Xanlıqların sosial-iqtisadi və mədəni həyatı



Yüklə 15,61 Kb.
tarix02.01.2022
ölçüsü15,61 Kb.
#42977
Sual 32 (dəqiq deyil)


Xanlıqların sosial-iqtisadi və mədəni həyatı.

Xanlıqlar dövründə kənd təsərrüfatı alətləri və aqrotexniki mədəniyyət hələ lazımi səviyyədə deyidi. Kənd təsərrüfatı alətləri xış və kotandan ibarət idi. Torpaqların becərilməsində süni suvarmadan istifadə olunurdu. Şamaxı, Cavad, Qazax, Aran Qarabağ, Gəncə, Talışda Kür və Araz çaylarının suyundan istifadə olunurdu. Bundan əlavə, Bərgüşad, Əkərə, Tərtər çayları hövzələrində də xeyli suvarılan torpaqlar vardı. Suvarma şəbəkəsində arxlar və kəhrizlər böyük yer tuturdu. Kənd təsərrüfatının digər mühüm sahəsi maldarlıq idi.Balıqçılıq da inkişaf edirdi. Xəzər dənizi və Kür çayı sahillərinə yaxın ərazilərdə yaşayan əhali balıqçılıqla məşğul olurdu. Balıq ovu rus və yerli tacirlərə iltizama verilirdi.Xanlıqlar dövründə Azərbaycan kəndində aqrar münasibətlərdə ciddi dəyişikliklər olmamışdı. Dövlət (divan) saray (xalisə) torpaqları xan torpaqları adlanmağa başlamışdı. Xanları əlində böyük maddi sərvət cəmləşmişdi. Torpaq mülkiyyətinin digər forması mülk üzərində mülkədarın - mülk sahibinin tam mülkiyyət hüququ var idi. O, xan qarşısında xidmətlə bağlı deyildi, mülkünü sata və ya ala bilərdi. Tiyul- şərti torpaq mülkiyyəti olub, müəyyən xidmətlərə görə verilirdi. Xan tiyul verərkən xüsusi onu sənədlə tsdiq edirdi. Tiyul tədricən nəsli səciyyə alırdı. Bu bir tərəfdən iqtisadi inkişafın nəticəsi idi, digər tərəfdən də tiyuldarın ictimai-siyasi həyatda mühüm rol ynaması ilə izah olunurdu. Xanlıqlar dövründə də şəhərlər sənətkarlıq və ticarət mərkəzləri kimi inkişaf edirdi. XVIII əsrin I yarısında dağıdılmış şəhərlər bərpa edilirdi. Pənahabad (Şuşa) şəhəri yüksəlməyə başlamışdı. Şəhərlərin dirçəlməsinin mühüm göstəricisi əhalinin artması idi. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 min nəfərə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.

Quba şəhəri və onun ətrafındakı toxuculuq karxanalarında əl dəzgahlarından istifadə olunurdu. Orada "Çiçi" xalçaları toxunur və xarici bazara çıxarılırdı. Urmiyada "Əfşar" xalçaları toxunurdu. Şamaxı əvvəlki şöhrətini bəpa etməyə başlamışdı. Burada ipək parça istehsalı üstünlük

təşkil edirdi.İqtisadi həyat. Kənd təsərrüfatı

Xanlıqların iqtisadi həyatındəsas yeri kənd təsərrüfatı tuturdu. Əhalinin çoxu kəndlərdə yaşayır, əkinçilik, maldarlıq, bağçılıq, bostançılıq, arıçılıqla məşğul olurdu. XVIII əsrin II yarısında ayrı-ayrı regionlarda bəzi təsərrüfat sahələri üzrə ixtisaslaşma gedirdi. Quba, Qarabağ, Şamaxı, Gəncə, Şəki xanlıqlarında dənli bitkilər, Lənkəran xanlığı, Şirvanın Bərgüşad mahalında şəltik, Dərbənd, Quba və Bakı xanlıqlarında qızılboya, zəfəran yetişdirilirdi. Şəki, Şirvan, Gəncə ipəkçilik mərkəzi kimi məşhur idilər.Gəncə, Şəmkir, Xəzəryanı bölgələrdə əkinçilik tədricən ticarət səciyyəsi alırdı.Müsəlman məscidələrinə və digər dini idarələrə məxsus vəqf torpaqları ilə yanaşı, evlər, dükanlar, karvansaralar da vəqf ola bilərdi. Vəqf xan xəzinəsinə vergi və mükəlləfiyyətlərdən azad idi.Kənd icma dövləti də mövcud idi. İcma kəndliləri ərazi əlamətinə görə birləşdirirdi. Lakin icma torpaqlarının zorla tutulması nəticəsində onun sahəsi getdikcə azalırdı.Şəhərlər:

Sənətkarlıq və ticarət:"Çiçi" xalçası

Şəki ipək istehsalı mərkəzi kimi şöhrət qazanmışdı. Təbiz, Ərdəbil, Marağa və Urmiya şəhərlərində də ipək parçalar istehsal olunurdu

Azərbaycan şəhərlərində sənətkarlar başlıca olaraq sənətkar sexlərində və ev şəraitində fəaliyyət göstərirdilər. Metalişləmə sahəsində Lahıc kəndi şöhrət qazanmışdı. Lahıcda xəncər, qılınc, çaxmaqlı silahlar hazırlanırdı. Azərbaycan şəhərlərində metal məmulatları satılan çoxlu dükanlar vardı. Qızıl və gümüşdən zərgərlik məmulatları hazırlanmasına da xüsusi diqqət verilirdi. Gəncə, Şamaxı, Dərbənd, Cavad kimi maldarlıq bölgələrinin yaxınlığında dəri istehsalı və onun emalı yayılmışdı. Bu sənətkarlıq emalatxanalarında satış məqsədilə yəhər, başmaq, ayaqqabı, çarıq və s. məmulat istehsal olunurdu



Bakıda boyaqçılıq, Təbriz və Ərdəbildə yun və ipək parçalar, zərgərlik məmulatları istehsalı inkişaf etmişdi. Karvan yolu ilə, eləcə də Volqa-Xəzər vasitəsilə əcnəbi ölkələrlə qızğın ticarət edilirdi.

Xanlıqlarda ticarətin inkişafında müəyyən dəyişiklik nəzərə çarpırdı. Xanlıqlarla Hindistan, İran, Osmanlı dövləti, Rusiya və başqa ölkələrlə ticarət əlaqələri saxlanılırdı. Azərbaycan neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, çeşidli xalçalar və s. aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal, düyü və s. gətirilirdi. Şamaxı ipəyini Osmanlı tacirləri həvəslə alırdılar. Xanlıqlarası ticarət əlaqələri genişlənirdi. Lakin ümumilli daxili bazar üçün hələ tam şərait yaranmamışdı. XVIII əsrin II yarısında Azərbaycanın özünəməxsus pul sistemi formalaşırdı. Hər bir xanlığın özünəməxsus uzunluq ölçüsü, pul və çəki vahidləri var idi. Xanlıqların mərkəzi şəhərlərində zərbxanalar da yaradılmışdı. Burada yalnız mis və gümüş pullar kəsilirdi. Pul vahidləri abbası, tümən, şahı və s. idi. Ticarətdə əcnəbi pullardan da istifadə edilirdi.
Yüklə 15,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin