AĞAYEV Həsən bəy Məşədi Hüseyn oğlu (1875, Gəncə - 19.7.1920.ı Tiflis) – görkəmli ictimai – siyasi və dövlət
xadimi, A zərbaycan Xa lq Cü mhuriyyətinin banilərindən və rəhbərlərindən biri. Orta təhsilini
Gəncədəki klassik gimna ziyada almışdı. Hacı Zeynalabdin Tağıyevin maddi kö mə kliy i ilə Moskva
Universitetinin tibb fakültəsinə da xil olmuş və 1901 ildə oran ı müvəffəqiyyətlə bitirmişdir. Həsən
bəy Gəncədə həkimlik fəa liyyəti ilə yanaşı, qə zet ve jurnallarda meqalə lər də dərc
etdirmişdi.‖Hü mmət" təşkilatın ın tapşırığ ı ilə Azə rbaycan dilinə tərcü mə etd iyi "Silk, sinif, firqə"
kitabçası Tiflisdə Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində çap olunmuşdur (1906). Həmin
kitabçanın nəşrinə təqiblərə məru z qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşamışdır.
Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan "Yu jnıy Kavkaz" qəzetinin
redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. 1914 ilin sonlarında
Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaratmışdır. 1917 ildə Rusiyada baş
vermiş Fevral demokratik inqilabı A zərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri , Ağayevin də
sonrakı həyat və fəaliyyətində həlledici ro l oynamışdır. Yen i şəraitdə Nəsib bəy Yusifbəylin in
rəhbərliy i ilə Gəncədə yaradılmış "Türk Ədə mi-Mərkə ziyyət Part iyası"nın yaradıcılarından biri də Həsən bəy idi. Həsən
Ağayev 1917 ilin aprelində Bakıda çağırılmış Qafqaz əlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana
mu xta riyyət verilməsinin ard ıcıl tərə fdarla rından olmuşdur.
116
1917 ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Nəsib bəy Yusif-
bəylinin "Türk Ədə mi-Mərkə ziyyət Pa rtiyası" birləşərək, "Türk Ədə mi-Mərkəziyyət-Müsavat" partiyası adlandırılmışdır.
"Müsavat"ın 1917 il oktyabrın 26-31-də keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi ko mitəsinin üzvü, ilin
axırlarında isə Ümu mrusiya Müəssislər məclisinə nü mayəndə seçilmişdir. Rusiyada oktyabr çevrilişi ilə əlaqədar olaraq
Cənubi Qafqa zdan Ümu mrusiya Müəssislər məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilmə miş, 1918 il fevra lın
10-da Tiflisdə toplaşaraq Cənubi Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya seymin i yarat mış, aprelin 22-də isə
Cənubi Qafqa zın suverenliyini e lan edərək, Zaqafqaziya De mokratik Federativ Respublikası Hökumətini yaratmışdılar.
Zaqafqaziya seymində Müsəlman fra ksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəa l iştirak et mişdir. Zaqafqa ziya
seymi və höku məti bu ərazidə yaşayan millət lərin milli maraq larına cavab vermədiyindən həmin il mayın 25-də bura-
xılmışdı. Mayın 27-də Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etmiş və Şuranın
rəyasət heyətini seçmişdi. Bu va xt Batumda Tü rkiyə nü mayəndə heyəti ilə danışıqlar aparan Məhə mməd Əmin Rəsulzadə
Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilmişdilər.
Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqa z canişinin in keç -
miş sarayında keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy
Ağayev imzalamışdır. 1918 il iyunun 16-da A zərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada
keçirilən ilk iclasında Milli Şura, yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün
hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918 il dekabrın 7-də Ba kıda təntənəli aç ılışına
qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalış mışdır.
Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinin ilk iclasında Hesən bəy Parla ment sədrinin birinci müavini seçil-
mişdir. Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata
keçirmişdir. O, 1919 ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilmiş və 1920 il fevralın 2-nə qədər ona
rəhbərlik et mişdir. Həsən bəyin bilavasitə təşəbbüsü və fəal iştira kı ilə Parla ment bir sıra mühü m qanunvericilik aktla rı qəbul
etmişdir. Azərbaycan Parlamentinə rəhbərliy i zamanı Həsən bəyin yüksək təşkilatçılıq qabiliyyəti, dərin biliy i, insanlarla
həssas münasibəti təkcə Pa rla ment da xilində deyil, sadə xalq a rasında da ona böyük hörmət və nüfuz qazandırmışdı.
Və zifəsindən istefa verərkən, mühüm xid mətlə ri nə zərə alınaraq, bütün Parlament üzvlərinin imzası ilə ona təşəkkür elan
edilmişdir.
Aprel işğalından (1920) sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev həmin il iyulun 19-da muzd lu ermən i
terrorçusu tərəfindən qətlə yetirilmişdir. Tiflisin müsəlman qəbiristanlığında dəfn olun muşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stetnoqrafik hesabatlar), c.1-2, B., 1998; M əmmədzadə M.,
Doktor Həsən bəy, "Azəri türkü" məcmuəsi, 1928, № 3; Əliyev M ., Həsən bəy Ağayev, "Azərbaycan Demokratik Respublikası.
Azərbaycan Hökuməti (1918-1920)" kitabında, B., 1990; İsayev Ə., Qeyrət və hünər tarixi, ―Azərbaycan" qəzeti, 2003, 22 may.
AĞAZADƏ Fərhad, Şərqli (Ağazadə Fərhad Məşədi Rəhim oğlu; 12.8.1880, Şuşa - 4.1.1931, Bakı) - görkəmli
maarif xadimi, d ilçi, metodist, publisist. Şuşada məhəllə və özəl "Rus-müsəlman" məktəbində (1887-95)
oxu muş, Qori Müəllimlər Seminariyasını bitirmişdir (1900). Yelizavetpol quberniyasının Xaldan (1900-
01), Şuşa (1901-02), Gorus (1902-05), Gəncə (1905) ibtidai məktəblərində müəllim, Bakıda birinci "rus-
müsəlman" məktəb müəllim və müdir (1905-09), "Səadət" məktəbində müdir müavin i işləmişdir.
Qafqaz müsəlman müəllimlərin in Bakıda keçirilən birinci (1906), ikinci (1907) qurultaylarının
təşkilatçılarından və fəal iştira kçılarından olmuş, qurultayın idarə heyətinin tapşırığ ı ilə beş nəfər
müəllimlə b irlikdə "İkinci il" dərsliy ini tərtib və nəşr etdirmişdir (1908). Məktəblər üçün "Ədəbiyyat
məc muəsi" (1914) dərsliyin in müəllifidir. Mirzə Fətəli A xundzadə, Mirzə Rza Daniş və Məhə mməd ağa
Şahtaxtlıdan sonra əlifba islahatı uğrunda mübarizənin müstəqil mərhələsi Ağazadənin ad ı ilə bağlıd ır.
Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə Xa lq Maarifi Na zirliyi nəzdindəki Əlifba
ko missiyasının işində iştirak etmiş, dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri ço x sərrast
şəkildə, vətəndaş mövqeyindən işıqlandıran yazıları çap olun muşdur.
1922 ildə təşkil olun muş " Yeni türk ə lifbası ko mitəsi"nə üzv seçilən və orada işə dəvət olunan Ağazadə
layihələ r tərt ib et miş, S.A xundzadə, M .C.Mə mməd zadə ilə b irlikdə " Yen i türk ə lifbası" dərsliyini yazmış (1922),
"Kommun ist" və "Yeni yol" qə zetlərində, "Maarif işçisi", " Yeni mə ktəb" jurnallarında məqa lələ r dərc etdirərə k latın
qrafıkasının təbliği və tədrisi işində böyük xid mət göstərmişdir. "Nə üçün ərəb hürufatı türk dilinə yaramır?" (1922) əsəri
əlifbanı dəyiş mək uğrunda gedən mübarizənin tarixi haqqında zəngin məlu mat verən dəyərli tədqiqatdır. Müəllif əsərdə
Cü mhuriyyət illərində əlifba islahatı ətrafındakı mü zakirələrə yer ay ırmışdır. O, yazırdı: "1919-cu ildə Hökumət özii
müdaxilə edib maarif nəzarəti yanında komisyon təşkil etmişdir. Bir neçə şəxslərin tərtib etdiyi layihələr həmin
komisyonda mövqeyi-müzakirəyə qoyulmuşdu. Komisyonda işləmişlər: Qaplanov, Həmid bəy Şahtaxtinski, Şahsuvarov,
Sultanməcid Qənizadə, Rəşid bəy Əfə ndizadə, Mahmud bəy Mahmudbəyov, doktor Qarabəyov, Axund Yusif Talıbzadə,
İsa bəy Aşurbəyli və bir çox müəllimlərdən başqa ziyalılar da olmuşlar. İclasların birində Axund Yusif Talıbzadə təklif
edir ki, latın hürufatını təcrübədən keçirmək bir illik müddətinə qəbul edilsin. Buna cavab olaraq, Sultanməcid Qənizadə
cənabları etiraz edir ki, bir illik təbəddülatın mənası ola bilməz. Əvvəlcə əlifba yaradılmalıdır, sonra məktəb, sonra da
iisuli - təlim. Bunu deyib əlifbamızın qüsurlarından bir çoxunu Qənizadə cənabları zikr edir, sair natiqlər də məsələyə
müdaxilə edirlər. Bir çox danışıqdan sonra
u
Hürufatın reforması zamanı gəlib çatmışdırmı?" sualı səsə qoyularkən bir
şəxsdən başqa hamının təsəvvürü "çatmışdır" olur". ("Nə üçün ərəb hürufatı türk dilinə yaramır?", B., 1922, s.174-175).
Ağazadə mü zakirəyə təqdim olun muş layihələrdən danışır, Abdulla bəy Əfəndizadənin lay ihəsinin qəbul olunması və onun
əsasında müstəqil respublikanın nəşr olunmuş ilk dərsliyi - "Son türk əlifbası" haqqında məlu mat verir. " Əkinçi" qəzeti
(1925), "Türk qrameri" (1926), "Firidun bəy Köçərlinin b ioqrafiyası" və s. əsərlərin müəllifid ir.
117
Ə s ə r l ə r i: İkinci il (M.Mahmudbəyzadə, Ə.Əbdürrəhmanbəyzadə, S.Axundzadə, A.Talıbzadə, A. Əfəndizadə ilə birgə),
Tiflis, 1908; Ədəbiyyat mecmuəsi, B., 1912; Nə üçün ərəb hürufatı türk dilinə yaramır?, B., 1922; "Əkinçi" qəzeti, B., 1925.
Əd.: Abdullayev A., Azərbaycan dilinin tədrisi tarixindən, B., 1966; Ağayev Ə., Fərhad Ağazadənin pedaqoji görüşləri, B.,
1987.
AĞDAMS KĠ (əsl familiyası Bədəlbəyli) Əh məd Beşir oğlu (5.1.1884, Şuşa - 1.4.1954,
Ağdaş) - opera artisti, Azərbaycanın əməkdar incəsənət xadimi (1943). Səhnə fəaliyyətinə "Nicat"
xeyriyyə cəmiyyətinin teatr truppasında başlamış, o dövrdə Azərbaycanda qadın artistlərin
olmadığına görə opera ve musiqili ko med iya tamaşalarında, əsasən, qadın rollarında çıxış etmişdir.
Azərbaycan teatr sənətinin 1918-20 illərdə ki yeni inkişaf mə rhələsində Ağdamski a ktyor-müğənni
kimi ―Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə Leyli, Əsli, Gü lnaz, Gülçöhrə,
("Leyli və Məcnun", "Əsli və Kərə m", "O o lmasın, bu olsun" (Məşədi İbad), "Arşın ma l a lan",
Üzeyir Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Zülfüqar Hacıbəyli) rollarını ifa etmişdir. Dram
tamaşalarında da çıxış etmişdir. 1921 ildən pedaqoji fəaliyyət göstərmişdir.
AĞDAġ QƏZASI - 1919 ilin sonlarından Ərəş qəzasının dəyişdirilmiş adı (bax Ərəş qəzası).
AĞSTAFA MÜQAVĠLƏSĠ - Azərbaycan Sovet Sosialist Respublikası ilə Gü rcüstan Demo kratik Respublikası
arasında "sülh və dostluq" müqaviləsi. 1920 il iyunun 12-də Azərbaycanın Ağstafa stansiyasında imzalan mışdır. Ağstafa
müqaviləsinin bağlan masına ehtiyac Şima li A zərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də
sovet qoşunlarının Şimali A zərbaycana müdaxiləsi nəticəsində yaran mış vəziyyətdən istifadə edən Gü rcüstan hökuməti
Azərbaycan sərhədinə qoşun çıxard ı. Azərbaycana qarşı ə ra zi iddiala rı irə li sürən Gürcüstan elə hə min gün Poylu
körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma
keçdi. A zərbaycan Höku mətin in diplo matik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliy i xeyli müddət aradan
qaldırmaq mü mkün olmadı. A zərbaycan Höku məti sərhəd məsələlərinin mü zakirəsi məqsədilə danışıqlara başlamaq üçün
razılıq əldə edilməsinə yaln ız 1920 il may ın sonlarında nail oldu və bununla əlaqədar xüsusi ko missiya yaratdı. Həmid
Sultanov Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin ed ild i. Danışıqla r 1920 il iyunun 3-də Ağstafada başladı. İlkin
danışıqlar 4 gün davam etdi. Həmin günlər nümayəndə heyətləri arasında gərg in mübahisələr baş verdiyindən nəticə əldə
olunmadı. Gü rcüstan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdi. A zərbaycan tərəfi bu iddiaların əsassız
olduğunu, Gü rcüstanın bir çox vilayətlərinin əhalisini azərbaycanlılar təşkil etdiyi halda, Azərbaycanın öz qonşusuna qarşı
heç bir ərazi iddiası qald ırmad ığını göstərirdi. Mehriban qonşuluq siyasətini əsas tutan Azərbaycan tərəfı 1920 il aprelin 27-
nə qədər qüvvədə olan sərhəd xəttinin bərpa olunmasını təklif edirdi. Gürcüstan tərəfi isə Poylu və Qırmızı kö rpü
ətrafındakı ərazilərin, vaxtilə xüsusi məqsədlə Tiflis quberniyasına daxil edilmiş Zaqatala vilayətinin və digər ərazilərin
Gü rcüstana birləşdirilməsini tələb edirdi. Dan ışıqların növbəti mərhələsində tərəflər müəyyən məsələlərdə razılığa gəld ilər
və bunun nəticəsi kimi 18 maddədən və ona əlavə olan 4 maddəli sazişdən ibarət müqavilə imza landı. Sənədləri A zərbaycan
tərəfindən Azə rbaycan İnqilab Ko mitəsi sədrinin müavini, xa lq xaric i işlər ko missarı Mirzə Davud Hüseynov, Gürcüstan
Demokratik Respublikası tərəfindən hərbi nazir G.S.Lord kipanid ze, Müəssislər Məclisin in sədri S.Q.Md ivani və
A.S.Andronikov imzalad ılar. Müqaviləyə görə, iki respublika arasında bütün hərbi əməliyyatlar dayandırılır, tərəflər b ir-b iri
ilə möhkə m sülh və dostluq münasibətləri qurur, hərbi əsirləri qaytarırdılar. Müqaviləyə görə, sərhəd xətti Borçalı və Qa za x
qəzala rı arasından, Ba rtış dağından şima l-şərqdəki inzibati sərhəddən, Qızılqaya dağının cənub-şərqindəki bulaq lara qədər
olan sahədən, Tərs dağı yüksəkliklərinin şərq yamac ından,Qırmızı körpünün ortasından, Xra m və Kür çayla rı boyu uzanan
köhnə sərhəd zolağından, Poylu körpüsünün ortasından, şimal-şərq istiqamətindəki köhnə inzibati sərhəd zo lağından, köh-
nə cənub-şərq inzibati zolağ ından Palantökən dağına qədər, oradan da Zaqatalaya qədər uzanan şimal-qərb sahəsindən
keçirdi. Tərəflər arasında bir il müddətində qüvvədə olacaq bitərəf zonalar yaradılırd ı. Poylu və Qırmızı körpünün qar-
şısındakı sahə, həmçin in Kür çayının Azərbaycan ərazisindəki sol sahili müqavilə imzalandıqdan sonra bir il müddətində
bitərəf zona kimi qalmalı id i. Hə min zonanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: Qa za x qə zasında İncəsu çayı,
Borçalı və Qazax qəzalarının inzibati sərhədi; Qazax qəzasında Qızılhacılı, Pey kanlı, Xələfli, Şəkərli stansiyaları, Kür
çayının əyintisi, oradan düz xətlə Çobandağ yüksəkliyinin qərb küncündən keçən, sonra isə Çobandağ yüksəkliyinin cənub-
şərqinə və Sığnax qəzasının sərhədinə qədər uzanan xətt. Bu zonada heç bir tikinti işi aparıla və hərbi h issə yerləşdirilə
bilmə zd i.
Bu şərtlərə əməl olun masına nəzarət etməkdən ötrü, hər tərəfdən iki nəfər o lmaqla, dörd nəfərlik qarışıq ko missiya
yaradıldı. Onun idarə o lunması hüququ Azərbaycana verilirdi. Qırmızı körpünün Azərbaycan tərəfində qalan hissəsi
118
Azərbaycan, qarşı tərəfi isə Gü rcüstan tərəfindən qorunmalı idi. Tərs və Babəka r dağları ilə əlaqə sa xla maq üçün
Gü rcüstana körpüdən sərbəst istifadə etmək hüququ verilird i. Zaqatala dairəsin in gələcəy i Gürcüstanla Rusiya arasında
yaradılacaq arbitraj ko missiyasında həll edilməli id i. Məsələ tam həllin i tapana qədər tərəflərdən heç biri Zaqatala dairəsinə
yeni hərbi hissələr gətirmə məli idi. Gürcüstan və Azərbaycan bir-birinin müstəqilliy ini və suverenliyini qeyd-şərtsiz tanıyır
və bir-birin in da xili işlərinə qarış maqdan qarşılıq lı surətdə imt ina edird ilə r. Tərə flə r suveren dövlətlər kimi, bir-birin in gerb
və bayraq rəmzlərin i tanıyırd ıla r. Müqavilə bağlandıqdan dərhal sonra konsulluq s əviyyəsində diplomatik münasibətlər
qurulmalı, imzalanacaq xüsusi saziş ona aid o lan normaları müəyyənləşdirməli id i: tərəflər öz ərazilərində A zərbaycan və
Gü rcüstan hökumətlərinə iddia irəli sürən hər hansı qrup, təşkilat və şəxslərin fəaliyyət göstərməsinə icazə
vermirdilər;hə min qrup, təşkilat və ya şə xslərə yard ım et məyəcəklə ri barədə ö z ü zərlərinə öhdəlik götürürdülər; b ir-b iri
üçün əlverişli ticarət və iqtisadi şərait yaradırdılar; ticarət-tran zit müqaviləsi imzalananadək azad tran zit prinsipi həyata
keçirilməli idi. Vətəndaşların əmlakları qarşılıqlı surətdə qaytarılmalı, onlara aid məsələləri qarışıq ko missiya həll etməli id i.
Saziş imzalananadək Azərbaycan heyvandarları Gü rcüstan yaylaqlarından sərbəst istifadə edə bilərdilər; ictimai və xid məti
vəzifəsindən asılı olmayaraq, bütün vətəndaşlar vətənlərinə sərbəst qayıda bilərd ilə r; müqavilə imza landığı andan qüvvəyə
minirdi və ratifikasiya olun ma lı id i.
Əlavə sazişdə Azərbaycanın Gürcüstana neft və neft məhsulları göndərməsi, əvəzində Gürcüstanın Azərbaycana
ekvivalent miqdarda və məbləğdə manufaktura və kağ ız verməsi, tərəflərin bərabər qaydada ayırdığ ı vəsait hesabına
Gü rcüstanın Poylu körpüsünü bərpa etməsi, vətəndaşlara vurulan ziyanın ödənilməsi məsələləri tənzimlənirdi.
Əd.\ Qasımov M., Xarici dövlətlər və Azərbaycan (aprel işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi
münasibətlər), B., 1998.
AĞS U DÖYÜġ Ü - Qafqaz İslam Ordusu qüvvələri ilə S.Şau myanın başçılıq etdiyi Bakı Xalq Ko missarları Sove-
tinin Qırmızı ordu hissələri arasında 1918 il iyulun 5-6-da Ağsu ətrafında baş vermişdir. Döyüşdə Qafqaz İslam Ordusunun
10-cu və 13-cü p iyada alayla rı, 10-cu alay ın tabeliy inə verilmiş Azə rbaycan süvari bölmə ləri iştira k edirdilər. İyu lun 6-da
düşmən qüvvələrinin müqavimətini q ıran 13-cü alay Ağsuya daxil oldu və hücumu Şamaxı yo xuşuna qədər davam etdird i.
10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə ciddi zərbə endirdi. Gü rçüvanı azad ederək, orada mövqe
tutdu. Döyüşün gedişində 1 səhra topu, 1 cəbbəxana arabası, 5 pule myot, 30-a qədər mü xtəlif silah və daşnakların talan
etdiyi yerli əhalinin ə mla kı ilə dolu 15-ə qədər araba ə lə keçirild i. Ağsu döyüşü Qara mə ryəm döyüşündə qazanılmış
qələbəni möhkə mləndird i.
Əd:. Süleymanov M., Qafqaz İslam ordusu, B., 1999.
AXICANOV Museyib bəy (?-?)- A zərbaycan milli azad lıq hərəkatın ın fəa l iştirakç ılarından biri, Azə rbaycan
Parla mentinin ü zvü. Zaqafqaziya seyminin Müsəlman frak siyasının, Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26
may) sonra isə Azərbaycan Milli Şurasının (1918, 27 may ) ü zvü olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanunu"na (1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parla mentin in tərkibinə da xil edilmişdir.
"Müsavat" və bitərəflər fraksiyasının üzvü idi.
AXUNDOV Bəhra m bəy Cə fər oğlu (1872, Şuşa- 1932, Bakı) - A zərbaycan milli a zadlıq hərə katın ın iştirakç ıla rın-
dan biri. Fransada təbiətşünaslıq və tibb təhsili a lmış (1893-1895), "İttihad" məktəbində həkim işlə mişdir. 20 əsrin
əvvəllərində Bakının ictimai həyatında fəal iştirak etmiş, "Nicat‖ və "Səfa" cəmiyyətlərinin üzvü o lmuşdur. Cü mhuriyyət
dövründə Parlamentə seçilmiş, bitərəflər fraksiyasını təmsil etmişdir. 1919 ildə Azərbaycan Höku məti ona xaricə təhsil
almağa gedən tələbələrin sağlamlığına nəzarət etmək tapşırığı vermişdir. Aprel işğalından {1920) sonra mü xtəlif səhiyyə
müəssisələrində həkim işlə miş, "Əmə k qəhrə manı" adına layiq görü lmüşdür.
AXUNDOV Cə fər (? - ?) – Azərbaycan milli a zadlıq hərəkat ının iştira kç ıla rından biri. Zaqafqa ziya seyminin
Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26 may) sonra is ə Azərbaycan Milli Şurasının
üzvü olmuşdur (1918, 27 may). Azərbaycanın İstiqlal beyannaməsinin qəbulunda (Tiflis, 1918, 28 may) iştirak etmiş,
səsvermədə bitərəf qalmışdır. Tiflisdə menşevik "Hü mmət" təşkilatın ın rəhbərlə rindən biri id i.
AXUNDOV Əjdər (?-?)- Azə rbaycan Xalq Cü mhuriyyəti Parla mentin in xüsusi qərarına (ba x Xaricə təhsil almağa
göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, öz hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən
biri. A xundov Fransaya yola düşməzdən əvvəl Ba kı Dövlət Un iversiteti tibb fa kültəsinin 1-ci kursunda oxu muşdur.
Parla mentin 1919 il 1 sentyabr tarixli qəra rına əsasən, tibb sahəsində təhsilini dava m etdirmə k üçün Fransaya
göndərilmişdir.
Təhsil haqqını ödəmə k üçün o, Fransanın Dinar ku rort ş əhərində bir a ilədə qulluqçu kimi işlə mə k məcburiyyətin-
də qalır. Ceyhun Hacıbəyliyə yazd ığı a xırıncı məktubundan vəziyyətinin son dərəcə ağır olduğu görünür.
AXUNDOV İsgəndər bəy (?-?)- milli a zadlıq hərəkat ının iştira kçılarından biri, A zərbaycan Xa lq Cu mhuriyyəti
Parlamentinin ü zvü. Parlamentdə "İttihad" fraksiyasını təmsil etmişdir.
AXUNDOV İsmayıl Əbdülxalıq oğlu (25.1.1897, Şa ma xı - 1952, Bakı) - Azə rbaycan Xalq Cü mhuriyyəti Par-
lamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş
tələbələrdən biri, görkə mli a lim, Azə rbaycanda tibb elminin tanın mış təşkilatçılarından biri.
Bakı kişi g imnaziyasını bitirmişdir (1918). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən,
təhsilini t ibb sahəsində davam etdirmə k üçün Almaniyanın Mün xen Un iversitetinə göndərilmişdir.
119
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini
öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlu matında A xundovun təhsilin in bitməsinə 2 il qald ığı
göstərilird i.
Gö rkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İs mayıl A xundovdan cərrahlıq ixtisasından
epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı
mübarizədə ixtisaslı həkim kad rların ın çatış ma ması id i. Təhsilin i başa vurduqda müəllimi, məşhur epidemioloq Martini
İsmayıl A xundovu rəhbərlik etdiyi Hamburq Tropikolog iya İnstitutuna dəvət etmişdir. Onun rəhbərliyi altında təcrübə
keçən doktorant İs mayıl A xundov tədqiqatların ı dərin ləşdirərək, dissertasiya yazmış, Afrikada u zun müddətli ezamiyyətdə
olmuşdur. Ha mburqa dönərkən A xundovun verdiyi hesabat prof. Martininin e lmd ə yeni bir istiqa mət proqnozlaşdırmasına
imkan vermişdir.
O, Fransa, Əlcəzair və İsveçrədə keçirilən simpoziu mlarda çıxış etmiş, 1927 ildə müvəffəqiyyətlə dissertasiya
müdafıə edərək, elmlər doktoru olmuşdur.1928 ildə Bakıdan vətənə qayıtmaq təklifi almışdır. Ümu mxalq fəlakətinə
çevrilmiş malyariya ilə mübarizədə ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var id i.
Təcrübəli həkima lim kimi vətənə dönən İsmayıl A xundov Azərbaycanda tropikologiya sahəsində ilk professor
olmuşdur. Alman iyada aldığı biliklərin əməli tədbiqinə başlamış, malyariya ilə mübarizədə mühüm rol oynamışdır. Onun
görkəmli kimyaçı Yusif Məmmədəliyevlə birgə yaradıcılıq əməkdaşlığı malyariyaya qarşı kimyəvi terapiya müalicə üsulu,
yeni preparatların yaradılması kimi uğurlu nəticələr vermişdir. Tələbəsinin fəa liyyətini u zaq Almaniyadan izləyən prof.
Martini A xundovun ma lyariya ilə mübarizədəki uğurlarına sevinmiş, mə ktublarının birində hər iki alimin b irgə ə məy ini
yüksək dəyərləndirmişdir.
Axundov Bakı Ep idemio logiya və Mikrobiologiya İnstitutunda parazitoloq-ento moloq işləmiş, Azərbaycan Tibb
İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri, Bakı tropik stansiyasının direktoru, İkinci dünya müharibəsi dövründə
Cənubi Qa fqaz cəbhəsinin baş epidemio loqu olmuşdur. 40-dan ço x elmi əsərin müə llifıd ir. 30-cu illərdə mütərəqqi
Azərbaycan ziyalılarına qarşı repressiyalar baş landığı dövrdə, İs mayıl A xundovun Belç ikada təhsil a lmış böyük qardaşı
professor Ağa Axundov həbs edilmişdir. O,qardaşının həbs olunduğu gün, özünün də repressiyaya məru z qalacağından
ehtiyat edərək, Alman iya ilə bağlı sənədlərinin ço x hissəsini yandırmışdır.
Ə s ə r i: ―Малярия и Culicidae в Азербайджане‖, Б ., 1940.
Əd:Дулаева З., Страницы истории национальной интеллигенции, "Azərbaycan Tarixi Muzeyi - 2003", B., 2003.
Dostları ilə paylaş: |