Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə79/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   72   73   74   75   76   77   78   79   80

"HÜMMƏT"  -  A zərbaycanda  ilk  milli  sosial-demo krat  təşkilatı.  1904  ilin  oktyabrında  fəaliyyətə  başlamışdı. 

Təşkilat  bir  qrup  azə rbaycanlı  de mokrat  ziyalının  təşəbbüsü  ilə  yaradılmışdı.  Onla rın  arasında  Sultan məcid  Əfəndiyev, 

Əh məd  bəy  Ağayev,  Məhəmməd  Əmin  Rəsulzadə,  Məşədi  bəy  Əzizbəyov,  Mir  Əsədulla  Mirqasımov,  Məmmədəli 

Rəsulzadə  (Rəsuloğlu),  İsa  bəy  Aşurbəyov,  Qara  bəy  Qarabəyov,  Məmmədbağır  A xundov,  Məmməd  Həsən  Hacınski, 

Mir  Həsən  Mövsümov  və  başqaları  var  idi.  "Hü mmət"  forma l  ola raq  Rusiya  Sosial-Demok rat  Fəhlə  Partiyasının 

(RSDFF) Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. S.M.Əfəndiyevin sözlərinə görə, 

"bu qrupun müstəqilliyini müsəlman fəhlələri ilə işin xüsusiyyətləri şərtləndirirdi. Təşkilatın məhz bu formada fəaliyyət 

göstərməsi  çox  uğurlu  idi,  çünki  bizim  işimizdə  elə  məqamlar  var  idi  ki,  "Hümmət"  müstəqil  şəkildə  çıxış  etməyə 

məcbur idi". 

Bə zi  mənbələrə  əsasən, hələ 1903  ildə M .Ə.Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət  

olan və sonradan "Hümmət"in əsasını təşkil edən "Azərbaycanın gənc inqilabçıla rı dərnəyi" yaranmışdı. 


461 

 

"Hümmət"  vərəqələrində  ço x  va xt  ö zünü  partiya  adlandırırd ı.  Bolşeviklə rin  proqra mındakı  millət lərin  öz  mü-



qəddəratını təyinetmə  prinsipinin  cəlbedic iliy i və  ü mu miyyətlə, sosial-de mokratiyanın   mövcud hakimiyyətə  mü xalifliyi 

öz  xalqın ı  milli  əsarətdən  qurtarmaq  ümid i  ilə  yaşayan  ziyalıları  onun sıralarına  cəlb  edirdi.  M.Ə.Rəsulzadənin  dediyi 

kimi, "bu cavan nəsil mü xa lif sosializmdə  

 

çarizmə qarşı ən sadiq olmasa da, ən əlverişli müttəfiq ini görürdü". 



RSDFP  Bakı  Ko mitəsinin  "Hü mmət‖in  iclaslarında  təmsilçisi  P.A.Caparidze,  "Hü mmət‖in   isə  RSDFP-də 

təmsilçisi  S.M .Əfəndiyev  id i.  "Hü mmət‖in   RSDFP  Bakı  Ko mitəsi  və  " Bala xanı  və  Bibiheybət  fəhlə lərinin  ittifaqı" 

təşkilatı  ilə  birlikdə təşkil etdiyi  ilk siyasi aksiya lardan biri  1904  ilin dekabr t ətili olmuşdu. Bu tətil,  Rusiyada ilk dəfə  

olaraq,  fəh lələ rlə   mədən-zavod  sahibləri  a rasında  kolle ktiv  müqavilənin  ("Mazut  konstitusiyası"nın)  imza lan ması  ilə  

nəticələndi. 

1905  ilin  fevral  və  avqust  aylarında  erməni-daşnakların  a zərbaycanlıla ra  qarşı  törətdikləri  soyqırımla rı  za manı 

"Hümmət"  əhalinin  sakitləşdirilməsində  və  qırğ ınların  qarşısının  alın masında  böyük  rol  oynadı.  1905  ilin  fevralınadək 

çıxan "Hü mmət" qəzeti 6-cı nö mrəsindən sonra "zərərli istiqamətinə görə" bağlandı. M.Ə.Rəsulzadənin sözlərinə görə, bu 

qəzet partiya orqanı o lan ilk türk qəzet i idi. 

1905  ildə  İran  inqilabının  başlanması  ilə  əlaqədar  "Hü mmət"in  fəa liyyəti  xüsusilə  genişləndi.  Cənubi  Azə r-

baycanın azad edilməsinə olan ü midlərini  İran  inqilabın ın qələbəsinə bağlayan "hümmət‖çilərin, demək o lar, hamısı bu 

inqilabda iştirak etdilər. 

"Hümmət‖in fəaliyyətində Azərbaycan dilində qəzetlərin  nəşri əhəmiyyətli yer tuturdu. 1906-07  illərdə təşkilat 

"Dəvət-Qoç",  "Təkamül"  və  "Yo ldaş"  qəzetlərini  bura xırdı.  On ların  böyük  hiss əsi  milli  maariflən mənin  ənənəvi  prob-

le mlərinə, zəh mətkeşlərin ağır şərait inə və ayrı-ayrı hallarda cahil ruhanilə rin tənqidinə həsr olun muşdu. 

1907  ilin iyununda üzvlərin in əksəriyyətinin həbs edilməsi nəticəsində təşkilat  xeyli  zəifləd i. "Hü mmət‖in  Bakı 

şöbəsinin  həmin  dövrdəki  fəaliyyəti  barədə  son  məlu matlar  1910  ilə  aiddir,  bundan  sonra  isə  təşkilat  1917  ilə  kimi, 

demə k ola r, fəaliyyət göstərmə mişdir. 

1907  il repressiyalarından sonra "Hümmət"in  Bakıdakı  fəaliyyəti  məhdudlaşsa da, şəhərdən kənarda apardığı  iş 

davam et məkdə  idi.  Təşkilatın şöbələri  Gəncədə (Ye lizavetpol),  Şuşada, Na xçıvanda, Cu lfada fəa liyyət göstərirdi.  La kin 

onların arasında həm üzv lərinin sayına, həm də siyasi fəallığına görə ən əhəmiyyətlisi "Hü mmət"in 1905  ildə yaran mış 

Tiflis şöbəsi idi (bax "Müsəlman sosial-demokrat (menşevik) Hümmət partiyası"). 

"Hümmət‖in Tiflis təşkilatı yerli sosial-demokratlarla İran inqilabçılarını  Bakı təşkilatına nisbətən daha çox bir-

ləşdirirdi. Tiflisdə "İctimaiyyun-a miyyun" və ya "Mücahid" partiyasının şöbələri də  fəa liyyət göstərirdi. 1906 ildə Ba kıda 

və  Tiflisdə  İran  inqilabç ıla rına  yard ım  ko mitələ ri  yaradılmışdı.  Ba kı  ko mitəsinə  M.Ə.Əzizbəyov,  Tiflis  ko mitəsinə  isə 

Nəriman  Nərimanov  rəhbərlik  ed irdi.  İran   inqilabç ıla rına   yardım  göstərilməsi  1909  il  Təbriz  üsyanı  za man ı  daha  da 

gücləndi. Təbriz üsyançılarına kö məyə gedən və əksəriyyəti azərbaycanlılardan ibarət o lan Cənubi Qafqaz könüllülərin in 

sayı  800  nəfərə  çatırdı.  Onlardan  50  nəfəri  Təbrizin  müdafiəsi  zamanı  həlak  olmuşdu.  1911  ilin  dekabrında  inqilab 

yatırıldıqdan sonra Təbrizdə və Rəştdə hərbi-səhra məhkəmələri təşkil edilmişdi. 200-dək könüllü yayına bilsə də, ço xları 

həbs olunmuşdu. O za man İranda  olan M.Ə.Rəsulzadə  və   Seyid  Həsən  Tağızadə 

 


462 

 

təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə getməyə məcbur olmuşdular. 



İranda, eləcə də Rusiyada "hümmət‖çilərin  təqib edilməsi, həbs və sürgün olunması Tiflis "Hü mmət‖inə və onun 

Azərbaycanın mü xtə lif bölgə və şəhərlərindəki şöbələrinə ağır  zərbə vurdu. Tiflis təşkilatın ın Ba kı "Hü mmət‖indən daha 

uzun müddət mövcud olmasına baxmayaraq, 1911 ildən sonra onun fəaliyyəti barədə də  məlu mat, demək olar  ki, yo xdur. 

Bu təşkilat yalnız 1917 ilin martından bərpa olundu. 

1917 ilin martında, Rusiyada Fevral inqilab ından bir neçə gün sonra, "Hümmət‖in bir ço x keçmiş üzvü təcili o la-

raq konfrans keçirib, təşkilatn RSDF(b )P-n in Bakı Ko mitəsi ilə b irləşməsi məsələsini mü zakirə etdilər. Lakin təşkilatın öz 

ənənələri  olduğu  və  müsəlman  kütlələrin in  psixo logiyası  nəzərə  alınaraq,  səs  çoxluğu  ilə,  partiyanın  RSDF(b)P  ilə 

birləşmə məsi və "Hü mmət" adının  saxlanılması qərara a lındı. Təşkilatın müvəqqəti ko mitəsi yaradıldı. 1917 il iyunun 16-

da, N.Nərimanov başda olmaq la, "Hü mmət"in daimi şəhər ko mitəsi seçildi.  Ko mitəyə 14 ü zv, o cü mlədən Sultan məc id 

Əfəndiyev,  Həmid  Su ltanov,  Əsədulla  Axundov,  Məşədi  Əzizbəyov,  Ağababa  Yusifzadə,  Bünyad  Sərdarov,  Möhsün 

İsrafilbəyov (Qədirli), Tağı  Şahbazi daxil  idi.  Bolşeviklərin proqramın ı təşkilatın əsas proqramı  kimi qəbul etmək qərara 

alındı.  İyulun  3-dən  N.Nərimanovun  redaktorluğu  ilə  "Hü mmət"  adlı  qəzet  çap  olun mağa  başladı.  Bakının  Binəqədi, 

Suraxanı,  Sabunçu  rayonlarında,  Gəncə,  Lənkəran,  Şamaxı  və  Naxçıvanda  təşkilatın  şöbələri  yaradılmışdı.  İyulun 

sonlarında  isə  Azərbaycan  xalq ının  milli  oyanışı  və  təşkilatlan masından  ehtiyat  edən  Bakı  bolşeviklərin in  təzy iqi 

nəticəsində "Hümmət" təşkilatında parçalan ma baş verdi. Sol qanadı təşkil edən "hümmət"çilər bolşeviklərlə sıx əlaqədə 

işləyird ilər, sağ qanad isə menşevikyönlü "hümmət"çilərdən ibarət idi. Onlar sosial-demokrat menşevik Tiflis "Hü mmət"i 

ilə və onun liderləri olan İbrahim Əb ilov, Sə məd ağa Ağamalıoğlu, Əh məd Pep inov və b. ilə ə məkdaşlıq edirdilər. Tiflis 

hümmətçiləri  1918  ilin  ikinci  yarısında  Bakıya  köçdükdən  sonra  Azərbaycan  Parlamentinin  sosialist  fraksiyasını  təşkil 

etmişdilər. 

1918


 

ilin aprel ayında Bakıda "Hü mmət‖in hər iki qanadının gərgin polemika şəraitində konfransı keçirild i. Əsas 

mübahisə  mövzusu Hökumətə və  Parlamentə  münasibət idi. Mübahisələrə baxmayaraq,  konfrans "Hü mmət" təşkilatın ın 

11  nəfərdən  ibarət  vahid  Mərkə zi  Ko mitəsini  seçdi  (onla rın   7-si  -  M irzə  Davud  Hüseynov,  Əliheydər  Qarayev  və  b. 

"Hümmət"in  sol  qanadını  təmsil  edird ilər).  Lakin  1919  ilin  yayında  bolşeviklərin  Bakı  ko mitəsinin  "Hümmət‖i  Rusiya 

Kommun ist  (bolşeviklər)  Partiyasına  (RK(b)P)  b irləşdirmək  niyyəti  məlu m  olduqdan  sonra  menşevik  "hümmət‖çilər 

təşkilatdan çıxdılar. Bo lşevik "hümmət"çilə r R.A xundovun rəhbərlik etdiy i azə rbaycanlı sol eserlə rlə  birləş məyə də  meyl 

göstərirdilər.  Lakin bu cəhdlər uğursuzluqla nəticələndi.  Bolşevik "hümmət‖çilər  RK(b)P-nin  Qafqaz Diyar  Ko mitəsinin 

və  RK(b)P  Ba kı  Ko mitəsinin  təşəbbüsü  ilə  Azə rbaycan  Kommunist  Partiyasının  yaradılması  məsələsini  dəstəklədilər. 

1919  ilin  yayından  etibarən  bu  istiqamətdə  fəal  iş  aparıldı.  1920  il  fevralın  8-də  bolşevik  "Hü mmət‖in,  "Ədalət" 

partiyasının  və  RK(b)P  Bakı  Ko mitəsinin  birgə  iclasında  A zərbaycan  ko mmun ist  təşkilatlarının   təsis  qurultayının 

keçirilməsi  haqqında  qərar  qəbul  olundu.  Azərbaycan  kommunist  təşkilatlarının  (RK(b)P  Bakı  Ko mitəsi,  "Hü mmət‖, 

"Ədalət") fevralın 11-12-də  keçirilən 1-ci qurultayında bu təşkilatlar birləşərək, M.D.Hüseynovun sədrliyi  ilə Azərbaycan 

Ko mmunist (bolşeviklər)  Partiyasının  (AK(b)P) yarad ılması haqqında qərar qəbul etdilər.  Bu vaxtdan etibarən bolşevik 

"Hümmət"in  müstəqil  fəaliyyətinə  son  qoyuldu.  Parlamentdə  yalnız  S.Ağamalıoğlunun  rəhbərlik  etdiyi  menşevik 

"Hümmət" fraksiyası fəaliyyət göstərirdi. 

AK(b)P 1920 il apre lin əvvəlindən etibarən  RK(b)P Qa fqaz Diyar Ko mitəsi ilə b irgə Ba kının 11-c i Qırmızı ordu 

tərəfindən  işğalı  və  ko mmunist  çevrilişi  p lanını  hazırla mağa  başladıla r.  Apre lin  27-də,  Bakın ın  işğalçı  sovet  qoşunları 

tərəfindən mühasirəyə alındığı şəraitdə, Hə mid Sultanov AK(b)P M K, RK(b )P Qafqa z Diyar Ko mitəsinin Ba kı bürosu və 

Mərkə zi  Fəhlə  Konfransı  adından  Azərbaycan  Parla mentinə  hakimiyyətin  N.Nərimanovun  rəhbərliyi  ilə  sovet  fəhlə-

kəndli höku mətinə təhvil verilməsi haqqında ultimatu m təqdim etdi.  Parla ment bura xılandan dərhal sonra, aprelin 28-də, 

N.Nərimanovun sədrliyi ilə, M .D.Hüseynov, D.Bünyadzadə, A.Əlimov, Ə.Qa rayev, H.Sultanov və Q.Musabəyovun daxil 

olduğu  Azərbaycan  Müvəqqəti  İnqilab  Ko mitəsi  (AMİK)  yaradıldı.  AMİK-in  tərkibinin   "hümmət"çi  bolşeviklərdən 

ibarət olması təsadüfi deyildi.  Yerli a zərbaycanlı  ko mmunist-bolşeviklə rdən təşkil o lunan bu hakimiyyət quru mu Sovet 

Rusiyasının birbaşa hərbi müdaxiləsini pərdələmək və xalqda yeni hakimiyyətə rəğbət oyatmaq məqsədilə yaradılmışdı. 

 

Əd

.:  Azərbaycan tarixi, 3 cilddə, c.2, 3, B., 1964; 1973; Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001; Azərbaycan Kommunist 

Partiyası tarixinin oçerkləri, B., 1964; Rəsulzadə M.Ə., Əsərləri, c.l, B., 1992; Багирова И.С., Политические партии и организации 

Азербайджана в  начале  XX  века  ,  Б., 1997; Очерки  истории  Коммунистической  партии Азербайджана,  т.  1,  Баку,  1985; Отчет 

сенатора Кузминского, проделанный в Баку и Бакинской губернии в 19058 г., Баку, 1906.  



 

"HÜMMƏT"  - Azərbaycan dilində  ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hü mmət" təşkilatının orqanı.  1904 

ilin sonlarından 1905  ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nö mrəsi çıxmışdır. "Hü mmət"in səhifələrində 

inqilab i  ideyalar  yayılırdı.  Qəzet  1905  il  fevralın  ortalarında  "zərərli  istiqamətinə  görə"  polis  tərəfindən  bağlandı,  bəzi 

əməkdaşları  isə həbs edildi.  1906 ilin dekabrında "hümmət‖çilər "İrşad" mətbəəsində Mehdi bəy Hacınskinin adına 1907 

ilin  martına  qədər  çıxmış  "Təkamü l"  qəzetinin  buraxılmasına  icazə  ala  bildilər.  Elə  həmin  ilin  avqustundan 

sentyabrınadək  "hümmət‖çilər  " Yoldaş"  qəzetini  nəşr  etdirdilər.  Bu  qəzetlər,  əslində,  "Hümmət‖in  varisi  və  ideya 

davamçıları  idi. Məhəmməd  Əmin  Rəsulzadə, Su ltanməcid Əfəndiyev, Məmməd Həsən Hacınski, Məşədi Əzizbəyov və 

başqaları  qəzetin  səhifələrində  müntəzəm  olaraq  çıxış  edirdilər.  M.Ə.Rəsulzadə  və  M.Hacınski  ö z  məqalələrində  milli 

vəhdətə,  xalq ın  ö z  müqəddəratını  təyin  et mə k  hüququ  uğrunda  mübarizəyə,  müsəlman  xalq larının  b irliy inə  çağırışa 

üstünlük verird ilər. 

Qəzet 1917 il iyulun 3-də "Hü mmət" təşkilatının orqanı kimi yenidən nəşrə başladı. Ancaq bu za man M.Ə.Rəsul-

zadənin başçılıq etdiyi bir qrup ziyalı artıq "Hü mmət" təşki lat ından uzaqlaşmışdılar.  



463 

 

Bu  zaman  "Hü mmət"in  redaktoru  Nəriman  Nərimanov  idi.  Redaksiya  heyətinə  mü xtəlif  vaxt larda  Dadaş  Bünyadzadə, 



Sultanməc id  Əfəndiyev, Hə mid  Sultanov, Tağı Şahbazi və b. da xil olmuşla r.  Yeni nəşrin sonuncu - 113-cü nömrəsi (ilk 

35 sayı həftəlik, 36-43-cü sayları günaşırı, sonrakı sayları isə gündəlik) 1918 il iyulun 30-da çıxmışdır. 

"Hümmət"in  səhifələrində,  əsasən,  fəhlələri  sosialist  inqilab ına  səsləyən  məqalələr  dərc  edilirdi.  Bakıda  sovet 

hakimiyyəti qurulduqdan sonra qəzet daşnak-bolşeviklərin rəhbərlik etdiy i  Bakı  Xalq  Ko missarları Sovetinin tədbirlərini 

işıqlandırmışdır.  1918  il  iyulun  31-də  Bakı  Xalq  Ko missarları  Sovetinin  (" Bakı  ko mmunası")  süqut  etməsi  ilə 

"Hümmət‖in  nəşri  dayandırıldı.  Qəzet  1919  ilin  mayından  1920  ilin   mayına  qədər  Həştərxanda  çap  olun muşdur.  Bu 

müddət  ərzində  "Hü mmət"in   cəmi  44  nö mrəsi  çıxmışdır.  Həştərxan   nəşrinin  redaktorları  mü xtəlif  vaxtlarda  Dadaş 

Bünyadzadə, Məmməd Səid Ordubadi olmuşlar. 



 

Əd

:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Siyasi tarix, c.l., B., 1995.

 

 



"HÜMMƏT"  FRAKS ĠYAS I  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentində  "Hü mmət"  (menşevik)  parti-

yasını  təmsil  edən  fraksiya.  Fraksiyaya  Səməd  ağa  Ağamalıoğlu  başçılıq  edirdi.  " Hü mmət"  (menşevik)  partiyasını 

Parla mentdə  5  deputat  təmsil  edird i  (ba x  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parla menti).  Fra ksiyanın  üzvü  Əkbər  ağa 

Şey xülislamov Paris sülh konfransında iştirak edən nü mayəndə heyətinə daxil ed ilmişdi. "Hü mmət" fraksiyasının ü zvləri 

Parla mentin ma liyyə-büdcə, təsərrüfat, aqrar, sorğu ko missiyalarının tərkibinə da xil ed ilmişdilər. Fraksiyanın ü zvü Qasım 

bəy Ca ma lbəyov Müəssislər Məclisinin  çağırılması üzrə  Mərkəzi ko missiyanın üzvü  id i. Azə rbaycan Xa lq Cü mhuriyyəti 

Parlamenti  açılarkən,  "Hü mmət"  fraksiyası  tərəfindən  Ə.Şey xü lislamov  çıxış   edərək,  Parlament  ü zvlərini  partiyanın 

bəyannaməsi  ilə  tanış  etmişdi.  Bəyannamədə  fəhlə  hüququ,  qadın  azadlığı,  torpaq  məsələsi  kəskin  şəkildə  qoyulurdu. 

Fraksiya  Höku mət qarşısında konkret tələblər  irəli sürürdü. Fraksiya rəhbəri Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi 

aqrar  ko missiyanın  yaradılması  da  təsadüfi  deyild i.  Belə  ki,  kəndlilərin   ağır  vəziyyəti  Parlamenti  xüsusi  komissiya 

yaratmağa  məcbur  etdi.  Lakin  aqrar  ko missiyanın  işləri  başa  çatmadı,  aqrar  qanun  layihələrin in  heç  biri  qanun  statusu 

almadı  və  bununla,  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  varlığı  üçün  zəruri  olan  ən  mühü m  məsələlərdən  biri  həll 

olunmamış  qaldı.  "Hü mmət‖  partiyasından  olan  deputatlar  da  sosialistlər  fraksiyası  tərkib ində  Azərbaycan  Xalq 

Cü mhuriyyəti  Höku mətinin  fəaliyyətinə  münasibətdə  kəskin  mü xalifətdə  olmuş  və  Şimali  Azərbaycanın  yenidən 

Rusiyanın tərkibinə qatılmasında fəal ro l oynamışlar. 

 

Əd.: 

Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001.

 

 

HÜS EYN  CAVĠD,  Hüseyn  Abdulla  oğlu  Rasizadə  (24.10.1882,  Naxçıvan-  5.12.1941,  Rusiya,  İrkutsk 

vilayətinin Tayşet rayonu, Şevçenko kəndi) - şair, dra maturq, maa rif   xadimi.   Tanın mış   ruhani ailəsində doğulmuşdur. 

İlk  təhsilini  Naxçıvanda  moilaxanada  (1891-95)    sonra  isə  Məhəmmədtağı  Sidqin in  məktəbində  almışdır  (1895-98).  

Klassik  üslubda  ilk  şerlərinı  də  ―Gülçin‖  və  "Salik"  imzaları  ilə  burada  yazmışdır.  1899-1903  illərdə  Cənubi 

Azərbaycanda  olmuş,  Təbrizin  Talibiyyə  mədrəsəsində  təhsilin i  dava m  etdirmişdir.  İstanbul 

Universitetinin  ədəbiyyat şöbəsini bitirmişdir (1909). Təsəvvüf fəlsəfəsini, Şərq-Qərb ədəbiyyatı və  

tarixin i,  ərəb,  fars  və  türk  dillərini  öyrən mişdir.  Təbrizdə  ticarət lə  məşğul  olmuş,  universiteti 

bitird ikdən  sonra  Na xçıvanda  açdığ ı  xüsusi  mə ktəbdə,  Tiflisdə  Qa fqaz  Müsəlman ları  Ruhani 

İdarəsinin altısinifli məktəbində, Gəncədə "Məktəbi-ruhaniyyə"də müəllim işləmişdir. 

İlk yazıları 20 əsrin əvvəllərində "Şərq i-Rus" və "İrşad" qəzetlərində, "Füyuzat" jurnalında 

çap olunan Hüseyn Cavid əsrin 10-cu illərindən etibarən "Həqiqət", "Məktəb", "İqbal", "Yeni İqbal" 

və s. qəzet və jurnalla rda lirik-ro mantik şeirlərin i,"Zavallı qadın" ("Maral")  faciəsini, "Na xç ıvanda 

nələr gördüm", "Na xçıvana nə la zım", "Həsbi-hal", "Na ka mlıq", "Mirzə Abdulla Məhə mməd zadə" 

məqa lələ rin i  dərc   etdirmişdir.  1913  ildə  "Ana"  faciəsi,  "Keç miş  günlər"  şeirlər  toplusu  nəşr 

olunmuşdur. 

Hüseyn  Cavid  sənəti  bədii  növ,  janr  və  forma  cəhətdən  zəngindir.  O,  lirik  şeirlərin,  lirik-epik  poemaların ı, 

Azərbaycan ədəbiyyatında ilk mən zu m fac iə və dra mla rın müəllifidir. Yarad ıcılığının  ilk dövrlə rində ictimai-siyasi lirika- 

ya daha ço x d iqqət vermişdir. "Öksüz Ənvər", "Çoban türküsü", "Kiç ik sərsəri", "Dün və  bugün", "Qadın", "Görmədim", 

"Vərə mli  qız"  və   s.  şerilərində  sosial  əda lətsizliy in  hökm  sürdüyü  cəmiyyətdə  ə məkç i  insanların  faciə li  həyatı  təsvir 

edilir.  "Məsud  və  Şəfiqə"  şerində  Bakı  neft  mədənlərində  çalışan  fəhlələrin  dözü lmə z  vəziyyəti  sahibkarları  tüfeyli, 

firavan  həyatı  ilə  qa rşılaşdırılır.  "Sən  nəsin,  kimsin  deyən  ariflərə"  (1912)  poemasında  şair  insanlara  işıqlı  həyat,  azad 

gələcək  yolu  arayırd ı.  "Məzlu mla r  üçün"  (1914),  "Hər  ilah ı  qarşısında"  (1917)  şeirlə rində  impe ria list  müharibə lərinə 

nifrət ə ksini tap mışdır. 

Hüseyn Cavid daha ço x dramaturq  kimi tanın mışdı  Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, 

yazı  manerası,  fo rma  yeniliyi  baxımından  Azərbaycan  dramaturgiyasında  yeni  bir  mərhələ  yaratdığı  kimi,  milli  teatr 

mədəniyyətinin  inkişafına  da  qüvvətli  təsir  göstərmiş,  "Cavid  teatrı"  kimi  s əciyyələndirilmişdir.  Dra maturg iyasında 

dövrün  ümu mbəşəri,  böyük  ictimai-siyasi  və  mədəni  əhəmiyyətə  malik  problemləri  əksini  tapmışdır.  Mənzu m  "Ana" 

(1910) pyesində nəciblik, sədaqət, mə rdlik  kimi keyfiyyətlərin yaln ız sadə insanlarda olduğu göstərilir. "Mara l"  (1912) 

faciəsində  şəxsiyyət  və  qadın  azadlığı  məsələsi  qald ırılır,  a ilə  münasibətlərində  mürtəce  ə xlaqi  görüşləri  tənqid  edilir. 

Azərbaycan ədəbiyyatında ilk  mə zu m  faciə olan "Şey x  Sənan" (1914) əsərində  xa lqla rı b ir- birindən ayıran dini və  milli 

təəssübkeşlik ə leyhinə üsyankar etira z ruhu hakimd ir. 

 


464 

 

 



 

465 

 

1915  ildən  Ba kıda  yaşamış,  Məhəmməd  Əmin  Rəsulzadə  və  Seyid  Hüseynin  rəhbərlik  etdiy i  "Səfa"  xeyriyyə 



cəmiyyətinin  eyni  adlı  mə ktəbində  müə llimlik,  "Açıq  söz"  qəzet ində  ə mə kdaşlıq  et mişdir.  Burada  "Şey x  Sənan" 

faciəsindən parçala r çap  etdirmiş, "Qardaş kö məy i" jurnalının  redaksiya  heyətinin, "Mühərrirlər və əd iblər cə miyyəti"nin 

üzvü seçilmişdir. Hüseyn Cavid bu dövrdə tədriclə "Haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdı. Həmin ideya "Şeyda" 

(1917) dramında, "Haqqın ı sən  mübarizə  ilə ala bilərsən" (1918) poemasında daha bariz  ifadəsini tap mışdır. "Şeyda"da 

Hüseyn  Cavid  yalnız  ideya  və  mənəviyyatlardakı  ziddiyyəti  deyil,  real  sosial  ziddiyyətləri  də  göstərir,  "füqərayi-

kasibə"ni, "qabarlı ə llər"i istismarç ılarla mübarizəyə çağ ırırd ı. Ya radıc ılığında mühüm yer tutan "İblis" (1918) faciəsində 

dövrün bütün mürtəce qüvvələri -" insan insanın canavarıdır" fəlsəfəsinin tərəfdarları, "iy irminci əsrin  mədəni vəhşiləri" 

olan imperialist dairələri  İblis surətində ümu miləşdirilmiş, işğalçı  müharibələrə  lənət yağdırılmışdır.  Hüseyn Cavid 1918 

ildə  e rmənilərin  a zərbaycanlılara  qarşı  törətdikləri  mart  soyqırımın ın  bütün  dəhşətlərinin  şahidi  olmuş,  bir  müddət 

Bakıdan  uzaqlaşaraq,  Naxçıvanda  yaşamış,  " Rüşdiyyə"  məktəbində  müəllim  işləmiş,  Araz  Türk  Cü mhuriyyətinin 

təşkilində  iştirak  et mişdir.  Araz  Türk  Cü mhuriyyəti  hökumətinin  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  ezam  etdiyi  geniş 

səlahiyyətli nümayəndə heyətinin tərkibində Hüseyn Cav id də  var idi. 1919 ilin  əvvəllə rində Ba kıya dönərək, Azərbaycan 

Xalq Cü mhuriyyətinin maarif, təhsil işlərində fəal çalış mışdır. Birinci realn ı məktəbdə təşkil edilmiş "türk sinfi"ndə, Bakı 

darülmüəllimin ində müəllim işləmiş, " Bakı və ətraf rayonlarının  müəllimlər ittifaqı" idarə heyətinin  üzvü seçilmiş, " Yaşıl 

qələ m" ədəbi birliy inə da xil o lmuşdur. 1919  ildə Abdulla Şaiq lə birgə ədəbiyyat nəzəriyyəsinə dair "Qəvaid i-ədəbiyyat" 

("Ədəbiyyat dərsləri") adlı dərslik nəşr etdirmişdir. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  Cavid in  yaradıc ılığı  mə ktəb  proqra mla rına  da xil  edilmiş,  Rüşdi  və 

Edadi  mə ktəblərin  3-cü  və  4-cü  siniflərində  tədrisi  nəzərdə  tutulmuşdu.  Abdulla  Şa iq  "Türk  çələngi"  (1919)  dərsliy inə 

Cavid in tərcü meyi-halını, " Bakıda" ("Məsud və Şəfiqə"), "Kiç ik sərsəri", "Öksüz Ənvər", "İlk bahar", "Qız məktəbində", 

"Çiçək sevgisi" şeirlərini də daxil etmişdi. 

Mürtəce  qüvvələrlə  azadlıq,  bərabərlik,  sülh,  beynəlmiləlçilik,  maarif  və  mədəniyyət  dostlarının  toqquşması 

Hüseyn  Cavidin  1920  ilədək  yazdığı  əsərlərin  başlıca  konflikt  məqamları  idi.  Bu  əsərlərin  bədii  qayəsini  bəşəriyyətin 

fəla kətinə ədalətsiz, istisma rçı  ictima i quruluşların  səbəb olması fikri təşkil ed ir.  Estetik idea lla rına sadiq qalan  Hüseyn 

Cavid  bununla yanaşı, 20-30  illərdə dövrün nəbzi  ilə  səsləşən bir sıra  əsərlər yarat mışdır. "Azər" dastanı (1920-37) bu 

əsərlər  arasında  xüsusi  yer  tutur.  1926  ildə  müalicə  üçün  Alman iyaya  gedən  və  bir  müddət  Berlində  yaşayan  Hüseyn 

Cavid vətənə Qərb dünyasının sosial-mənəvi  ziddiyyətlərini ə ks etdirən bir sıra siyasi-lirik və  lirik-epik şeirlərlə qayıtdı. 

"Nil  yavrusu"  əsərində  Hüseyn  Cavid  müstəmlə kə  zü lmünü  qəzəb   və  nifrət lə  da mğa layırd ı.  20-30-cu   illərdə  Hüseyn 

Cavid  b ir  sıra  tarixi  dramlar  yazmışdır.  "Peyğəmbər"  (1922),  "Topal  Tey mur"  (1925)  əsərlərindən  sonra  yazdığı 

"Səyavuş" (1933), "Xəyya m" (1935) tarixi dra mla rı Hüseyn Cavidin tarixə , tarixi şəxsiyyətlərə ba xışında ciddi bir dönüş 

oldu. Şair bu əsərlərində 



466 

 

 



 

467 

 

 



 

istibdada  qarşı  üsyan  edən  kütləni,  üsyan  başçıların ı  və  Xəyyam  kimi 

azadfikirli  bir  mütəfəkkiri  baş  qəhrəman  seçmişdir.  Faşizm  və  İkinci 

dünya  müharibəsi  təhlükəsin in  artması  30-cu   illərin  əvvəllərində 

Hüseyn  Cavidi  narahat  edən  problemlər  idi  ("İblisin  intiqamı"  dramı, 

1936).  Cənubi Azərbaycandakı soydaşlarımızın "şahənşahlıq" üsuli-ida-

rəsinin əsarəti alt ında əzab çə kməsi, ən adi insan hüquqlarından məhru m 

edilməsi də vətənpərvər şair  kimi  Hüseyn Cavidi düşündürürdü ("Telli 

saz"  dramı,  1930;  "Kor  ney zən"  poeması,  1930).  Hüseyn  Cavidin  

fəlsəfı,  ict ima i-siyasi  görüşləri  "ümu mi  məhəbbət"  ideyasından  yüksək 

humanizmə   qədər  böyük  bir  in kişaf  yolu  keç mişdir.  Poe ziyası  yüks ək 

bədii sənətkarlığı, dərin e mosionallığı, s əmimiyyəti ilə seçilir. 

1937 

ildə 


Stalinin  

"böyük  terroru"  başladıqda,  Cavid  ilk  həbs  edilənlər  arasında 

oldu.  Bir  müddət  Türkiyədə  yaşadığından,  onu  Türkiyə 

casusluğunda,  pantürkizm  və  panturanizmdə  ittiham  etdilər. 

Sovet  cəza  maşının ın  bütün  dəhşətlərini  yaşasa  da,  Cavid  ona 

qarşı irəli sürülən  ittihamların  heç birini qəbul etmədi.  Günahsız 

şairə 8  il həbs cəzası  kəsild i və  1938  ildə cəzasını çəkmək üçün 

Maqadana,  1940  ildə   isə  İrkutsk  vilayətinə  sürgün  edild i.  Ağır 

işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən həssas, 

incə ruhlu şair orada da vəfat etdi. 

Sa xta  ittiha mlarla   həbs  edilmiş  Hüseyn  Cavidə   Azə r-

baycan  SSR  Ali  Məhkə məsin in  1956  il  6  ma rt  tarixli  qərarı  ilə  

ölümündən sonra bəraət verilmişdir. 

Anadan olmasının 100,  110 və 120  illik yubileyləri geniş 

qeyd  olunmuşdur.  Naxçıvanda  və  Bakıda  ev-muzeyləri  yara-

dılmış,  Bakıda, vaxtilə yaşadığı b inaya (indiki A zərbaycan Milli 

Elmlər Akade miyasının Əlyazma lar İnstimtunun binası) ü zərində 

şairin  barelyefi  olan  xatirə  lövhəsi  vurulmuşdur.  100  illik 

yubileyi  ərə fəsində  cənazəsi  Azərbaycan  xalq ının  böyük  oğlu 

Heydər  Əliyevin  təşəbbüsü  ilə   İrkutsk  vilayətindən  Na xç ıvana 

gətirilmiş,  buradakı  ev-mu zeyinin   ya xınlığında  dəfn   edilmiş, 

qəbri  üzərində  möhtəşəm  məqbərə  ucaldılmışdır  (1996).  1982 

ildə  Na xç ıvanda "Hüseyn Cavid poeziya teatrı" açılmışdır. Adına 

Bakıda,  Naxçıvanda və respublikan ın digər şəhər və  rayonlarında  küçə, bağ,  məktəb,  kitab xana, kinoteatr və s.  mədəni-

maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır. 

 

Əsərləri: 



Seçilmiş  əsərləri,  B.,  1958;  Pyeslər,  B.,  1963;  Seçilmiş  əsərləri,  c.1-3,  B.,  1968-71;  Dram  əsərləri,  B.,  1975; 

Seçilmiş əsərləri, 4 cilddə, B., 1982-84; Əsərləri, 3 cilddə, B., 2003; Женщина Востока, Стихи и пьесы, Б., 1982; Пьесы, кн. 1-2, Б., 

1982-1983.  

Əd.: 

Azərbaycan ədəbiyyatı tarixi, 3 cildd ə, c.2, B., 1960; M əmməd Cəfər, Hüseyn Cavid, B., 1960; yenə onun, Azərbaycan 

ədəbiyyatINda romantizm, B., 1963; Cəfərov C„ Azərbaycan dram teatrı, B., 1974; Cavid M., Cavidi xatırlarkən, B., 1976; M əmmədli 

Q., Cavid ömrü boyu, B., 1982; Hüseynov R., Cavidlər, onun "Vaxdan uca" kitabında, B„ 1987; M əmmədov M„ Acı fəryadlar, şirin 

arzular, B„ 1983; Xəlilov S„ Cavid fəlsəfəsi, B„ 1996; Ənvər Uzun, H.Cavid və Türkiyə ədəbiyyatı, B„ 1998. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin