və  fərdi  mənanı  birləşdirir. 
Bu  mənalar  İ.Əfəndiyevin  dram  dili  üçün  xarakterik 
cəhətlərdəndir.  Onun  qurduğu  dialoqlar  təkcə  həyatı 
təsvir  etmək  üçün  deyil,  həm  də  mətnaltının  gizli 
potensial, emosional fikirlərini açıb ortaya çıxarır. Bütün 
bu dilçilik problemləri dramaturqun əsərlərindən gətirilən 
konkret  faktlar,  misallar  əsasında  sübuta  yetirilir  və 
təcrübi-praktik cəhətdən əsaslandırılır... 
Nəzərdən  keçirdiyimiz  bu  fikir  və  mülahizələri 
ümumiləşdirəsi  olsaq,  görərik  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılığında doğma dilimizin böyük ictimai və estetik 
həqiqətləri,  güclü  fikir  və  ehtirasların  vüsəti,  insan 
qəlbinin  ancaq  böyük  sənətkarların  işıqlandıra  bildiyi 
incəliklərini  yüksək  bədii  səviyyədə  əks  etdirmək 
baxımından geniş imkanları üzə çıxır və yüksək ustalıqla 
əks etdirilir. 
 
****  
 
Məhz  bu  keyfiyyətlərinə  görə  İlyas  Əfəndiyevin 
əsərləri  onların  nəşr  olunmasından  və  tamaşaya 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
149 
qoyulmasından  on  illər  keçməsinə  baxmayaraq  öz  fikri-
bədii  təravətini  həmişə  qoruyur,  oxucu  və  tamaşaçıların, 
tənqidçi  və  tədqiqatçıların  yeni-yeni  nəsillərinin  mənəvi 
dünyasında  və  ədəbiyyatımızın  tarixində  öz  şərəfli 
mövqeyini  qoruyub  saxlayır.  Elə  bu  ədəbi-bədii 
keyfiyyətlərinə  görə  İlyas  Əfəndiyev  yaradıcılığının 
tanınma  və  yayılma  coğrafiyası  olduqca  geniş  və 
əhatəlidir.  Bu  proses  hələ  sovet  dövründən  başlamış, 
respublikamızın  müstəqillik  illərində  isə  daha  da 
güclənmişdir. Ədəbi tənqidin nəzərindən İlyas Əfəndiyev 
irsinin bu populyarlığı da yayınmamışdır. Bu barədə ikicə 
faktı xatırlatmaqla kifayətlənirik. 
Ədəbiyyatşünas,  şair-tənqidçi,  filologiya  elmlər 
doktoru  Qasım  Qasımzadə  keçən  əsrin  80-ci  illərində 
İlyas  Əfəndiyevin  ―Söyüdlü  arx‖,  ―Dağlar  arxasında  üç 
dost‖, ―Sarıköynəklə Valehin nağılı‖, ―Üçatılan‖, ―Geriyə 
baxma,  qoca‖  kimi  əsərlərindən  söz  açaraq,  onu  da 
xatırladırdı  ki,  ―nasirin  ən  gözəl  povest  və  romanları 
qardaş  (?!  –  red.)  sovet  xalqlarının  –  Ukrayna,  gürcü, 
erməni, eston, litva, latış, özbək və b., eləcə də dünyanın 
– ingilis, fransız, alman, ərəb, macar, polyak, bolqar, çex, 
slovak və b. dillərində nəşr edilmişdir.‖ (Bax: Qasımzadə 
Q.  Tarixə  müasir  baxışın  yeniliyi.  ―Ədəbiyyatımız, 
mənəviyyatımız‖ kitabı, Bakı, Yazıçı, 1988, s.234.) 
Filoligiya  elmlər  doktoru,  professor,  teatrşünas-  tən-
qidçi  Məryəm  Əlizadə  isə  İlyas  müəllimin  əsərlərinin 
Türkiyə  Cümhuriyyətində  nəşri  münasibətilə  bu  faktları 
yenidən  oxuculara  xatırladır:  ―Ən  önəmlisi  budur  ki, 
onun  əsərləri  yalnız  Azərbaycan  oxucularına  və 
seyrçilərinə 
yox, 
həmçinin 
dünya 
xalqlarının 
ədəbiyyatsevər  nümayəndələrinə  də  yaxşı  məlumdur. 
Müəllifin  nəsrinin  və  dramaturgiyasının  əcnəbi  dillərə 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
150 
tərcümə tarixi  keçən əsrin 50-ci illərindən başlayır. İlyas 
Əfəndiyev  yaradıcılığının  işığını,  poetikasını,  bədii-
estetik  siqlətini,  İlyas  Əfəndiyev  dünyasının  mənəvi 
parametrlərini  bütövlükdə  özündə  əks  etdirə  bilmiş  ən 
bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan, 
fransız,  çex,  eston,  slovak,  litva,  gürcü  dillərində  nəşr 
olunmuşdur.  Hətta  kumık  ədəbiyyatında  da  İlyas 
Əfəndiyevin  tərcümə  edilmiş  əsərləri  özünə  layiqli  yer 
almışdır.  
Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  isə  İlyas 
Əfəndiyev  sözün  əsl  mənasında  dünya  masştabında, 
dünya çapında tanınan bir yazar, bir dramaturqdur. Odur 
ki, İlyas Əfəndiyevin əsərlərinin türkcə nəşri Azərbaycan 
milli mədəniyyəti üçün son dərəcə əhəmiyyətli bir hadisə 
kimi  qiymətləndirilməlidir.  Azərbaycan  xalqının  ədəbi-
bədii  irsi  ilə  türkiyəli  oxucu  arasında  körpü  yaratmaq 
baxımından  da  bu  addım  önəmli  mahiyyət  kəsb  edir.‖ 
(Bax:  Əlizadə  M.  Azərbaycan  teatrında  İlyas  Əfəniyev 
amili. ―525-ci qəzet‖, 01.10. 2011.) 
İlyas Əfəndiyev yaradıcılığının xaricdə öyrənilməsi və 
tədqiqini  təsdiq  edən  bir  faktı  da  nəzərə  çatdırmaq 
istərdik.  ―525-ci  qəzet‖  26.06.  2011-ci  il  tarixli  sayında 
belə 
bir 
məlumat 
verir:  ―Son  illərdə  klassik 
ədəbiyyatımız, 
folklorumuz 
xarici 
ölkələrin 
də 
ədəbiyyatşünaslarının  tədqiqat  obyektinə  çevrilir.  Bu 
baxımdan xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri bir çox 
xarici  dillərə  tərcümə  olunub,  onun  bədii  yaradıcılığı 
haqqında elmi-nəzəri məqalələr, tədqiqat işləri yazılıb. 
Böyük  ədibimizin  yaradıcılığı  Türkiyədə  də  geniş 
yayılıb.  Son  illərdə  qardaş  ölkənin  oxucuları  İlyas 
Əfəndiyevin  türk  dilində  nəşr  edilmiş  ―Geriyə  baxma, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
151 
qoca‖,  ―Üçatılan‖  kimi  məşhur  romanlarını,  ―Seçilmiş 
pyeslər‖ini  oxumaq  imkanı  əldə  ediblər.  Bu  əsərlər  türk 
ədəbiyyatşünaslarının  da  diqqətindən  yayınmayıb.  Bir 
sıra  Türkiyə  universitetlərində  elmi  tədqiqat  işlərinin 
mövzusu İlyas Əfəndiyevin yaradıcılığı ilə bağlıdır. 
Bu yaxınlarda Ankaradakı ―Fenomen‖ nəşriyyatı türk 
ədəbiyyatşünası,  Atatürk  Universitetinin  dosenti  Sedat 
Adıgözəlin  ―İlyas  Əfəndiyev.  Həyatı,  əsərləri,  üslub 
özəllikləri,  sosialist  gerçəklik  baxımından  qəhrəmanları‖ 
adlı  elmi  monoqrafiyasını  nəşr  edib.  İlyas  Əfəndiyevin 
həyatı  haqqında  ətraflı  məlumat  verən  müəllif,  ədibin 
yaradıcılığından 
geniş  bəhs  edir,  onun  üslub 
xüsusiyyətlərinin, bədii-estetik rəngarəngliyinin müfəssəl 
elmi  təhlilini  aparır,  yazıçını  XX  əsr  Azərbaycan 
ədəbiyyatının 
aparıcı 
simalarından 
biri 
kimi 
qiymətləndirir.‖ 
Bu  da  maraqlıdır  ki,  Sedat  Adıgözəl  İlyas  Əfəndiyev 
yaradıcılığının  mühüm  bir  məqamını  xüsusi  olaraq 
vurğulayıbdır:  ―Əsərlərinin  böyük  əksəriyyəti  sovet 
dönəminə  təsadüf  edən  İlyas  Əfəndiyev  1939-cu  ildə 
çapdan  çıxmış  və  oxucuların  sevgisini  qazanmış 
―Kənddən  məktublar‖  adlı  ilk  kitabından  başlayaraq, 
ömrünün 
sonuna 
kimi 
yazdığı 
romanlarında, 
hekayələrində, pyeslərində sovet sosialist ideologiyasının 
əsiri olmamış, bu ideologiyanı tərənnüm etməmiş, insani 
hissləri, hər gün gördüyümüz adi adamların məhəbbətini, 
onların  daxili  aləmininin  psixoloji  təsvirini  yüksək 
sənətkarlıqla  qələmə  almışdır.  Heç  zaman  Sovet  İttifaqı 
Kommunist  Partiyasının  üzvü  olmamış  İlyas  Əfəndiyev 
əsərlərində  də bədii-estetik prinsipləri əsas götürmüşdür. 
Onun  parlaq  istedadı  sovet  rəhbərlərinin  vəsfinə  yox, 
sənətə xidmət etmişdir.‖ (Bax: Yenə orada.) 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
152 
Məriyəm  Əlizadə  adı  çəkilən  məqaləsində  onu  da 
qeyd edir ki, ―Məsələ budur ki, İlyas Əfəndiyevin yazdığı 
20  pyesdən  düz  19-u  Azərbaycanın  və  eləcə  də 
Türkiyənin  müxtəlif  teatrlarının  səhnəsində  uğurla 
oynanılmışdır.  Azərbaycan  Milli  Dram  Teatrının  müasir 
tarixi  isə  birbaşa  şəkildə  onun  adı  ilə  bağlıdır.  İlyas 
Əfəndiyevin  bu  teatrların  səhnəsində  son  50  il  ərzində 
tamaşaya  hazırlanmış  ―İşıqlı  yollar‖  (1947),  ―Bahar 
suları‖  (1948),  ―Atayevlər  ailəsi‖  (1954),  ―Sən  həmişə 
mənimləsən‖  (1964),  ―Unuda  bilmirəm‖  (1968),  ―Məhv 
olmuş  gündəliklər‖  (1969),  ―Mahnı  dağlarda  qaldı‖ 
(1972),  ―Qəribə  oğlan‖  (1973),  ―Xurşidbanu  Natəvan‖ 
(1981),  ―Büllur  sarayda‖  (1983),  ―Şeyx  Məhəmməd 
Xiyabani‖  (1986),  ―Bizim  qəribə  taleyimiz‖  (1988), 
―Sevgililərin  cəhənnəmdə  vüsalı‖  (1989),  ―Tənha  iydə 
ağacı‖  (1991),  ―Ağıllılar  və  dəlilər‖  (1992),    ―Hökmdar 
və  qızı‖  (1994)  kimi  pyesləri  çağdaş  teatr  təfəkkürünün 
inkişafına  güclü  təsir  göstərmişdir.  Məhz  lirik-psixoloji 
dram  janrının  nəzəri-estetik  prinsipləri,  bədii  qayəsi,  bu 
pyeslərin  poetikası  və  arxitektonik  quruluşu  əsasında 
ədəbiyyatşünaslıq  tərəfindən  müəyyənləşdirilir.‖  (Bax: 
Yenə orada.) 
Hətta  Məryəm  Əlizadə  İlyas  Əfəndiyev  yaradıcılığını 
tamamilə  yeni  yöndə,  təzə  tədqiqat  prinsiplərinə  uyğun 
şəkildə yenidən öyrənilməsi vacibliyini irəli sürərək, özü 
demiş,  bir az  obrazlı  şəkildə  olsa da  yazır: ―Azərbaycan 
milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı 
(institusional)  -    (anlayış  iqtisadi  termindir  və  müəllifin 
anlayışı  burada  hansı  mənada  işlətdiyi  məlum  olmur  – 
J.Q.)  mərhələsini  belə  donmuş,  statik  hadisə  kimi  deyil, 
zaman içində bir hərəkət kimi təhlil etməyi tərcih edirəm. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
153 
Bu  mənada,  Azərbaycan  teatrında  konkret  zaman 
kəsiyində  İlyas  Əfəndiyev  amilini  və  ya  fenomenini 
məhz 
prosesimizin 
əbədi  hərəkəti 
kontekstində 
araşdırmaq  məqamı  yetişibdir.  Obrazlı  desək,  ―İlyas 
Əfəndiyev  fenomeni‖ni  açıqlamaq  üçün  Jül  Vernin 
məşhur  romanındakı  Kapitan  Nemonun  sualtı  qayığının 
devizini xatırlamaq yerinə düşər: ―Hərəkətli hərəkətlidə.‖ 
Yeni  elmi  düşüncənin  əsaslarında  duran  Kvant 
fəlsəfəsi  qeyri-səlis  məntiqlə  izah  olunur,  açılır  və 
fövqəladə  yeni,  gözlənilməz  qənaətlərə  gəlməyə  imkan 
verir.  Çağdaş  elmdə  məhz  bu  yeni  açılan  perspektivlər 
məni 
İlyas 
Əfəndiyevin 
yaradıcılığını 
ənənəvi 
ədəbiyyatşünaslıq və  ənənəvi teatrşünaslıq  mövqeyindən 
deyil, ―Zaman içində  dalğa‖  fenomeni kimi  araşdırmağa 
sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan edərək, 
mətləbə  keçməzdən  öncə  bir  şeyi  tam  əminliklə  və  tam 
məsuliyyətlə deyim: 
İlyas  Əfəndiyevin  şəxsiyyəti,  ədəbi  və  dramaturji 
yaradıcılığı,  əsərlərinin  teatr  təcəssümü  və  onlardan 
qaynaqlanan mətləblər İlyas Əfəndiyev dramaturgiyasına 
məhz  yeni  elmi  konsepsiyaların  araşdırma  üsulları  ilə 
yanaşmaq  imkanını  verir.  ‖  (Bax:  Əlizadə  M.  Sözlü 
adam.―525-ci qəzet‖, 03.06.2009, s.7.) 
Məsələn,  elə  buradaca  teatrşünas-tənqidçi  Məryəm 
xanım  İlyas  Əfəndiyev  dramaturgiyasında  ―z  a  m  a  n‖ 
konsepsiyasını belə izah edir: 
―İnsan  varolmasının  dördüncü  ölçüsü,  boyutu  olan 
Zaman özü-özlüyündə  paradokslardan və fenomenlərdən 
ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları 
düşündükcə,  çox  tez  dəqiq  elmi  düşüncədən  bədii-
yaradıcı  düşüncəyə  keçməli  olursan.  Fiziki  zaman, 
astronomik zaman, təqvimi zaman, psixoloji zaman, nisbi 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
154 
(relyativ) zaman, fərdi zaman, mücərrəd zaman. Paradoks 
elə  burdan  başlayır  ki,  bütün  bu  sadalanan  anlayışlar  bir 
sözdə - hamının rahatca istifadə etdiyi Zaman, vaxt söz-
anlayışında  birləşir.  İstənilən  sənət  fenomenini  məhz  və 
yalnız Zaman anlayışını paradoks kimi qəbul edəndə cüzi 
də olsa, anlamaq mümkün olur.  
...Nəzərə  alınsa  ki,  "paradoks"  sözünün  lüğəti  mənası 
ilk baxışdan qəribə olan nə isə deməkdir, aydın olmalıdır 
ki, İ.Əfəndiyev irsinə bu rakursdan yanaşma da yalnız ilk 
baxışdan qəribə kimi dəyərləndirilə bilər.  
İ.Əfəndiyevin dramaturji əsərlərinin adlarına müraciət 
edib,  onları  təklif  olunan  rakursdan  analiz  etmək 
kifayətdir  ki,  irəlidə  açılan  yeni  məzmunların  məna 
tutumunu  açıq  görək.  Misal:  "Sən  həmişə  mənimləsən" 
və  yaxud  "Boy  çiçəyi"  (əbədi  zaman),  "Məhv  olmuş 
gündəliklər"  (yazıya  həkk  edilmiş  günlər),  "Unuda 
bilmirəm"  (yaddaş  zamanı),  "Bizim  qəribə  taleyimiz" 
(mistik  zaman),  "Atayevlər  ailəsində"  (nəsillər-zaman), 
"Sevgililərin  cəhənnəmdə  vüsalı"  (infernal  (o  tay) 
zaman), "Büllur sarayda" (dondurulmuş zaman) və s. 
...İ.Əfəndiyevin ədəbi istedadının genetik kökləri milli 
ədəbiyyatın 
ən 
dərin 
qatlarından 
"şirələnərək" 
institusional mədəniyyətin faktı olan teatr sənətinin ədəbi 
əsasına,  dramaturgiyaya  hikmətli  sözün  enerjisini 
ötürməyə  müvəffəq  oldu.  XX  əsrin  II  yarısında  yaşayan 
soydaşlarımız 
İ.Əfəndiyevin 
səhnədən 
söylədiyi 
monoloqları dinlədi, düşündü, əxz etdi. Bu monoloqların 
mənəvi  əhatə  dairəsində  formalaşan  dramaturgiyamızın 
yeni  nəsli  öz  yaradıcılıqları  ilə  inkişaf  prosesinin 
dialektikasını təsdiqləmiş oldu. Mədəniyyətimizin zaman 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
155 
zəncirbəndinin  qırılmazlığını  məhz  bu  cür  münasibət 
təmin edir.‖ (Bax: Yenə orada.) 
Ədibin  ümumən  yaradıcılığı  bu  dediklərimizi  parlaq 
surətdə  təsdiq  etməkdədir.  Bu  baxımdan  sözü  gedən 
əsərlərinin bir cəhətinə diqqəti cəlb etməyi lazım bilirik. 
Onun  hekayə,  povest  və  romanlarının,  dram  əsərlərinin 
―zaman zəncirbəndinin‖ qırılmaz bəndi olan müasirliyidir 
ki,  bu  müasirlik  heyrətamizdir  və  gətirdiyimiz  ədəbi-
tənqidi faktlar da, bunu dönə-dönə qeyd etmişdir. 
 Düzdür,  bu  əsərlərin  yazıldığı  illər  arasındakı  fərq 
xronoloji  baxımdan  о  qədər  də  çox  deyil.  Lakin  nəzərə 
almaq  lazımdır  ki,  bu  illər  ərzində  vətənimizdə  köklü 
tarixi-ictimai  hadisələr  baş  vermiş,  Azərbaycanda 
müstəqil  demokratik  dövlət  qurulmuş,  ədəbi  irsə 
münasibətdə  yeni, obyektiv meyarlar bərqərar olmuşdur. 
İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə 
məhz ədəbi milli-mənəvi dəyərlər,  yüksək bəşəri ideallar 
işığında təqdimindən və tərənnümündən ibarətdir. Və bu 
cəhət  onun  yaradıcılığının  müasirlik  meyarı,  müasirlik 
kredosudur... 
Bu  baxımdan,  dəqiq  müşahidədir:  ―İlyas  Əfəndiyev 
qədər  teatr  sənətinə  məhəbbət  yaradan  ikinci  bir 
dramaturq  yoxdur.  İlyas  Əfəndiyev  Şekspir,  Şiller, 
Servantes 
kimi 
Azərbaycan 
xalqının 
ölməz 
dramaturqudur.  Onun  əsərləri,  pyesləri  hər  zaman 
aktualdır. Yetər ki, o pyeslər olduğu kimi səhnəyə gəlsin. 
İlyas  Əfəndiyevin  ideyasına  toxunmaq  bəşəri  ideyaların 
üstündən xətt çəkmək deməkdi.‖ (Bax: Vidadi Hüseynov. 
Bu günün İlyas Əfəndiyevi. ―525-ci qəzet‖, 03.10. 2012.) 
İlyas  Əfəndiyevin  qələmindən  çıxmış  əsərlərin 
unikallığı da elə burada üzə çxır ki, ədəbi tənqidimiz bu 
cəhəti  həmişə  yüksək  dərəcədə  qiymətləndirmişdir. 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin