A
ABBAS SƏHHƏT, Abbasqulu Əlabbas oğlu M e h d i z a d ə (1874,Şamaxı- 11.5.1918, Gəncə)- şair, nasir,
dramaturq, publisist, maarif xadimi. Ruhani ailəsində doğulmuşdur. Şa ma xıda məhə llə məktəbində (1881-93), Məşhəddə
(İran) mədrəsədə (1894), Tehranda "Mədrəseyi-nizamiyyeyi-Nasiriyyə" darülfünununda (1894-1900) təhsil almış, göz
həkimi ixtisasına yiyələn miş Qaşqay (İran) xanı Zə rğa müssəltənənin sarayında həkim (1900- 01), Şa ma xı realn ı
mə ktəbində a zərbaycan dili müə llimi (1906- 18) işlə mişdir. Abbas Səhhət ədəbi yaradıcılığa 19 əsrin sonunda
başlamış, 20 əsrin əvvəlində lirik-ro mantik ("Oxucularıma", "Dilbəri-hürriyyətə", "Şikayət", "Tərcümeyihalım,
yaxud hülulum", "Şair, şeir pərisi və şəhərli"), realist-satirik ("Əkinçi nəğməsi", "Özlərini sevənlərə",
"Alimnü malar", "Kəln iyyət" satiraları) şair, tərcü məçi (A.S.Puşkindən, M.Y. Lermontovdan, İ.A.Krılovdan,
Qərbi Avropa şairlə rindən tərcümələ r), nasir ("Bədbə xt ailə", "Qaragünlü Hə limə", " Volqa səyahəti"),
dramaturq ("Cəhalət sə mərəsi, ya xud b ir yet imin xoşbə xtliyi", " Yo xsulluq eyib deyil", "Tağı və Nağı"), publisist
("Təzə şeir necə olmalıdır?", " Qara xəbər", "Məktəblə rdə ana dili") kimi ço xşa xə li fəa liyyət göstərmişdir. Abbas
Səhhətin "Sınıq saz" (1912), "Məğrib günəşləri" (1912), " Cəhalət səmərəsi, ya xud bir yetimin xoşbə xtliyi"
(1914) kitabları, " Yeni məktəb" (1909), Mah mud bəy Mahmudbəyovla birgə "Türk ədəbiyyatına ilk qədəm"
(1914) dərslikləri nəşr olunmuşdur. Ya xın dost olduğu Sabirin əsərlərin i toplayaraq, ilk dəfə "Hophopnamə" adı ilə nəşr
etdirmişdir (1912). Abbas Səhhətin əsərlərinin əsas qəhrəmanı vətəndir, millətdir:
Hər kimin qəlbi, ya vicdanı deyildir satılıq,
Hər kimin daş kimi yoxdur ürəyində qatılıq,
Millətin halını gördükcə gərəkdir yan sın
Dərdinə qalmağı daim özünə borc bilsin.
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Böylə mövsümdə yatan kimsələrə ar olsun.
... Ya ər ol ortaya çıx, gəl kömək et qardaşına,
Ya gedib evdə otu r, həm də ləçək sal başına.
Başqa bir şerində vetənperver şair belə deyir:
Şişə çəkməkdə diriykən ətimi,
Atmaram mən Vətəni, millətimi...
Maarifçilik, islamçılıq və türkçü lük baxışları zəmin ində istiqlaliyyət, siyasi azad lıq, milli müstəqillik uğrunda
mübarizə Abbas Səhhət yaradıcılığ ının leyt motivin i təşkil ed ir. Şairin "Fəryadi-intibah, yaxud a ma li-vətənpərvəranə",
"Dilbə ri-hürriyyətə", "Qəzet nədir?", "Bəradərim Abdulla Şa iq cənablarına", "Beradərim Firidun bəy Köçərli cənablarına",
"Şair, şeir pərisi və şəhərli", "İrəli" və s.əsərlərində intibaha çağırş nidaları qabarıq surətdə ifadə olun muşdur:
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Bəxt, qismət kimi əlfazı unut,
Səy eylə, bazuyu-iqbalını tut.
1917 il Fevral inqilabından sonra Abbas Səhhətin istiqlal haqqında düşüncələri konkretləşir, on ların əməli surətdə
həyata keçirilməsi üçün a xtarış dövrü başlanır. Əd ibin yaradıc ılığ ında, xüsusilə publisistikasında cümhuriyyət quruluşunun
təbliği ön plana keç ir, Oktyabr çevrilişindən sonra isə ölkədə yaran məş hərc-mə rclikdən xilas olmaq üçün "mü kə mmə l, adil,
tərəqqipərvər bir Hö ku mətimizin" qurulması zəruri siyasi tələb kimi irə li sürülürdü.
"Millət məc lisi" məqaləsində isə Abbas Səhhət maa rifçilik dünyagörüşündən çıxış edərək, "cümhuri" idarəyə
malik olmaq üçün vətəndaşlarda "cümhuriyyəti ruh" tərbiyə etməyi başlıca şərt sayırdı. Şairin fikrincə, "öz hüquq və
vəzifəsinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə" bələd olmayan xalq qa zandığı a zadlığı qoruyub saxlaya bilmə z. Şair
ziyalıla rı səfərbər edib xa lqın arasına göndərməyi, "va xt və za mana münasib vəzifə və hüquqi-
107
bəşər haqqında, hürriyyət və məşrutiyyət babında sadə və asan bir dil ilə ca maata bəyanat verməyi" la zım bilirdi.
O, əha lin i siyasi cəhətdən maa rifləndirdikdən sonra hürriyyətin "möh kə m və payidar" o lacağına inanırdı. Abbas Səhhət
özünü belə amal uğrunda mübarizəyə hazırlayırd ı.
1918 ilin martında erməni-daşnak quldur dəstələrinin Şamaxıda törətdiyi soyqırımından sonra başlanan qaçqın
həyatı, üzləşdiyi məşəqqət və nəhayət, yatalaq xəstəliyi şairin ölü mü ilə nəticə ləndi. O, cü mhuriyyət barədə arzula rını
həyata keçirmə k üçün ə məli fəaliyyət göstərə bilmədi.
Əsərləri: Əsərləri, B., 1950; Seçilmiş əsərləri, 2 cilddə, B., 1975-76.
Əd.: Mir Cəlal, Abbas Səhhət haqqında, "Abbas Səhhət. Əsərləri" kitabında, B., 1935; Mirəhmədov Ə., Aşiq kimi, onun
"Azərbaycan ədəbiyyatına dair tədqiqlər" kitabında, B., 1983; T a l ı b z a d ə K., Abbas Səhhət, B., 1986.
ABBASAĞA NAZĠR, Q a y ıb o v Abbasağa Mirzə Nəbi əfəndi oğlu (9.10.1849, Qazax mahalın ın Salahlı k. -
30.12.1919, Qa za x) - şair. Ruhani-şair a iləsində doğulmuşdur. Salahlıda Mirzə Hüseyn Qayıbovun xüsusi məktəbində,
Tiflisdə Qafqa z Müsəlmanları Ruhani İdarəsinin nəzd indəki mə ktəbdə təhsil almış, Şərq və rus ədəbiyyatını, din i və
dünyəvi elmləri, Azərbaycan, rus, fars və ərəb dillərini öyrən mişdir. Salah lı kənd məktəbində müəllim (1869-73), Tiflisdə
Qafqaz Ruhani İdarəsində katib kö məkçisi, katib və baş katib (1874-1910) işləmişdir.
Yaradıcılığa lirik şair kimi başlamış, Hafizin və Füzu lin in təsiri altında qəzəllər, Ömər Xəyyam üslubunda rübailər
yazmışdır. Avtobioqrafik "Bəyanihal" poemasının (1907), didaktik "Molla və şeytan" (1911), "İki qardaş" (1912) mən zu m
hekayələrinin, M irzə Fətəli A xund zadəyə, Lev Tolstoya, İsmayıl bəy Qaspralıya həsr olun muş şeirlə rin, "Qış", "Millətə ba x,
millətə!" satira larının müəllifidir. Firdövsinin "Şahnamə" epopeyasından "Rüstəm və Söhrab" dastanını, L.Tolstoyun
"İnsana çoxmu torpaq la zımd ır?" hekayesini nəzmlə tərcü mə etmişdir.
Abbasağa Nazirin "Təraneyi-milliyyə" müsəddəsi 20 əsrin əvvəlində milli şüurun oyanmasına, müstəqillik
düşüncəsinin formalaşmasına qüvvətli təsir göstərmişdir:
Gözün aç xabi-qəflətdən oyan millət, oyan millət,
Nəzər qıl bircə ətrafə, aman millət, aman millət.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Salahlı kəndindən Qa za x şəhərinə köç müş, "Müsavat‖ın Qaza x mahalı
üzrə sədri Firidun bəy Köçərli ilə sıx əlaqə saxlamışdır.
Əd.: Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər), 3 cilddə, c. 2, B., 2002; Köçərli F., Milli şairimiz Abbasağa
Qayıbzadə Nazir, "Səda" qəzeti, 1909, 20, 26 noyabr; 2, 4 dekabr; Mustafayev M., XIX əsr Azərbaycanın şeir nümunələri, B., 1983;
M əmmədov X., Azərbaycan ədəbi tənqidi: XIX-XX əsrlərin hüdudunda, B., 1999.
ABBASOV Hacağa Mütəllib oğlu (16.6.1888, Bakı ya xınlığındakı Maştağa k. - 7.5.1975, Ba kı) - a ktyor, Azər-
baycan xalq artisti (1932). İlk təhsilini Bakı rus-tatar məktəbində almış, Hüseyn Ərəblinskinin teatr
dərnəyinin üzvi o lmuşdur. İlk rolu Molla İbrahimxəlildir (1905; "Molla İbrahimxə lil kimyagər",
M.F.A xundzadə). 1906-09 illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji kursda o xuyarkən
azərbaycanlılardan ibarət a ktyor truppası yaratmış, Tey murxanşurada teatr açmışdır. 1909 ildə
Bakıya qayıtmış, Balaxanıda Mirzə Ələkbər Sab irlə b irlikdə müəllimlik etmiş, Müsəlman Artistlər
Birliy inin fəal üzv lərindən olmuşdur. Üzeyir və Zülfüqar Hac ıbəyli qardaşları truppasının tərkibində
bir sıra ro lların mahir ifaçısı olmuşdur.
1918
ildə
erməni-daşnak
quldurların ın Azərbaycanda törətdikləri qanlı mart
soyqırımlarından sonra İrana getməyə məcbur olmuş Hacıbəyli qardaşların ın truppası Bakıya qa-
yıdaraq yenidən fəaliyyətə başlamışdı. H. Abbasov Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-
20) milli d irçəliş naminə teatr sənətinin inkişafına yaxından kö məklik göstərmiş, gənc aktyorların
peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində mühüm rol oynamışdır. A zərbaycan milli teatrının təşəkkülündə H.
Abbasovun mühüm xid məti o lmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra H.Abbasov Bakı A zad Tənqid-Təbliğ Teatrın ın təşkilatçı-
larından və fəal iştirakçılarından id i. 1925-29 illərdə Azərbaycan Dövlət Dram Teatrında, 1930-37 illərdə Bakı Teatr
Te xniku munda dire ktor, Azə rbaycan İncəsənət İşləri İdarəsi teatr şöbəsinin rə isi və s. vəzifə lərdə çalışmışdır. H.Abbasovun
ifaçılıq d iapazonu geniş və çoxcəhətli o lmuşdur. Ro lları: Şey x Nəsrullah ("Ölü lər", C.Məmmədquluzadə), Məşədi İbad,
Soltan bəy, Kəblə Qubad ("O o lmasın, bu o lsun", "Arşın ma l a lan", "Ər və a rvad", Ü.Hacıbəyli), Hacı Qənbər, Ağakərim
xan (" Yağışdan çıxd ıq, yağmura düşdük", "Ağakərim xan Ərdəbili", N.B.Vəzirov) və s. H.Abbasov bir sıra kiçik həcmli
pyesin müəllifidir: "Ağa Məhəmməd şah Qacar və ya Molla Pənah Vaqif‖, " Bakının fəthi", "Sabirin məhkəməsi", "Əsgər
oğluma", "İnqilab şərarələri", "Rus macərası" və s. Süleyman Sani A xundov, Maksim Qorki, Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov, Mirzə Ələ kbər Sab ir, Lev Tolstoy, Cəfə r Cabbarlı və b. haqqında xatirələ r yazmışdır ("Xat irə lərim",
B., 1968).
ABBASZADƏ Mirzə Abbas (1860-1920) - maarif xad imi, müəllim. İlk təhsilini mədrəsədə almış, ərəb və fars
dillərini mükə mmə l öyrən mişdir. Gənc yaşlarında Gəncədəki ruhani məktəblə rində, a ltısin ifli şəhər məktəbində, a li ibtidai
mə ktəbdə türk (Azə rbaycan) dilindən dərs demişdir. 19 əsrin sonlarında türk (A zərbaycan) dilində əlifba kitabını çap
etdirmişdir. Abbaszadənin 1913 ildə Bakıdakı "Kaspi" mətbəəsində "Birinci il" adlı əlifba kitabı nəşr olun muşdur.
Gəncədəki xeyriyyə cə miyyətinin, dra m dərnəyin in, "Nəşri-maa rif ― in yaradılmasında və fəaliyyətində mühüm
108
rol oynamışdır. A zərbaycan Xalq Cü mhuriyyətinin hakimiyyəti dövründə yeni məktəblə rin açılmasında, türk
(Azərbaycan) dilin in tədris olunmasında əvəzsiz xid mət lər göstərmişdir. Bu fəaliyyətinə görə 1920 ilin əvvəlində, anadan
olmasının 60, əlifba kitabının nəşr olunmasının 20 illik yubileyləri A zərbaycan Xalq Cü mhuriyyəti tərəfindən qeyd
edilmişdir. Onun "Farsca lüğət", "Şəriət dərsi", "Arvad ağısı" əsərləri o xucular və şagirdlər tərəfindən rəğbətlə qar-
şılan mışdır. "Azərbaycan" qəzetində Abbaszadəni 60 illik yubileyi ilə təbrik edən Əhməd Cavad onu əvəzsiz pedaqoq,
xeyirxah insan adlandırmışdır.
Abbaszadə Gəncə üsyanı (1920) ərə fəsində evində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, onun kül-
liyyatı, əlyazmaları talan və məhv edilmişdi. Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında istiqlal
qurbanları sırasında Mirzə Abbas Abbaszadənin də adını ehtiramla yad etmişdir. Gəncədəki mərkəzi küçələrin birinə
Abbaszadənin adı verilmiş və büstü qoyulmuşdur.
Əd.: İ s a y e v Ə., Gəncə və gəncəlilər, B., 1991.
ABDĠNOV Bəh ram Əlövsət oğlu (avqust, 1896, Dərbənd - ?) - A zərbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) əsasən, dövlət hesabına göndərilmiş tələbələrdən biri. Dərbənd realnı məktəbin i bit irmiş (1913),
Moskvada Kənd Təsərrüfatı İnstitutunun balıq s ənayesi şöbəsində o xu muşdur (1915). Pa rla mentin
1919 il 1 sentyabr tarixli qərarı ilə kənd təsərrüfatı sahəsində təhsilini dava m etdirmə k üçün
Almaniyanın Bonn ş əhərinə göndərilmişdir.
Azərbaycanda sovet hakımıyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil a lan
azərbaycanlı tələbə lərin və ziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illə r üçün
mə lu matında Bəhra m Abdinovun təhsilinin b it məsinə 6 ay qaldığ ı göstərilird i.
Sonrakı taleyi barədə məlu mat aşkar o lunmamışdır.
ABDULLA ġAĠQ, Abdulla Mustafa oğlu Talıb zadə (24. 2. 1881, Tiflis
- 24.7.1959, Bakı) - şair, yazıçı, tərcü məç i, ədəbiyyatşünas, maarif xad imi.
Ruhani ailəsində doğulmuşdur Tiflisdə Qafqa z Müsəlmanları Ruhani İdarəsi
nəzdində altısi-nifli məktəbdə (1888 - 93), Məşhəddə (İran) mədrəsədə (1894-
1900) A zərbaycan, fa rs dillə rində təhsil almış, dini, dünyəvi elmlə ri, Şərq və rus
ədəbiyyatını öyrənmişdir. 1901 ildə imperator III A leksandr kişi g imnaziyasında
ko missiya qarşısında imtahan verərək, ibtidai məktəb müəllimi adın ı almış,
Sabunçu və Bakı məktəblərində Azərbaycan dili və şəriət fənlərin i tədris
etmişdir.
Abdulla Şaiq 20 əsrin əvvəllərində geniş ictimai və ədəbi fəaliyyətə başlamış, "Həyat", "İrşad", "Dəbistan",
Rəhbər", "Məktəb", "Füyuzat", "İqbal", "Yeni iqbal", ―Açıq söz", "Qardaş köməyi" kimi qəzet və jurnallarda mü xtə lif
möv zularda bədii, elmi-publisistik yazılar dərc etdirməklə milli şüurun dirçəlişinə yard ım göstərmişdir.
Abdulla Şaiq Qafqaz müsəlman müəllimlərin in Bakıda keçirilən birinci (1906), ikinci (1907) quru ltaylarının
iştirakç ısı olmuş, ikinci qurultayın katib lik xid mət ini yerinə yetirmiş, idarə heyətinin qərarı ilə Mahmud bəy Mahmudəyov,
Ə.Əbdürrəhmanbəyzadə, S.A xundzadə, A.Əfəndizadə, F.Ağazadə ilə birgə "İkinci il" dərsliyin in tərtibinə cəlb edilmişdir.
Ədib "Uşaq çeşməy i" (1907), "Uşaq gözlüyü" (1910), " Gülşəni-ədəbiyyat" (1910), " Gülzar" (1912) və s. dərsliklərini nəşr
etdirməklə məktəblə rin milli ruhlu dərsliklərlə tə min olun masında misilsiz xid mət göstərmişdir. Onun pedaqoji və ədəbi
fəaliyyəti milli zə mində kö klənmişdir. Molla Pənah Vaqif, Molla Və li Vidad i, Mirzə Fətəli A xundzadə, Əli bəy
Hüseynzadə,Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid və b. şair və ədiblərin mövzusu xalq
həyatından götürülmüş əsərləri A zərbaycan mə ktəbinə Abdulla Şaiqin dərslikləri vasitəsilə da xil olmuşdur. O, gəncliyin
milli hisslərini coşduran ilk ədəbiyyat müəllimi kimi tanınmışdır.
1917 ildə maa rif sahəsində milliləş mə başlayarkən, Abdulla Şa iq b irinci rea lnı mə ktəbində "türk sinfi" yarat mış,
bütün fənlərin ana dilində tədrisinin bünövrəsini qoymuşdur. Abdulla Şaiq A zərbaycan Xalq Cü mhuriyyəti illərində
nümunə məktəbində və darülmüəllimində işləmiş, fəaliyyətini daha da genişləndirmişdir. Maarif Nazirliy inin ilk dəfə nəşr
etdirdiyi beş dərslikdən ikisin in - "Ədəbiyyat dərsləri" (Hüseyn Cavidlə birgə, 1919) və "Türk çələngi"nin (1919) müəllifi
Abdulla Şa iqdir. O, Osman lı-türk və A zərbaycan ədəbiyyatı nü munələrindən istifadə et məklə ilk milli dərslik ö rnəklə rini
yaratmışdır.
Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə Abdulla Şa iqin bədii yaradıc ılığ ı yeni mə zmun kəsb etmiş, əsərlə rində
(" Vətənin yanıq səsi", "Yeni ay doğarkən", "İki mücahid", "Qüvvət", "Arazdan Turana") müstəqillik, milli istiqla liyyət,
turançılıq, türkçü lük ideyaları tərənnü m olun muşdur. Onun "Marş" şerindən aşağıdakı misralar maraqlıdır:
Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zarla, şanla tariximiz doludur.
Türk oğulların ı b irliyə çağıran şairin işıq lı gələcəyə inamını artıran əsas səbəblərdən biri Turan bayrağın ın ö z
yerində möhkə m qəra r tut masıdır:
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə Ərgənokon ocağı.
Haydı, yola çıxalım, haqsızhğı yıxalım,
109
Turanda gün doğunca zülmətlə çarpışalım!
Arş irəli, irəlidə cənnət kibi çəmən var,
Günəş orda həp doğar, səadət orda parlar!
Türk firqəsi Müsavat,
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə
Bulalım şanlı həyat
Be ləliklə, Abdulla Şaiq in yaradıcılığ ında milli mübarizə həm də siyasi mə zmun kəsb edirdi. Müəllif bu mübari-
zənin uğurla rın ı konkret b ir partiyanın - "Müsavat ―ın ətrafında sıx birləşərək, şanlı həyat quruculuğuna doğru quş tək qanad
açmaqda görürdü.
Başqa bir şerində Abdulla Şaiq ö z yurddaşların ı A zərbaycan istiqlalını, vətəni qoru mağa çağırırd ı:
Şu diyarın dağlarında, daşında
Qurtarıcı qəhrəmanlar az deyil.
O əllər ki, səni bu gün qurtarmaz,
O dillər ki, səni bu gün də anmaz,
O ürək ki, sənin iiçün çarpamaz,
O ayaq ki, Vətən üçün qoşamaz,
Al qanına boyansın!
Sevgilisi baş ucunda yas qursun,
Anaları ağı desin, saç yolsun,
Sənin kimi ağlasm!
Abdulla Şaiq lirik-ro mantik şeirlərin (" Vətən", "Niyə uçdu?", "Hürriyyət pərisinə", " Yad et", "Nişanlı b ir qız",
"Dağlar"), hekayələrin ("Məktub yetişmədi", "Köç", " Göbələk", " Vəzifə", "Əsəbiliyim", "İblisin hüzurunda"), ro man və
povestlərin ("Əsrimizin qəhrə man ları", "Araz", "Dursun", "Xasay"), uşaqlar üçün bir sıra məşhur şeirlərin ("Xoruz", "Keçi",
"Uşaq və dovşan", "Təmizlik"), mənzu m nağılların ("Tülkü həccə gedir", " Yaxşı arxa", "Tıq-tıq xanım"), poemaların
("Qoçpolad", "Zəhmət və zinət", "İki familiyanın məhvi"), pyeslərin ("Qafqaz çiçəyi", " Gö zəl bahar", "İdeal və insanlıq",
"Eloğlu", "Nüşabe", "Vəten") müəllifidir.Fü zuli, Nəsimi, Vaq if, Mirze Feteli A xundzadə, Mirzə Ələkbər Sabir, Abbas
Səhhət, Hüseyn Cavid, Məhə mməd Hadi və b. haqqında elmi məqalələ r dərc etdirmiş, Niza mi, Şekspir, De fo, Puşkin,
Le rmontov və b.-dan tərcümələ r et mişdir.
Ə s ə r l ə r i: Seçilmiş əsərləri, 3 cilddə, B., 1957-60; Seçilmiş əsərləri, 5cilddə, c.l-3,B„ 1966-73.
Əd:. M i r ə h m ə d o v Ə., Abdulla Şaiq, B., 1956; İsmayılov Y., Abdulla Şaiqin həyatı və bədii yaradıcılığı, B., 1962.
ABDULLAYEV Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) -Azə rbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr
haqqında qərar) əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən b iri.
Yelizavetpol (Gəncə) M ixail peşə mə ktəbinin kənd təsərrüfatı şöbəsini (1915), hə mç inin Tiflis
orta mədəni-te xniki mə ktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parla mentin 1919 il 1
sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini dava m etdirmək üçün İtaliyaya
göndərilməsi qərara alın mış, lakin naməlu m səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı
taleyi barədə mə lu mat aşkar o lunma mışdır.
ABġ ERONUN MÜDAFĠƏ S ĠSTEMĠ - Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı
1919 ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləri. Məqsəd ölkənin şimal
sərhədindəki müdafiə xətt ini möh kə mləndirmə k, düşmənin payta xta da xil o lmasının qarşısını almaq idi. Bunun üçün Bakı
ətrafında müdafiə mövqelərinin yaradılması, Qafqaz İsla m Ordusu hissələrinin Bakıya hücumu zaman ı şəhər ətrafında
qazılmış səngərlərin bərpası və təkmilləşdirilməsi, tikanlı məftil zolağın ın düzəld ilməsi, Abşeronun müxtəlif məntəqələri
arasında telefon rab itəsinin qurulması nəzərdə tutulmuşdu. Abşeronun müdafie sistemin in yaradılmasında A zərbaycan -
Gü rcüstan hərbi-müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər.
Abşeronun müdafiə mövqeləri Badamdar-Masazır gölü - Nov xanı xətti boyunca yerləşdirilməklə 7 dayaq qrupun-
dan ibarət idi: 1) Badamdar qrupu, 2) Atəşgah qrupu, 3) Aralıq qrup, 4) Şubanıdağ qrupu, 5) Xırda lan qrupu, 6) Gö l qrupu, 7)
Novxanı qrupu. Bütün bu mövqelərin müdafie imkanlarının artırılması üçün lazımi qüvvə və vəsait də ayrılmışdı.
Bütünlükdə, Abşeronun müdafiə sistemi üçün 8 tabor piyada qüvvəsi, 64 ədəd pulemyot, 16 ədəd top nəzərdə tutulmuşdu.
Bunlardan ə lavə, dəniz sahilinin qorun ması üçün 6 ədəd top ayrılmışdı.
Denikin in hücum təhlükəsi aradan qalxd ığı və 1920 ilin yazında Qarabağda erməni təcavüzü başladığı üçün
Abşeronun müdafiəsinə xüsusi qüvvələr ayrılması mü mkün olmadı. Şimal sərhədi boyunca və Bakı ətrafındakı qüvvələr
Qarabağda erməni qoşunları ilə mübarizəyə səfərbər o lunduğundan, Aprel işğalı (1920) zamanı Abşeronun müdafie
sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mü mkün olmad ı.
"AÇIQ SÖZ" - Bakıda nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi qəzet. "İqbal" (1912-15) qəzetinin davamı
olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilmişdi. "Açıq söz" qəzetinin ilk sayı 1915 il oktyabrın 2-də "İqdam"
mətbəəsində çap edilmişdir. Qə zetin sonuncu sayının nə vaxt ç ıxması barədə fikirlər mü xtəlifdir.
Bə zi mənbələ rdə ("Azə rbaycanda dövri mətbuat (1832-1920)", B., 1965) qə zetin 1918 il mart ın 18-də sonuncu -
704-cü sayının çıxd ığı göstərilsə də, "Açıq söz" 1918 il 6 o ktyabr tarixli 718-ci sayında özündən asılı olmayan səbəblərə
110
görə fasiləyə yol verdiy i üçün o xuculardan ü zr istəyərək
yazırdı: "Qanh mart hadisəsi zamanı mətbəəmiz fəhlə şurası
və erməni qoşunları tərəfindən talan edilib yandırıldığı iiçün
qəzetimiz dayandırılmağa məcbur olunmuşdu".
"Azərbaycan dövri mətbuatı. 1832-1920" kitabında
(1987) "Açıq söz" qəzetin in 724 sayının çıxd ığı göstərilir. Digər
mə lu matla ra görə, qə zetin 750 sayı işıq ü zü görmüşdür.
"Açıq söz" qəzetinin naşirləri və redaktorları mü xtəlif
vaxt larda Məhə mməd Əmin Rəsulzadə, Mə mmədəli Rəsul-zadə, Üzeyir bəy Hacıbəyli, Orac, Qənbər və Abuzər Orucov
qardaşları olmuşlar.
Qəzet in ilk sayında, s ərlövhə altında "Türkləş mək, isla mlaş maq, müasirləşmə k" şüarı və "gündəlik türk qəzetid ir"
sözləri yazılmışdı. "Açıq söz"də ilk dəfə " müsəlman", "tatar", "tuzem" sözləri əvəzinə A zərbaycan xalqın ın adı ilə bağlı
"türk" sözü işlədilird i.
Qəzet in mə ra mı onun 1-ci sayında dərc edilmiş proqra m səciyyəli baş meqalədə belə ifadə olun muşdu:
"Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsri olduğunu sübut etdi.
Özlərini lazımınca bilib, istiqlal üçiin müəyyən bir ideal, məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qiivvət
təşkil edir... Ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hə r şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və
əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə... sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə
malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum olan
cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər".
"Açıq söz" qəzetində Rusiyanın daxilində gedən ictimai-siyasi proseslər, A zərbaycan həyatının bütün sahələri
barədə müntəzə m surətdə mə lu matla r, milli d irçəliş, mu xtariyyət məsələ lərinə dair ya zılar dərc o lunur, Birinci dünya
müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırd ı. Qəzetin dolğun və rəngarəng çıxmasında,
möv zu genişliyində ədib, jurnalist və ictimai xadimlərdən Nəriman Nərimanov, Əh məd bəy Ağayev, Hüseyn Cavid, Əhməd
Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbdürrəh im bəy Haqverdiyev, Ömər
Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə və b.-n ın böyük xid mətlə ri olmuşdur.
"Açıq söz" xalqı milli varlığını və hüququnu qorumaq, milli azadlığa və müstəqilliyə nail o lmaq üçün bir fikir və
əməl ətrafında birləşməyə, məfkurə birliy inə çağırırd ı. Qəzet bu amal və bu qayə ilə milləti oyatmağa başlamışdı.
1917 ilə doğru Azə rbaycanda xüsusi bir "açıqsöz"çülər nəsli yaran mışdı. A zərbaycanın və bütün Qa fqazın d igər
şəhərlərindəki gənclər, hətta Rusiya ali məktəblərində təhsil alan tələbələr içərisində "Açıq söz"ün yaydığı milliyyətçi
fikirlər ətrafında cə miyyət və dərnəklər yaran mışdı. 1917 ildə Bakıda gizli çağırılmış tələbə quru ltayı "Açıq söz" qəzet ini
özünün orqanı elan etməy i qərara almış və həmin qərarı xüsusi heyət vasitəsilə qəzetin baş redaktoru M.Ə.Rəsulzadəyə
bildirmişdi. Fevral inqilabından (1917) sonra bu cəmiyyətlər mütəşəkkil halda "Müsavat" partiyasına daxil olmuşdular.
"Açıqsöz"çülər Fevral inqilab ına qədər milli-məhəlli mu xtariyyət şüarı ilə çıxış edird ilərsə, mütləqiyyətin süqu-
tundan sonra onların mövqeyində dönüş yarandı. Bu zaman "Müsavat" partiyası qəzetdə dərc olunmuş proqramında ya-
zırdı: "Milli və vətən vəzifəmizi hüsni ifa etmək iiçün yeganə bir vasitə vardır ki, o da Məclisi-Müəssisana hazırlaşmaq
və oraya hazır proqram və aydın məramla getməkdən ibarətdir
”
Qəzet in 1918 il 15 ma rt tarixli 702-ci sayında tanınmış
jurnalist Sənətullah Eynullayev "S.İbrah im" imzası ilə ya zdığ ı "Dəhşətli saat gəlir, b irlik gərək" məqaləsində Bakı
faciəsindən 3 gün əvvəl siyasi partiya rəhbərlərini xəbərdar edird i: "Başqa millətlərin cəmi partiyaları bu gün məlum
məsələlər xüsusunda sözlərini bir etdilər. Müsəlman partiyaları da milləti fəlakətdən xilas etmək xatirinə birləşməyə
borcludurlar. Çünki baş kəsildikdə saqqalla bərabər gedəcək olduğundan dəhşətli saətlərdə partiya fərqinə baxmayacaq,
proqram və partiyalar da millətlə bərabər gedəcəkdir. Dəhşətli saət gəliyor, birləşiniz”.
Əd.: Axundov N., Azərbaycanda dövri mətbuat (biblioqrafiya), B.,1965; y e n ə o n u n, Azərbaycanın dövri mətbuatı (1832-1920), B., 1987;
Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, B., 1992.
Dostları ilə paylaş: |