XariCİ DİLİN İntensiV ÖYRƏDİLMƏSİNDƏ TƏRCÜMƏ, onun metodlari və rolu



Yüklə 274.77 Kb.
Pdf просмотр
tarix22.05.2017
ölçüsü274.77 Kb.

 

 

9



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

XARİCİ DİLİN İNTENSİV ÖYRƏDİLMƏSİNDƏ TƏRCÜMƏ,  

ONUN METODLARI VƏ ROLU 

 

Ə.Ə.SƏFƏROVA 

Bakı Dövlət Universiteti 

safarova@rambler.ru 

 

 



Məqalədə Respublikanın təhsil sahəsində islahat proqramında, ölkənin intellektual 

potensialının qorunub saxlanılması, formalaşdırılması  və ölkə iqtisadiyyatının bütün sahə-

lərini beynəlxalq tələblərə uyğun çevik təfəkkürə malik kadr potensialı ilə  təmin etmək bir 

məqsəd kimi öz əksini tapmışdır.  

 Elm 

və texnikanın mədəni, iqtisadi və beynəlxalq  əlaqələrin, böyük sürətlə inkişafı 

beynəlxalq  əlaqələrin möhkəmləndirilməsinə güclü təkan vermişdir. Hazırda müstəqil Res-

publikamız digər ölkələrlə diplomatik, siyasi, iqtisadi, ictimai və  mədəni  əlaqələrini geniş-

ləndirməkdədir və bunun inkişafına xüsusi səy göstərir.

  

 



 

 Çox 


çətin, mürəkkəb və gərgin dövr hesab edilən indiki şəraitdə tədris olunan 

xarici dilin, xüsusən də ingilis dilinin bütün incəliklərinə  qədər öyrənilməsi zərurəti 

meydana çıxmışdır. Belə ki, ingilis dili dünya beynəlxalq dili kimi status almış və bu 

dilin öyrənilməsi müstəqillik qazanmış respublikamızda da geniş yayılmağa baş-

lamışdır.  İndiki dövrdə mütəxəssislərin ingilis dilini praktik məqsədlə öyrənməsi 

mühüm əhəmiyyət kəsb edir. 

 

İxtisası xarici dil olmayan ali məktəblərdə dillərin təlimi praktik, ümumtəhsil 



və tərbiyəvi vəzifələri də həyata keçirir.  

 

 Praktik 



məqsəd tələbələrə şifahi nitq bacarığı və vərdişləri aşılamaq, oxu və 

yazı  vərdişləri öyrətməkdən ibarətdir. Ümumtəhsil məqsədi təfəkkür və ümumdün-

yagörüşün inkişafı  məsələlərini yaratmağı  nəzərdə tutur, onlara elmlərin  əsasını 

öyrətməyi tələb edir. Əsas məqsəd onların dünyagörüşünü və ideyasi tərbiyəsini daha 

da yaxşılaşdırmağı nəzərdə tutur.  

 

 Xarici 



dilin 

öyrədilməsində  əsas məqsəd xalqların bir-birinə dostluq əlaqə-

lərini möhkəmlətmək, dili öyrənilən xalqın tarixini, inqilabi keçmişini, elm və texni-

kasını, incəsənətini, yaşayış  tərzini, adət və  ənənələrini öyrətməkdir. Xarici dillərin 

kommunikativ məqsədlə  tədrisi və bu məqsəddən irəli gələn vəzifələrin həyata 

keçirilməsi şagird və tələbələrə öyrəndikləri xarici dildə ünsiyyət yaratmaq vərdişi və 

bacarığının aşılanması ilə  səciyyələnir, eyni zamanda öyrənilən dil ünsiyyət vasitəsi 

olmalı və ondan kommunikativ məqsəd üçün istifadə edilməlidir. Bu da xarici dillərin 

tədrisini şərtləndirən əsas amildir (1, 7). 

 

Bütün bunlara nail olmaq üçün isə müxtəlif üsul və metodlarından istifadə 



etmək lazımdır. Bunlardan biri də tərcümədir. Tərcümə dil öyrənənin yaddaşını inki-

şaf etdirir, dil sahəsindəki bütün fikirləri səfərbər edir, söz ehtiyatını artırır, müxtəlif 



 

 10


sözlərlə tanış edir. Tərcümə vaxtı özgə dildə söylənilmiş fikir qrammatik, linqvistik 

və stilistik baxımdan təhlil olunur. Belə ki, bir sözün məna və xüsusiyyətləri müəy-

yənləşdirilir, ana dilinin normaları ilə tutuşdurulur və nəticədə xarici dildə söylənilmiş 

fikrin ana dilindəki ifadə vasitələri müəyyənləşdirilir. Tərcümə prosesi əsasən tutuş-

durma və müqayisə əsasında gedir ki, bu da xarici dilin şüurluluq prinsipinə əsasən 

öyrənilməsinə kömək edir. 

 Görkəmli dilçi H.H.Tolstoy “Kaк  переводить  с  английского  языка”  əsə-

rində göstərir: “Təxminən eyni mədəni səviyyədə duran xalqlar haqqında danışarkən 

iddia etmək olar ki, bir xalqa məlum olan hadisələr, duyğu və fikirlər o birilərinə də 

məlumdur və deməli onların dilində də ifadə oluna bilər”.  

 

Məlumdur ki, hər hansı bir fikri tərcümə etmək üçün hər bir dilin kifayət qə-



dər imkan və vasitələri var. Elə bir fikir, atalar sözləri, məsələlər, idiomatik ifadələr 

tapmaq çətindir ki, onu adekvat şəkildə Azərbaycan dilinə  tərcümə etmək mümkün 

olmasın.  

Məsələn:  

1. Strike the iron, while it is hot.  

 

 



 

 

- Dəmiri isti-isti döyərlər. 



 

 

 



2. The girls helped their mother in the kitchen.   

 

 



 

- Qızlar mətbəxtdə analarına kömək edirlər.  

 

 

 



3. Put money aside - to save money.  

 

  



 

 

- Kənara pul qoymaq, pula qənaət etmək və s.  



 

 

Bəzən isə ifadələrə  təsadüf olunur ki, onların tərcüməsi üçün şagird və 



tələbələr çətinlik çəkirlər, hətta elə ifadələr olur ki, sözlərin tərcüməsi ifadə zamanı 

gülməli alınır. Belə halda onlara başa salmaq lazımdır ki, yaxşı olar ki, belə söz və 

ifadələr əzbərləməklə yadda saxlanılsın .  

 Məsələn: 1. Speak of the devil, and it will appear – Adını çək, qulağını bur.

 

 

    2. It rains cats and dogs – Bərk yağış (şıdırğı) yağır.     



 

 

    3. Hot dog – sosiska növü.  



  

    4. Тhere there – hə-hə.  

 

                 5. To be a cold fish – adamayovuşmaz, ətiacı olmaq. 



 

 

    6. In the egg – beşikdə. 



 

   


  

  

 



    7. To keep an open table – qonaqpərvər olmaq (duz-çörəkli olmaq). 

 

 



    8. When pigs fly – dəvənin quyruğu yerə dəyəndə.  

Bu üsul öyrədilən dilin yeni faktları, söz və onun quruluşunu dəqiq qavra-

mağa, kitab, dərslik və qəzet-jurnal materiallarından sərbəst surətdə istifadə etməklə 

həm sinifdə, həm də evdə çalışmağa kömək edir .  

 

 

Tərcümə özü də düzgün istiqamətdə aparılmalıdır.  İlk günlərdə  tələbələrdə 



tərcüməetmə bacarıq və  vərdişləri aşılamağa çalışıram. Bunun üçün, ilk növbədə, 

lüğətdən istifadə qaydalarını öyrənmək lazımdır. İstər tələbə, istərsə də şagird lüğət-

dən müstəqil istifadə edərsə, onun tərcümə  işində  çətinliyi azalar. Belə ki, onlar 

qrammatik qaydaları öyrəndikdən sonra tərcüməni sərbəst edə bilir. Müşahidələrdən 

aydın olur ki, tərcümə  işində  də yaradıcılıq işinin keyfiyyətli olması,  əlifbanı  əzbər 

bilən tələbə və şagird üçün heç bir çətinlik törətmir. Əlifbanı bilməyənlər isə işində 

çətinlik çəkirlər. Buna görə  də, ilk günlərdən  əlifbanın öyrənilməsinə çalışıram və 

onun əhəmiyyətini onlara başa salıram.  

 

Tərcümə köməkçi təlim vasitələri kimi əsasən çalişmalar sistemində verilir və 



 

 11


ondan leksik materialın və qrammatik hadisələrin tələbə və şagirdlər tərəfindən başa 

düşülməsini yoxlamaq üçün istifadə olunur. Bu üsuldan istifadə etdikdə dərsdə əsasən 

kitab və yazı üzərində iş mühüm yer tutur. Tələbələr bir dildən digər dilə tərcümələr 

edərkən müqayisələr aparır, nəticələr çıxarırlar. Lazım gəldikcə, hər iki dildə olan 

oxşar və fərqli cəhətləri tələbələrə başa salıram. Onlara çatdırıram ki, elə ifadələr var 

ki, hərfi tərcümə etmək olmaz, onların qarşılığını tapmaq məqsədə uyğundur .    

 

Şagird və tələbələr üçün tərcümə vaxtı  çətinlik çəkdikləri əsas məsələlərdən 



biri də tərkib daxilində sözönlərinin, eləcə də məsdər, feli sifət və gerund tərkiblərinin 

tərcümə edilməsidir. Çox vaxt onları sözbəsöz tərcümə etməyə çalışırlar və müəyyən 

çətinliklərlə üzləşirlər.  

 

To look through – nəzərdən keçirmək.  



 

To look after – qayğısına qalmaq, qulluq etmək.  

  

To look for – axtarmaq.  



 

  

She has a broken heart – onun qəlbi qrıqdır.  



 

By the way – öz aramızdır.  

 

Help yourself to fruit – meyvəyə qonaq olun.  



 Elmi-texniki, 

ictimai-siyasi 

ədəbiyyatı, habelə  qəzet materiallarını  tərcümə 

edərkən qarşıya çıxan qrammatik çətinliklərin aradan qaldırılması, mürəkkəb sintaktik 

birləşmələri və onların tərcüməsi vasitələrini, Azərbaycan və ingilis dillərində cüm-

lələrdə söz sırası, çoxmənalı və çoxvəzifəli sözlərin (to have, to do, to be, one, that, 

there), sadə  və mürəkkəb cümlələrin, felin şəxsiz formalarının (the İnfinitive, the 

Participle I and II, the Gerund), artiklin və s. hadisələrin ifadə vasitələri haqqında yeri 

gəldikcə  məlumat verirəm. Tərcümə vaxtı  tələbə  və  şagirdlərin səviyyələrini də  nə-

zərə almaq lazımdır. Bəzən orta məktəblərdə xarici dil keçməyən və ya zəif oxuyan 

tələbələrlə də rastlaşırıq. Belə vaxtlarda onlara fərdi yanaşmaq, nisbətən asan mətnlər, 

tapşırıqlar vermək lazımdır. Tərcümə vaxtı istər Azərbaycan, istərsə də ingilis dilində 

çoxmənalı sözlərə tez-tez rast gəlmək olur. Buna görə də, yeni sözləri izah edərkən 

onların müxtəlif mənalarını açmağa çalışır, sinonim və antonimlərlə  əlaqədər mə-

lumat verməyə çalışıram.  

 

 



Məsələn:  

Tall – high (hündür) 

 

 

  



 

Fine – good – well – nice (yaxşı)  

 

 

 



Ring (üzük, halqa, zəng, ring (boks)  

 

   Chair 



(kafedra, 

sədrin oturduğu yer, stul) 

 

 

 



 

 

To go on – to continue (davam etmək)  



 

Onlara məsləhət verirəm ki, sözləri, ifadələri, idiomaları, frazeoloji birləşmələri bir 

neçə məna ilə öyrənmək daha münasibdir.  

 

 To 



ask-soruşmaq, xahiş etmək, tələb etmək  

 

To keep – saxlamaq (nə isə), yerinə yetirmək (vəd), idarə etmək, qorunmaq,  



əməl etmək (adət ənənə), yazmaq (hesabat)  

To burst – partlamaq, danışmaq  

 

 

To burst into the room – evə soxulmaq   



 

To burst into laughter – qəhqəhə çəkib gülmək    

 

To burst out crying – acı-acı ağlamaq, hönkürtüylə ağlamaq 



 

To burst into blossom – qönçələnmək və s.  

 

 

Bəzi sözlərin tələffüzü ilə yazlışı arasında fərq ingilis dilində daha cox nəzərə 



çarpır. Belə olduqda həmin sözləri lüğətdə orfoqrafiyaya görə axtarmaq lazım gəlir.  

 

 12


 

 

To write [rait] – yazmaq  



 

 

 



Right [rait] – sağ tərəf, doğru, düz, haqlı  

 

All right – yaxşı oldu    



 

Our [avə] – bizim  

 

  Hour 


[avə] – vaxt, saat   

See [si:] – görmək 

 

 

 



  

Sea [si:] – dəniz  

Tələbələrə izah edirəm ki, belə sözlərin mənasını açarkən cümlənin mənasına 

fikir vermək lazımdır.    

 

Xarici dilin öyrədilməsində ana dili ilə ingilis dili arasında əlaqə baxımından 



mətnin növü ilə  tərcümənin məqsədindən aslı olaraq təxminən aşağıdakı növlərdən 

istifadə olunur: a) xarici dildən ana dilinə  tərcümə; b) ana dilindən xarici dilə 

tərcümə; c) yenidən tərcümə - yəni əvvəl şagird və ya tələbə xarici dildən ana dilinə, 

sonra isə əksinə xarici dilə tərcümə edir. Belə əlaqə formaları baxımından tərcümənin 

aşağıdakı üsullarından istifadə olunur (2, 117-122). 

 1. 


Sözbəsöz ( word for word translation ) tərcümə - Bu üsulun əsas məqsədi 

göstərilən xarici dilin mexanizmini anlamaq, ya da çətin mətni tərcümə etməzdən 

əvvəl onu aydınlaşdırmaqdır. Bu üsul şagird və ya tələbəyə imkan verir ki, o, hər iki 

dildəki fərqli cəhətləri müqayisə edə bilsin. Buna sətiraltı və ya sətirarası tərcümə də 

deyilir. Bu tərcümə üsulunda əvvəl leksik formalar üzərində  iş aparılır, sonra isə 

qrammatik qurluşa diqqət yetirilir.  

 

 

 



Məsələn:  

My sister lives in the village  

    He 

studies 


at 

University 

 

 2. 


Kommunikativ (communicative) tərcümə - elə bir üsuldur ki, burada həm 

məzmun, həm də dil oxucu tərəfindən asanlıqla qəbul edilir və başa düşülür. Burada 

məqsəd tərcümənin oxucu tərəfindən daha asan qəbulu və başa düşülməsidir. Bu tər-

cümə üsuluna oxucu yönümlü (reader-oriented, reader-centered) tərcümə də deyilir.  

3.  Adaptasiya (adaptation) - tərcümənin  ən sərbəst formasıdır. Bu tərcümə 

üsulundan daha çox pyes, komediya və poyeziyanın tərcüməsində istifadə olunur.  

4. Sərbəst (free) tərcümə - üsulundan istifadə etdikdə müəllifin ifadə tərzi də-

yişir, orijinalın məzmunu transformasiya olunur. Bu cür tərcüməyə dil daxili 

(introlingual) tərcümə də deyilir. Bu tərcümə əksər hallarda çoxsözlü, iddialıdır.  

5. İdiomatik (idiomatic) tərcümə üsulu – ilə olan tərcümə də orijinaldakı me-

saj transformasiya olunur, mətndə olmayan idiomlar işlədilməklə orijinalın mənası 

təhrif olunur.  

6. Servis (service) tərcümə - üsulundan adi danışıq dilindən müyyən məqsədlə 

digər dilə  tərcümə üçün istifadə edilir. Bu üsul geniş yayılmamışdır, lakin əksər 

ölkələrdə ondan istifadə olunur. Məsələn, turizm axını çox olan ölkələrdə qonaqlar 

çox vaxt mehmanxanalarda və digər yerlərdə çalışan və xarici dil bilən insanların 

xidmətindən istifadə edirlər.  

 7. 


Literary artistic translation – elə bir tərcümə növüdür ki, bu vaxt müəyyən 

bilik və bacarıq tələb olunur.  

 8. 

Akademik (academic) tərcümə üsulunda – tərcümə  işini öyrətmək üçün 



istifadə olunur. Bu zaman mətn savadlı bir oxucunun qəbul edəcəyi səviyyəyə gəti-

rilir. Bu üsul dövrün danışıq dilinin ifadə etdiyi ekspessivliyi hamarlayır. Oksford və 

Kembric Universitetlərinin tərcümə fakültələrində bu üsuldan geniş isitafadə olunur. 


 

 13


 9. 

Pedaqoji (pedagogic) tərcümə üsulu – xarici dil öyrənmək üçün tapşırıqlar 

şəklində edilən tərcümədir. Bu zaman tərcümə dil öyrənənin lüğət ehtiyatını  zən-

ginləşdirir, yeni sintaktik strukturların qavranılmasına kömək edir, mətnin dərk edil-

məsini asanlaşdırır. Bu tərcümə üsulundan həm xarici, həm də ana dilinə tərcümədə 

istifadə olunur. Burada əsas tərcümə strategiyası  hərfi tərcümədir, bununla bağlı 

müqayisələrə geniş yer verilir. 

 10. 


Nəzmin nəsr ilə  tərcüməsi (plain prose translation) – üsulundan poezi-

yanın nəsr ilə tərcüməsində istifadə olunur. Bu üsulla tərcümə etdikdə bəndlər abzasa 

çevrilir, nəsrə məxsus durğu işarələrindən istifadə edilir, terminlər olduğu kimi qalır, 

səs effekti tərcümədə öz əksini tapmır. Bu cür tərcümələr  əksər hallarda orijinal ilə 

yan-yana çap edilir. Məsələn: Nizami, Xəqani, M.Ə.Sabir, S.Vurğun və s. klassiklərin 

əsərləri ilə  əlaqədar tərcümələrdə bu üsuldan geniş istifadə edilmişdir. Bunlardan 

başqa, orijinala sadiq (faitgfu), semantik (semantik), koqnitiv (cognitive-dərk etmək) 

və başqa üsullardan da geniş istifadə olunur.  

 Tarixi 

nöqteyi-nəzərdən məlumdur ki, tərcüməyə yanaşma müxtəlif dövrlərdə 

böyük dəyişikliklərə məruz qalmışdır. Belə ki, XVIII əsrin II yarısı və XIX əsrin I ya-

rısında tərcümə öyrətmə metodu hesab edilirdi. Xarici dil tərcümə vasitəsilə öyrə-

dilirdi. Qrammatik tərcümə üsulunda ana dilindən xarici dilə, leksik tərcümə 

metodunda isə xarici dildən ana dilinə tərcümə nəzərdə tutulurdu. 

 

 XIX 


əsrin sonu və XX əsrin əvvəllərində isə birbaşa (vasitəsiz) metod bütün 

dünyada yayılmağa başladı. Daha sonralar tərcüməyə şüurluluq cəhətdən yanaşılması 

tövsiyə olunurdu və akademik L.V.Şerba bunun həm nəzəri, həm də praktik cəhətdən 

böyük rolunu qeyd edirdi. Praktik cəhətdən tərcümə dil materiallarının izahı, eləcə də 

şagirdlərin təlimin bütün mərhələlərində oxuduqları  və  eşitdikləri leksik və qram-

matik materialların möhkəmlənməsi və yadda saxlanması üçün əsas vasitələrdən biri 

hesab olunur. Tərcümə  şagird və  tələbələrdən hər iki dil üçün fikirləşmək bacarığı 

tələb edir. Yaxşı olar ki, şagird və tələbələr aşağıdakı qaydalara əməl etsinlər. “Learn 

to read by reading and speak by speaking” (3, 195). 

 Lakin 


tərcümə  nə birincini, nə  də ikincini təmin etmir. O, yalnız  şagird və 

tələbələrin eşidikləri və öyrəndikləri leksik və qrammatik biliklərin möhəkəmlənməsi 

üçün bu sahəyə aid bilik və bacarıqlarının, yaxşılaşdırılması və inkişaf etdirilməsinə 

xidmət edir. Tərcümə həm yazılı, həm də şifahi aparıla bilər. Hər iki halda o, şagird 

və  tələbələrin leksik və qrammatik biliklərinin möhkəmləndirilməsi və yoxlanılması 

məqsədi ilə aparılmalıdır. Nəhayət, belə demək olar ki, tərcümə xarici dilin mü-

kəmməl öyrədilməsində  əsas vasitələrdən biridir və onun aparılması  dərsin məqsə-

dindən, dil materiallarından,  şagirdlərin yaşından, onların xarici dildəki nailiyyət-

lərindən, eləcə də müəllimin imkanında olan vaxtdan aslıdır.    

 

Yadda saxlamaq lazımdır ki, söylənilmiş  hər hansı bir fikir tapmaq çətindir 



ki, onu adekvat şəklində Azərbaycan dilində ifadə etmək mümkün olmasın (4, 5).  

Bununla belə, hər hansı bir dildən tərcümə edərkən  əlbəttə müəyyən çətin-

liklərə  də  təsadüf olunur ki, bu çətinliklər xarici dil ilə ana dilinin lüğət tərkibi və 

qrammatik quruluşu arasındakı  fərqdən irəli gəlir. Xarici dildən tərcümədəki çətin-

liklər əsasən iki qismə - leksik və qrammatik çətinliklərə ayrılır. Burada başlıca məq-

səd ingilis dilindəki elmi-texniki, ictimai, siyasi ədəbiyyatı, habelə  qəzet material-

larını  tərcümə edərkən qarşıya çıxan qrammatik çətinliklərin aradan qaldırılması 

yollarını, Azərbaycan dili üçün yad olan qrammatik formaları, mürəkkəb sintaktik 



 

 14


birləşmələri, frazeoloji birləşmələrin, idiomların, atalar sözlərinin dilimizə tərcüməsi 

vasitələrini izah etməkdən ibarətdir .  

 Xarici 

dildəki cümləni düzgün tərcümə etmək üçün iki şərt ödənilməlidir: 

 1) 

Cümlədəki naməlum sözlərin leksik mənası aydınlaşdırılmalı; 2) Həmin 



sözlərin qrammatik vəzifəsi müəyyənləşdirilməlidir. Lakin çox vaxt bəzi tələbələr 

qrammatik təhlildən yan keçərək, yalnız naməlum sözlərin lüğətdəki mənasını tap-

maqla kifayətlənirlər ki, bu da istənilən nəticəni vermir, yəni cümlənin ümumi mənası 

aydınlaşmır. Çünki naməlum sözlərin yalnız lüğəti mənasını tapmaqla, onların ara-

sındakı sintaktik əlaqələri müəyyənləşdirmək olmaz. Sözlər arasındakı sintaktik 

əlaqələri müəyyənləşdirmək cümlənin mənasını başa düşmək üçün başlıca şərtdir.  

 

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, ana dili şagird üçün xarici 



dil öyrənmək işində əsas aparıcı qüvvədir. Əgər şagird öz ana dilində qrammatik qay-

daları, sözün özündə olan qaydaları bilmirsə, o, ingilis dilini öyrənə bilməz. Elə buna 

görə də, şagirdin ana dilində savadlı olması ingilis dilinin öyrənilməsinin əsası sayılır. 

Ancaq tərcümə özü də düzgün istiqamətdə aparılmalıdır. Şagirdlərə tərcümə etmə ba-

carıq və vərdişləri aşılamaq lazımdır. Bəzən sözün mənası sinonim və antonimlər va-

sitəsilə açılır. Belə ki, sözün cümlə daxilində izah edilməsinin böyük bir müsbət cə-

həti də var ki, o da şagirdlərdə şifahi nitq bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə 

kömək edir. Leksik vahidlərin mənasının sinonim və antonim vasitəsilə açılması barədə 

T.Əhmədova yazırdı: “Sözün mənasını sinonim və antonim vasitəsilə açmaq üçün hər 

şeydən əvvəl şagirdlərin bildikləri məlum sözlərə əsalanmaq lazımdır” (5, 40). 

 

 

Məsələn : white ( ağ ) – black ( qara )    



 

Motherland-home country, native country (ana vətən, doğma vətən). Nəticədə 

tələbənin etdiyi tərcümənin keyfiyyəti onun yalnız xarici dildən Azərbaycan dilinə 

tərcümə etmək qabiliyyəti ilə deyil, həmçinin mənimsədiyi nəzəri material əsasında 

öz variantının düzgünlüyünü isbat etməsi ilə müəyyən edir və  tələbənin tipik səhv-

lərini üzə  çıxarır, konkret müqayisələr vasitəsilə Azərbaycan dilinin ingilis dilindən 

fərqli və oxşar cəhətləri, onun ifadə zənginliyi tələbələrə öyrədilir.  

 Beləliklə, tərcümə üsulu düzgün aparılmadıqda dərs sönük keçir. Tələbələrin 

fənnə marağı azalır. Bu üsuldan istifadə edərkən çalışmaq lazımdır ki, vaxta qənaət 

edilsin, dərs ana dili dərsinə çevrilməsin, tələbə və şagirdlər dilin yeni faktlarını, söz 

və onun quruluşunu qaşılıqlı və müqayisəli şəkildə öyrənsinlər.  

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan Respublikası  Təhsil Nazirliyi Ümumtəhsil məktəbləri üçün xarici dillərdən 

proqram. Bakı: Təhsil, 2000, 169 s. 

2.

 

Bayramova V. Tərcümə metodları // ADU-nun Elmi xəbərləri. Bakı: 2009, №1, 422 s. 



3.

 

Rogova G.V. Methods of teaching English. Leninqrad: 1975, 311 s. 



4.

 

Abbasquluyev T. Tərcümənin qrammatik əsasları. Bakı: Elm, 1971, 121 s. 



5.

 

Əhmədova Т. Lüğət üzrə iş. Bakı: 1967, 40 s. 



6.

 

Tahirov А., Salayeva Ə. Orta məktəbdə ingilis dili dərs metodikası. Bakı: Maarif, 1978, 211 s. 



7.

 

İngiliscə - Azərbaycanca frazeoloji lüğət. Bakı: Nurlan, 2009, 367 s. 



8.

 

Bayramov Q.H. Tərcümə sənəti. Bakı: Elm, 2008, 120 s. 



9.

 

Catford J.C.A. Liguistic Theory of Translation. Leningrad: 1965, 250 s. 



 

 

 15


МЕТОДЫ И РОЛИ ПЕРЕВОДА ПРИ ИНТЕНСИВНОМ ОБУЧЕНИИ В 

ПРОЦЕССЕ ПРЕПОДАВАНИЯ АНГЛИЙСКОГО ЯЗЫКА 

 

А.А.САФАРОВА 

 

РЕЗЮМЕ 

 

В  данной  статье  рассматриваются  методы  и  роли  перевода  при  интенсивном 



обучении в процессе преподавания английского языка. В зависимости от стиля текста и 

цели  перевода  используются  различные  методы  перевода.  Среди  них  дословный, 

буквалный, коммуникативый и другие методы перевода.   

 

THE ROLE AND METHODS OF TRANSLATION IN THE INTENSIVE  



TEACHING OF A FOREIGN LANGUAGE 

 

A.A.SAFAROVA 

 

SUMMARY 

 

This article is dedicated to the problems of translation and its role in teaching a 



foreign language. The author shows that depending on the style and aim different methods of 

translation such as word-for-word, literal, idiomatic, free, pedagogic methods of translation 

and others are used.  

 

  



 

 

 



 

 

 



 

 

 

 



 

 

 



Каталог: Xeberler%20Jurnali
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə