Ramiz Abdinov və Maqsud İsmayılov
arixdən məlumdur ki, Qozlu çay sahilində Səfəvi – Osmanlı müharibələri zamanı çoxlu qanlı döyüşlər olmuşdu. Osmanlıların zəbt etdiyi Qarabağı geri qaytarmağa çalışan I-Sah Abbas (1587-1629), Hüseyn Xan Qacarı(Gəncə hakimləri Ziyadoğulları nəslindən idi) qoşunlarını Qarabağa 1604-cü ildə göndərmişdi. Araz çayını keçdikən sonra Hüseyn Xan Qacarın qoşunları Dərə ağzında, Qozlu çay sahilində düşərgə salmışdı. Gəncə Bəylərbəylisi Davud Paşanın 7 min nəfərlik qoşunu isə Qonaqgörməz dərəsindən qəflətən çıxaraq, Hüseyn Xan Qacarın qoşununu, Qozlu çayətrafında məğlub edərək, Arazdan o taya çəkilməyə məcbur etmişdir.
Qozlu çayda su gələrkən Horadiz kəndində o tay, bu taya keçmək üçün, kəndin mərkəzində yeganə əsaslı körpü tikilmişdir ki, texnika və adamlar bu körpüdən istifadə edərdilər. Leysan yağışları zamanı, kəndimizdəki çay ətrafı evləri və həyətyanı bağları sel basaraq həmişə ziyanlıq vurardı. Sonralar çayın içini dərinləşdirərək kənd camaatını bu bəladan nisbətən qurtarmaq mümkün olmuşdu.
Dostları ilə paylaş: |