05.10.2015
Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az-ın məlumatına görə, Sosial Demokrat Partiyası 27,43% səslə seçki yarışının qalibi olub.
Respublika — Ata Yurd Partiyası 20,07%-lə ikinci, Qırğızıstan Partiyası 12,72%-lə üçüncü yeri tutub.
7 faizlik baryeri daha üç partiya — Tərəqqi (9,3%), Bir Bol (8,5%) və Ata Məkan (7,75%) partiyaları keçib.
Seçkidə ümumilikdə 14 partiya iştirak edib.
Portuqaliyada hakim koalisiya yarımçıq qələbə qazanıb
05.10.2015
Portuqaliyada hakim koalisiya oktyabrın 4-də keçirilmiş parlament seçkisini udub. Transparency.az xəbər verir ki, baş nazir Pedru Pasuş Koelyonun rəhbərlik etdiyi koalisiya 37% səs alıb. Ancaq Sosial Demokrat və Xalq partiyalarından təşkil olunmuş hakim koalisiya hökuməti qurmaq üçün yetərli mandata sahib çıxa bilməyib.
Müxalif Sosialist Partiyası 32,3% səslə ikinci yeri tutub. Solçu qüvvələrin cəmləşdiyi blok parlamentə 10%, kommunistlərlə yaşılların koalisiyası isə 8% səslə keçib.
Dostları ilə paylaş: |