Saxlama zamanı xam pambığın öz- özünə qızışması
Xam pambığın öz-özünə qızışması dedikdə onun temperaturunun,baş verən fizioloji proseslər nəticəsində yüksəlməsi və istilik keçirmə prosesinin pisləşməsi nəzərdə tutulur
Xam pambığın ilkin nəmliyindən və saxlama şəraitindən asılı olaraq buntda pambığın temperaturu 55-750C qədər yüksələ bilər.
Öz-özünə qızışma prosesi xam pambığın ayrı-ayrı komponentlərinin keyfiyyətinin pisləşməsinə,temperaturun kəskin yüksəldiyi və vaxtında tədbir görülmədiyi hallarda isə tam keyfiyyətinin itirilməsinə gətirib çıxarır.Öz-özünə qızışma prosesinin fizioloiji əsasını xam pambıq kütləsində olan canlı komponentlərin istilik ayrılması ilə müşayiət olunan nəfəs alma prosesi,fiziki əsasını isə pambıq kütləsinin istilik keçirmə qabiliyyətinin pisləşməsi təşkil edir.
Öz- özünə qızışma prosesində istilik mənbəyi rolunu pambığın çiyidi və pambıq kütləsində olan mikroorqanizmlər oynayır. Bu prosesə xam pambığın nəmliyi və pambıq kütləsində olan istilik əsas təsir edir. Şəkil 1-də öz-özünə qızışma prosesi zamanı xam pambığın nəmliyinin onun temperaturundan asılılıq qrafiki verilmişdir.
Xam pambığın nəmliyi W, %
Dostları ilə paylaş: |