Beynəlxalq münasibətlərin prinsipləri
(beynəlxalq hüququn prinsipləri)
Prinsip bir anlayış olaraq özündə qətiliyi, vahidliyi və
konkretliyi əks etdirir. Bu baxımdan da istənilən obyektə və
hərəkətə, eləcə də təsirlərə münasibətdə müəyyənedici anlayış
kimi qəbul olunmalıdır. Prinsip tərkiblərin müəyyən olun-
masında əsas kriteriyaları özündə əks etidirən bir anlayışdır.
Prinsip həm də imperativliyin, qəti hərəkətlərin və yolların
əsaslarını yaradır. Prinsip müəyyən edən tərəflər öz fəaliyyət-
lərini konkret istiqamətlər üzrə qururlar. Prinsip hərəkətlərin
standartlarla,
ölçülərlə,
hədlərlə
mərkəzləşdirilməsinin
əsaslarını meydana gətirir və hərəkətlərin koordinatlar üzrə
edilməsinin əsaslarını formalaşdırır. Bu baxımdan hərəkətlərdə
və münasibətlərdə meyarları meydana gətirir. Prinsiplər
mərkəzi müəyyən edən və ətrafları sistemləşdirən, struktur-
laşdıran anlayışlar kimi böyük əhəmiyyət kəsb edir.
Münasibətlər sahəsində prinsiplər baza etibarilə ədalətli
olmaqla, balanslaşdırılmağa xidmət edir. Prinsiplər hərəkətlərin
müəyyən istiqamətlər üzrə axın yaratmasının əsaslarını
meydana gətirir. Prinsiplər münasibətlərin həm liberallaş-
masına, həm də qorunmasına, mühafizəsinə xidmət edir.
124
Münasibətlərdə olan prinsiplər tərəfləri müəyyən mərkəzlər
üzrə bir araya gətirir.
Prinsip, anlayş kimi baza etibarilə fəaliyyətin əsaslarını
təşkil edir. Prinsiplər fəaliyyətin əsas istiqamətlərini müəyyən
edir. Prinsiplər qaydalardır ki, hər kəs də bu qaydalara tabe
olmağı başlıca məqsəd kimi qarşılarına qoyur. Prinsiplər
standartlar kimi əhəmiyyət kəsb edirlər. Burada məqsədlər və
vəzifələr və bunların əsasları da müəyyən olunur. Prinsip
müəyyən qaydaları özündə əks etdirir. Cəmləşdirici, eləcə də
tərkiblərə ayırıcı rolu oynayır. Prinsiplər təbii zərurəti yaradır
və obyektiv gerçəkliklərin ortaya çıxmasını təmin edir. Bu
baxımdan təbii və ədalətli əlaqələrin meydana gəlməsinin
əsaslarını təşkil edir. Bununla yanaşı, obyektiv aləmlə
subyektiv idrakın sistemli əlaqəsini və vəhdətini təşkil edir.
Prinsiplər hər hansı bir məsələyə yanaşdıqda müəyyən qaydalar
və standartlar amilini üzərə çıxarır. Prinsiplərin müəyyən
edilmısi təbii zərurətə əsaslanır. Təbii ehtiyaclar münasibətləri
formalaşdırmaq üçün zərurətin meydana gəlməsinin əsaslarını
təşkil edir.
Beynəlxalq münasibətlərin prinsipləri dedikdə, dövlət-
lərin siyasətlərini əks etdirən, onların qarşılıqlı münasibətlərini
xassələndirən
imperativ
qaydalar
nəzərdə
tutulmaldır.
Dövlətlər öz xarici siyasətlərini beynəlxalq münasibətlərin
prinsiplərinə uyğun qururlar. Prinsiplər ayrı-ayrı sahələri əhatə
etməklə həmin sahələr üzrə hərəkətlər qaydalarını yaradır.
Prinsiplər bu baxımdan həm universal, həm də konkret sahələrə
aid edilir. İmperativ qaydalar dövlətlər arasında normal
münasibətlərin əsaslarını təşkil edir, dövlətləri eyni hərəkətlər
etməyə vadar edir və buna görə də dövlətlər sabit inkişaf
vəziyyətində münasibətlər qururlar. Beynəlxalq münasibətlərin
prinsipləri və vahid normalar dövlətlərin qarşılıqlı şəkildə
vəhdət
təşkil
edərək
əlaqələr yaratmasının əsaslarını
müəyyənləşdirir.
125
Beynəlxalq münasibətlərin prinsipləri daha çox beynəlxalq
münasibətlərin real əsaslarına xidmət edir. Bununla yanaşı,
prinsiplər ideallığı da əks etdirir. Belə ki, beynəlxalq
münasibətlərin əsas prinsipləri dövlətləri və xalqları müxtəlif
inkişaf fərqlərinə və səviyyələrinə baxmayaraq, bərabar
əsaslarla eyni səviyyədə görür. Bu baxımdan da prinsiplər
beynəlxalq münasibətlərin rəngarəngləşməsinin əsaslarını
yaradır və beynəlxalq münasibətlər sisteminin ədalətli
məzmunda formalaşmasının əsaslarını meydana gətirir.
Prinsiplər həm də, əvvəlcə qeyd olunudğu kimi,
standartlardır və müəyyən hədləri yaradandır. Bu standartlar
vasitəsilə dövlətlər bir-biriləri ilə əlaqələr yaradırlar. Prinsiplər
baza etibarilə qarşılıqlı etimadın təmin olunmasına əsaslanır.
Beynəlxalq münasibətlərin prinsipləri dövlətlərin dinc şəraitdə,
sabit vəziyyətlərdə münasibətlər yaratmalarının, əlaqələr
qurmalarının əsaslarını təşkil edir. Prinsiplər vəzifələrin və
məqsədlərin müəyyən əsaslarını təşkil edir. Prinsiplər
beynəlxalq hüquq normalarının tərtib olunmasının və tətbiq
edilməsinin əsaslarını təşkil edir və beynəlxalq hüququn
prinsipləri universal əhəmiyyət kəsb edir. Ümumiyyətlə,
prinsiplər məqsədlər müəyyənedici, maraqlar formalaşdırıcı;
hərəkətləri istiqamətləndirici, hədəfləri müəyyənedici; tərəfləri
qoruyucu və sərbəst hərəkətləri yaradıcı kimi funskinal
əhəmiyyətə malik olur. Prinsiplər ədalətə söykənən düzgün
istiqamətli qaydalardır və bu qaydaların əks olunduğu normativ
tələblərdir. Prinsiplər münasibətlərdə həm də güclü tərəfin
potensialını və güclü tərəfin real imkanlarının əsaslandırılması
üçün vacib əhəmiyyət kəsb edir.
Baza
prinsiplər şaxələnir
və
ayrı-ayrı
sahələrdə
münasibətlər üçün yeni prinsiplər ortaya çıxır. Bu baxımdan da
prinsiplər
beynəlxalq
münasibətlərin
ümumi
əsaslarla
formalaşmasını təmin edir və konkret əsaslarla onun tərkibini
zənginləşdirir. Beynəlxalq hüququn hamı tərəfindən qəbul
olunmuş prinsipləri (bu prinsiplər ondur və universal
126
normalarda əksini tapıbdır. Universal normalar olaraq
xüsusi və konkret sahələri əhatə edən normalarda da bu baza
prinsiplər mühüm təttbiq olunur. Məsələn, istənilən sahədə
müqavilənin tətbiqi həmin
sahədə
tərəflər
arasında
bərabərliyə xidmət edir) beynəlxalq təhlükəsizliyin təmin
olunmasına xidmət edir. Beynəlxalq təhlükəsizliyin təmin
olunması və qaydaların müəyyən edilməsi beynəlxalq hüququn
ədalətli məzmununun üzərə çıxarır. Prinsiplər ədalət məzmunu
olmaqla, konkret hərəkət istiqamətlərinin formalaşmasının
əsaslarını müəyyən edir. Prinsiplər sahələrdə tətbiq olunmaqla
genişlənir. Beynəlxalq münasibətlərin prinsipləri hər bir
dövlətin hüququnu tanıyır və hər bir dövlətin beynəlxalq
münasibətlərdə azad şəraitdə hərəkət etməklə, vəzifə və
öhdəliklərini yaradır. Bu baxımdan da prinsiplər daha çox
vahid ədalət standartlarıdır. Onu da nəzərə almaq lazımdır ki,
prinsiplər tam da ədalətli olmaya bilər və yalnız müəyyən
qrupların mənafeyinə xidmətə əsaslana bilər. Bu baxımdan da
prinsiplər daha çox real ədalətin əsaslarını da təşkil edə bilər.
Lakin prinsiplərin əsas mahiyyəti ondadır ki, bir qrupun
mənafeyini təmin edən prinsiplər digər qrupun mənafeyini
təmin edən prinsiplərlə ziddiyyət təşkil etməməlidir. Prinsiplər
sərbəst hərəkət fəaliyyətinin əsaslarını yaradır və humanist
prinsiplər, yumşaq prinsiplər ədalət məzmunları etibarilə
cəmiyyətlərdə və dövlətlərarası münasibətlərdə enerji toplan-
masına xidmət edir. Deməli, sərbəst hərəkətlər prinsipləri
inkişafdır, inkişaf da demokrartiyadan ortaya çıxandır.
Demokratiyanın özü də bir siyasi quruluş prinsipidir. Prinsiplər
elə bir xassəyə malik olur ki, bütün hərəkətlər və digər sahələr
üzrə qayda və normalar bu universal və baza prinsiplərə
uyğunlaşdırılır. Deməli, beynəlxalq münasibətlərin prinsipləri
əsasən uyğunlaşdırıcı amillər və kriteriyalar kimi əhəmiyyət
kəsb edir.
Beynəlxalq münasibətlərin prinsipləri ilə dövlətlərin
vəzifələri və öhdəlikləri müəyyən olunur. Hüquq, vəzifə,
127
öhdəlik, məsuliyyət özü də prinsiplərdir. Hüquq haqdır və
mövcudluğun, varlığın ədalətli təzahürüdür. Dövlətlər konkret
öhdəliklər qəbul edirlər və prinsipləri də həmin istiqamətlər
üzrə müəyyən edirlər. Beynəlxalq münasibətlərin prinsipində
dövlətlərin daxili ehtiyaclarının ədalətlə təmin edilməsi üçün
beynəlxalq birliyin təmin olunması dayanır. Beynəlxalq
münasibətlərin prinsipləri əsasən vahid dünya siyasətinin
ədalətlə inkişafına əsaslanır. Beynəlxalq münasibətlərin
prinsipləri beynəlxalq münasibətlərin bütövləşməsinə və dünya
siyasətinin strukturlara bölünməsinə xidmət edir. Beynəlxalq
münasibətlərin nəzəri və ədalətli prinsipləri dövlətlər üçün
sərbəst hərəkət imkanlarını yaradır və dövlətlərin sərbəst
fəaliyyətinin əsaslarını təşkil edir.
Beynəlxalq münasibətlərin prinsipləri vahid hərəkətlərin
əsaslarını yaradır. Beynəlxalq hüquq beynəlxalq münasibətlərin
ədalətli qurulmasının əsaslarını formalaşdırır. Beynəlxalq
hüquq dövlətlərin həm hüquqlarını qəbul edir, həm də onların
vəzifə
və
səlahiyyətlərini
müəyyənləşdirir.
Beynəlxalq
münasibətlərdə dövlətlərin hüquqlarının mövcudluğu elə
prinsiplərin əsaslarını müəyyən edir. Beynəlxalq hüququn on
mühüm prinsipi beynəlxalq münasibətlər sferasında dövlətlərin
ədalətli davranışlarını meydana gətirir. Ədalətli davranma özü
də tarazlığı ortaya çıxarır. Beynəlxalq hüququn prinsiplərinə
əməl edilməsi sayəsində dövlətlər arasında vahid ədalətli
münasibətlər formalaşdırılır və əlaqələr qurulur.
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə
formalaşması-regional xarici siyasət
Siyasət onun əhatə olunduğu məkanlar baxımından bütün
sahəni əhatə edir. Siyasət cəmiyyətin üzvlərinin simasında
məkanı əhatə etmək xüsusiyyətlərinə malik olur. Dünya
siyasəti dünya dövlətlərini əhatə edir, beynəlxalq münasibətlər
siyasəti isə dövlətlərin aralarında olan sahələri əhatə edir.
128
Dövlət hakimiyyətinə aid olan strukturlar dövlətlərdən-
dövlətlərə siyasətlərin yayılmasını təmion etmək xüsusiyyət-
lərinə malik olurlar. Bu baxımdan da siyasət məkanlardan -
məkanlara keçmək xassələrinə malikdir. Siyasətin məkanlar
üzrə dalğalanması amili meydana gəlir. Siyasi hadisələrin
məkanlar üzrə cəmləşməsi prosesləri yaranır.
Siyasət öz böyüklüyünə görə və məkanı əhatə etmək
baxımından regional və qlobal (burada regionlar birləşmə-
lərindən yaranan böyük mıəkanlar nəzərdə tutulur. Qloballıq
həm də proseslərin çoxluğundan yaranan vəziyyətlərdən də
ortaya çıxır. Siyasətin məzmun baxımından mürəkkəbliyi
onun qloballığını yaradır. Qloballaşma özü də dünya
siyasətinin yeni zamanlarını meydana gətirir) məzmuna
bölünür. Siyasətin regional və qlobal formasının meydana
gəlməsində həm də coğrafi amillər və geosiyasət mühüm rol
oynayır. Dövlətlərin müəyyən regionlarda iştirakları və
subyektlər kimi siyasəti formalaşdırmaları (regional dövlət
maraqları, xalq amilini özündə cəmləşdirən milli maraqlar)
əslində regional siyasəti meydana gətirir. Hər bir dövlət
müəyyən coğrafi məkanda yerləşir. Coğrafi məkan şəraiti və bu
şəraiti meydana gətirən elementlər dövlətlərdə yaşayan
xalqların etnik xüsusiyyətlərinin formalaşmasına təsirlər
göstərir. Dövlətlər də regionlarda güclərinə görə bölünürlər.
Güclü dövlətlər daha çox təsiredici obyektlər və subyektlər
kimi əhəmiyyət kəsb edirlər. Xalq özünün təbii xüsusiyyətlərini
məhz öz yaşadığı ərazinin təbii xüsusiyyətlərindən götürür.
İnsanlar təbii amilləri məkanlardan-məkanlara daşıyırlar.
Dövlətlər öz tərkibində yaşayan xalqların müxtəlif etnik
xüsusiyyətlərinin olmasına baxmayaraq, öz aralarında vahid
qaydalar yaradırlar. Vahid qaydalar və normalar əsasən
insanlara xidmət üçün təşkil edilir. Burada xalqların hansı
mədəniyyətə məxsus olmaları münasibətlərdə-xüsusilə rəsmi
münasibətlərdə obyekt kimi qəbul oluna bilməz. Münasi-
bətlərdə insanlıq amili əsas predmetdir.
129
Coğrafi məkanın müəyyən edilməsi təbii ki, fiziki
quruluşla- dağlarla, dənizlərlə, qitə və materiklərlə, okeanlarla
şərtləndirilir. Məsələn, Atlantika (Şimali Atlantika, Cənubi
Atlantika) regionu, Asiya-Sakit okean regionu, Avropa
regionu, Cənubi Qafqaz regionu, Rusiyanın Avropa regionu,
Xəzər regionu, Mərkəzi Asiya regionu, Qara dəniz regionu,
Aralıq dənizi regionu, Cənubi Asiya regionu, Uzaq Şərq
regionu, Asiya-Sakit okean regionu, Fars körfəzi regionu,
Şimali Afrika regionu, Qərbi Afrika regionu, Avstraliya və
Okeaniya regionu və s. coğrafi-siyasi məkanlar dünya
siyasətində böyük əhəmiyyət kəsb edirlər.
Regionların formalaşmasında kriteriyalar və resurslar
(vasitələr) olaraq: məkan, məkanın landşaftı, məkanın ərazi
quruluşu; dövlətlərin ərazilərində yaşayan xalqların milli
xüsusiyyətləri, o cümlədən mədəni göstəriciləri; məkan
üzərində olan (məsələn, dağlar, okeanlar, dənizlər, çaylar və ya
göllər arasında olan məkandakı resurslar) resurslar; tarixi
inkişaf proseslərinin xüsusiyyətləri və sivil inkişaf əsasları
mühüm şərtdir. Regionları bir-birindən ayıran vasitələr-su
məkanı vasitəsi kimi-dənizlər, məsələn, Qara-Aralıq dənizi
regionları; Ərəb dənizi-Fars körfəzi-Qırmız dəniz regionları;
Atlantik okeanının birləşdirdiyi və iki qitəni əhatə edən
Atlantik regionu; (Qeyd: holland mənşəli Amerika alimi
Nikolas Spikmen (1893-1894) “Midland Ocean” –“Orta
Okean” anlayışını işlətmişdir. Burada “Orta Okean”
(Atlantik okeanının şimal hissəsi) anlayışı ayırıcı yox,
birləşdirici faktor rolunu oynayır və “mare internum”-
“daxili dəniz” rolunun oynayır. Rus müəllifi Aleksandr
Duqinə görə bu, şərti olaraq “atlantika kontinenti” adlan-
dırılmalıdır. Quru yollarının arasında Atlantik okeanı
yerləşir və burada quru yollarını birləşdirən “göl” mənasını
verir. Bu nəzəri “kontinent”, “yeni Atlantida” Qərbi Avropa
mənşəli mədəniyyətlə, liberal-kapitalizm və demokratiya
ideologiyası ilə, vahid siyasi, etik və texnoloji taleylə ümumi
130
bağlılığa malikdir)
1
quru-dağlar vasitəsilə ayrılan regionlar-
məsələn, Avropa və Asiya regionları, Böyük Qafqaz dağı ilə
ayrılan Cənubi Qafqaz regionu və s.; tarixi inkişaf
mərhələləri və xüsusiyətləri nöqteyi-nəzərdən -Qədim Şərq
regionu, Asiya-Şərq regionu (burada Çini, Hindistanı tarixi
dövlətlər kimi qəbul etmək lazımdır) və s.; sivil inkişaf və
mədəni xüsusiyyətlərin fərqləndiyi regionlar-Avropa-Qərb
mədəniyyəti regionu və Asiya-Şərq mədəniyyəti regionu və s.;
texniki vasitələrin inkişafı regionları-Qərbi Avropa-ABŞ-
Yaponiya-Cənubi
Koreya-Avstraliya-Cənubi
Afrika
(bu
ölkələrə dünyanı üzdə saxlayan və bir növ uçmasını təmin edən
“dünyanın inkişaf qanadları” kimi də ad vermək olar).
Dünyanın hərb regionları; sülh regionları kimi anlayışları da
qəbul edilir.
Regionlar da məkan böyüklüyü və digər potensial hesabına
(burada coğrafi mövqe amili və tranzit birləşdirici mərkəz
kimi əhəmiyyət kəsb etməsi) təsnif oluna bilirlər. Regionların
əhəmiyyəti həm də onların aid olduqları məkanların
resurslarının əhəmiyyəti ilə əlaqəlidir. Bununla yanaşı,
regionlarda yerləşən dövlətlərin siyasi nüfuzları və dövlətlərin
beynəlxalq aləmə təsir etmək imkanları da əsas kriteriya kimi
götürülməldir. Məsələn, Avropa regionunun dünya siyasətinə
təsiri və onun beynəlxalq aləmdə iştirak səviyyəsi burada
yerləşən dövlətlərin inkişaf səviyyəsi ilə əsaslanmalıdır.
Avropa regionunu özündə aparıcı gücə malik olan (Almaniya,
Fransa, B.Britaniya, İtaliya) kimi güc mərkəzləri vardır. Resurs
zənginliyi də regionların dünya siyasətində əhəmiyyətlərini
genişləndirir.
Dünya
siyasətində
regionların
da
təsir
baxımından bir-biri üzərində siyasi, iqtisadi və hərbi çəkisi
meydana gəlir. Regionların təsir baxımından təsnifatı meydana
gəlir. Bu təsnifat da regionların beynəlxalq statusunu ortaya
1
Александр Дугин. Д80 Основы геополитики. Геополитические
будущее России. Мыслить Пространством - Изд.4-е, Москва,
«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh. 65.
131
çıxarır. Strateji əhəmiyyət kəsb edən məhsullar (məsələn, neft-
qaz) da regionları meydana gətirir. Bu baxımdan da neft-qaz
regionları, daş kömür regionları, metal filizləri regionları,
balıqçılıq regionları və s. anlayışı da işlədilir.
Regionun siyasi strukturunu, müstəvisini dövlətlər
yaradırlar. Dövlətin öz coğrafi məkanında həyata keçirdiyi
və onunla eyni (qonşu, yaxın) coğrafi məkanda olan
dövlətlərlə həyata keçirdiyi siyasəti dövlətin regional
siyasəti adlanır. Qeyd olunduğu kimi, regional siyasət
dedikdə, dövlətlərin müəyyən coğrafi regionlarda (ilk növbədə
özünün təşəkkül tapdığı regionda) həyata keçirdikləri siyasət
başa düşülməlidir. Regional siyasəti də təsnif etmək olar: daxili
(inner) və kənar (outer). Daxili regional siyasət anlayışı
dövlətin öz coğrafi məkanında yerləşdiyi ərazidə tətbiq etdiyi
siyasət kimi qəbul olunmalıdır. Məsələn, Rusiyanın Xəzər
siyasəti dedikdə, o qəbul olunmalıdır ki, Xəzər həm də
Rusiyaya da aid olan bir məkandır. Buna Qara dənizi də aid
etmək olar. Xarici regional siyasət anlayışı isə dövlətin öz
regionundan kənardakı regionlarda maraqlarının müdafiəsinə
əsaslandığı xarici siyasəti kimi qəbul olunmalıdır. Məsələn,
ABŞ-ın Xəzər regionu siyasəti vardır, bu siyasət həm enerji
resursları üzərində qurulur, həm də iki böyük güc mərkəzi olan
Rusiya və Çin arasında, eləcə də Hindistanla Rusiya arasında
strateji məkan üzrə təşkil olunur. Böyük dövlətlər adətən
şəbəkələşmiş regional siyasət həyata keçirirlər. Dövlətin
beynəlxalq münasibətlərdə gücünü təsnif etdikdə, belə qənaətə
gəlmək olar ki, dövlətin nüvəsinin gücünü yaradan ilk növbədə
onun daxili regional siyasətidir. Daxili regional siyasət
dövlətin
sərhdələrinin
güclənməsinə
də
xidmət
edir.
Şəbəkələşmiş regional siyasət də əslində həm dövlətin daxili
nüvəsinə, həm də regional potensialının artmasına xidmət edir.
Şəbəkələşmiş regional siyasət sərhədlərdən kənarda yerləşən-
sərhədlərdən keçən tranzit siyasəti sayəsində “bərk sərhədlər”in
formalaşmasının qarşısını alır. Sərhdələri keçən siyasət bu
132
siyasəti tətbiq edən dövlətin qlobal maraqlarının formalaş-
masına xidmət edir. O dövlətlər şəbəkələşmiş regional siyasət
həyata keçirə bilirlər ki, qlobal gücə malik olmuş olsunlar.
Qlobal gücü də şəbəkələşmiş regionlar əmələ gətirir.
Şəbəkələşmiş regional siyasət dövlətlərin güc təsiri məkan-
larının şəbəkələşmiş formasını zəruri edir. Dövlətlərin xarici
siyasətinin sərhədlər ətrafında, öz məkanlarının sərhədlərindən
kənardakı məkanlar üzrə formalaşması regional siyasəti
meydana gətirir. Regional siyasət regional münasibətlər
sistemini formalaşdırır. Bundan da regional əlaqələrin baza
məzmunu ortaya çıxır və forma meydana gəlir. Beynəlxalq
münasibətlərin regional forması regional əlaqələr sistemini və
mexanizmisini formalaşdırır. Regional təşkilatların yaranması
prosesləri və zərurəti də regional maraqların unifikasiyasından
və siyasətin bütövləşməsindən meydana gəlir.
Regiondan kənarda (uzaqda) yerləşən dövlətlərin də
müəyyən regionlar üzrə siyasətləri meydana gəlir. Belə maraq
göstərən dövlətlər əsasən böyük potensiala malik olan dövlətlər
hesab olunmalıdırlar. Strateji səviyyədə maraqların formalaş-
masının arxasında böyük potensial dayanır. Böyük potensial
güc olaraq regional maraqları böyüdür və onu qlobal formaya
qədər dartır. Böyük dövlətlərin öz yerləşdikləri regionlarından
kənarda siyasət məkanları və dairələri formalaşır. Məsələn,
ABŞ-ın Xəzər regionu siyasəti, Rusiyanın Ərəb dünyasında
siyasəti, Türkiyənin türk dünyasında siyasəti, Hindistanın
Asiyada regional siyasəti, Çinin və Yaponiyanın Uzaq Şərq
siyasəti, Çinin Sakit Okean siyasəti və s. kimi ifadələr də
işlədilir. Bu baxımdan regional siyasətə iki aspektdən
yanaşmaq olar: birincisi, region dövlətlərinin özlərinin
regiondakı siyasətləri, ikincisi, regiondan kə
133
toqquşma və rəqabət ortaya çıxır. Regionda və regiondan
kənarda olan siyasət sahələri mexanizm və sistem təşkil edir.
Bundan da beynəlxalq münasibətlər sistemləri (regional və
qlobal miqyasda) meydana gəlir. Regionlarda olan siyasət,
eləcə də qlobal məzmunlu siyasət əsasən ideoloji amillərlə də
böyüyür. Məsələn, vaxtilə mövcud olmuş sosialist-kommunist
Dostları ilə paylaş: |