Xəbər bülleteni №11


Xədicə İsmayılın şikayəti üzrə proses başladı



Yüklə 5,79 Mb.
səhifə55/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   ...   51   52   53   54   55   56   57   58   ...   87

Xədicə İsmayılın şikayəti üzrə proses başladı


15.10.2015


Oktyabrın 15-i Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın şikayəti üzrə proses başlayıb. APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Xədicə İsmayıl vəkil Yalçın İmanovla müqavilə bağlamaq istəyini bildirib, lakin məhkəmə onun vəsatətini təmin etməyib. Xədicə İsmayıl ötən il tutularkən Yalçın İmanov onun vəkili olub. Sonradan istintaq orqanı Yalçın İmanovun “Azadlıq” radiosunun işi üzrə şahid kimi keçdiyini əsas gətirərək onu Xədicə İsmayılın müdafiəsindən uzaqlaşdırıb.

Bugünkü prosesdə vəkil Fəxrəddin Mehdiyev Xədicə İsmayılın məhkəmə zalında şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmə işinin qismən istintaqla aparılması barədə vəsatətlər verib. Vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə baxışı oktyabrın 29-na təyin edilib.

Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla hökm oxuyub. Ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə (Gəlir vergisinin dərəcəsi) uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

Məhkəmə Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan jurnalistin işinə külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əlavə edilib.

Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin